Norman Foster Ramzey Cunior (; ) — atom saatlarının qurulmasında mühüm tətbiqləri olan "ayrılmış rəqs sahələri metodu"nun (bax: Ramsi interferometriyası) ixtirasına görə 1989-cu ildə Fizika üzrə "Nobel" mükafatına layiq görülmüş amerikalı fizikdir. Karyerasının böyük hissəsini Harvard Universitetində fizika professoru kimi keçirən Ramsi, eyni zamanda NATO və ABŞ Atom Enerjisi Komissiyası kimi hökumət və beynəlxalq agentliklərdə müxtəlif vəzifələr tutmuşdur. Onun digər nailiyyətləri sırasında ABŞ Energetika Nazirliyinin Brukhaven Milli Laboratoriyasının və Fermilabın təsis edilməsindəki rolu xüsusi qeyd olunmalıdır.
Erkən həyatı
Norman Foster Ramzey Cunior 27 avqust 1915-ci ildə Vaşinqtonda, Minna Bauer Ramzey və Norman Foster Ramzeyin ailəsində anadan olmuşdur. Onun anası alman mühacirlərinin qızı idi və Kanzas Universitetində müəllim kimi çalışırdı. Şotland mənşəli atası isə 1905-ci ildə Vest-Pointdəki ABŞ Hərbi Akademiyasının məzunu olmuş, İkinci Dünya müharibəsi illərində briqada generalı rütbəsinə qədər yüksələrək Artilleriya-Texniki Xidmət Departamentinin zabiti kimi Rok-Aylend Arsenalına komandanlıq etmişdir.
Atasının hərbi xidməti ilə əlaqədar olaraq uşaqlığı müxtəlif hərbi bazalarda keçən Ramzey, bir müddət atasının Artilleriya İdarəsində rabitə zabiti və hərbi attaşe köməkçisi vəzifəsində çalışdığı Fransada yaşamışdır. Bu səfərlər ona təhsil illərində bir neçə sinfi atlamağa imkan vermiş və nəticədə o, 15 yaşında Kanzas ştatının Livenvort şəhərindəki Livenvort orta məktəbindən məzun olmuşdur.
İstinadlar
Xarici keçidlər
Group photograph taken at Lasers '93 including (right to left) Norman F. Ramsey, Marlan Scully, and F. J. Duarte. Norman Ramsey, an oral history conducted in 1995 by Andrew Goldstein, IEEE History Center, New Brunswick, NJ, USA. Papers relating to the Manhattan Project, 1945–1946, collected by Norman Ramsey. Dibner Library of the History of Science and Technology, Smithsonian Libraries, from SIRIS
Kateqoriya:27 avqustda doğulanlar Kateqoriya:1915-ci ildə doğulanlar Kateqoriya:Vaşinqtonda doğulanlar Kateqoriya:4 noyabrda vəfat edənlər Kateqoriya:2011-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ Milli Elmlər medalı ilə təltif olunanlar Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Amerikan Nobel mükafatı laureatları Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Manhetten layihəsi şəxsləri Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:Nüvə fizikləri