Embraer Phenom 300 — Braziliyanın Embraer şirkəti tərəfindən istehsal olunmuş yüngül biznes-cet turbojet təyyarəsi. Tək pilotlu uçuşlar üçün sertifikatlaşdırılmış bu təyyarə 11 sərnişinə qədər daşıya bilir. Phenom 300-ün hazırlanması, sələfi olan Very Light Jet (VLJ) sinfinə aid olan Embraer Phenom 100-dən daha böyük bir biznes təyyarəsi üçün müştərilərin istəklərinə cavab olaraq başlayıb. Mühəndislik qrupu əvvəlcə təyyarəni Phenom 100-ün sadə, uzadılmış versiyası kimi təsəvvür etsə də, sonradan təyyarəni sıfırdan qurmaq qərarı verilib. Phenom 300 daha güclü mühərriklərə, əlavə spoyler və qanadlara və daha çox sərnişini yerləşdirmək üçün uzadılmış kabinəyə malikdir. Kabin və daxili dizaynından tutmuş eniş şassisinə və korpusuna qədər bir neçə dizayn xüsusiyyəti Phenom 100-ə bənzəyir.

Phenom 300 prototipi ilk uçuşunu 29 aprel 2008-ci ildə edib və 3 dekabr 2009-cu ildə uçuş sertifikatını alıb və bu da onun həmin ay xidmətə başlamasına imkan verib. 2013-cü ildə Phenom 300 öz sinfində ən çox təhvil verilən biznes təyyarəsi olub. 2019-cu ilin mart ayında Embraer 500-cü Phenom 300 təyyarəsini təhvil verib və 2012-ci ildən başlayaraq o, yüngül təyyarə bazarının yarısından çoxunu ələ keçirib. 31 yanvar 2020-ci ildə Embraer Phenom 300 üçün bir sıra təkmilləşdirmələrin tətbiq olunduğunu elan etdi. Təkmilləşdirilmiş Phenom 300E 2020-ci ilin mart ayında sertifikatlaşdırılıb.

İstinadlar

Xarici keçidlər

Компания Embraer завершила сборку первого бизнес-джета Phenom 300 Подробная информация про самолёт и особенности эксплуатации http://www.ato.ru/content/klassom-vyshe http://www.ato.ru/content/embraer-phenom-300-ocenka-ekspluatantov

Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Embraer Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr