Culius Adams Stretton (; ) — tətbiqi elektromaqnetizm sahəsindəki töhfələri ilə tanınan amerikalı elektrotexnik, fizik və universitet inzibatçısı olmuşdur. O, bir il Vaşinqton Universitetində təhsil almış, burada "Zeta Psi" tələbə birliyinə qəbul olunmuş, daha sonra isə Massaçusets Texnologiya İnstitutuna keçmişdir. Stretton orada elektrik mühəndisliyi ixtisası üzrə 1923-cü ildə bakalavr, 1926-cı ildə isə magistr dərəcəsini tamamlamışdır. Daha sonra Avropada doktorantura təhsili almış və 1928-ci ildə Sürix Federal Texnologiya İnstitutu tərəfindən ona elmlər doktoru dərəcəsi verilmişdir.
Karyerası
Stretton doktorluq müdafiəsindən sonra MIT-nin Elektrotexnika fakültəsində assistent professor vəzifəsinə təyin edilmişdir. 1930-cu ildə onun fəaliyyəti Fizika fakültəsinə keçirilmiş, 1941-ci ildə isə o, professor dərəcəsinə yüksəlmişdir. O, 1940-cı ildə MIT Radiasiya Laboratoriyasına qoşulan ilk əməkdaşlardan biri olmuşdur.
1941-ci ildə o, "McGraw Hill" nəşriyyatının "Nəzəri və Tətbiqi Fizika" seriyası çərçivəsində klassik hesab olunan "Elektromaqnit Nəzəriyyəsi" (Electromagnetic Theory) kitabını nəşr etdirmişdir. Strettonun bu əsəri nəşr olunduğu gündən bəri həm fizika, həm də elektrotexnika mühitində elektromaqnetizm üzrə magistratura və doktorantura təhsilinin ayrılmaz tərkib hissəsinə çevrilən ən nüfuzlu dərsliklərdən biri olmuşdur. Tanınmış fizik Con Devid Cekson Strettonun kitabını özünün "müqəddəs kitabı" kimi təsvir etmiş və mürəkkəb elektromaqnetizm elmini öyrənmək üçün məhz bu vəsaitdən istifadə etdiyini bildirmişdir. Culian Şvinqer də bu kitabı ən zəruri elektromaqnit dərsliklərindən biri kimi xarakterizə etmişdir. 2007-ci ildə Strettonun kitabı Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu tərəfindən "IEEE Press: Elektromaqnit Dalğa Nəzəriyyəsi" seriyasında klassik yenidən nəşrlərdən biri kimi təkrar çap olunmuşdur. Bu kitab elektrotexnika ictimaiyyəti tərəfindən yenidən nəşr olunması ən çox tələb edilən klassik dərsliklərdən biri idi. Sözügedən seriyanın redaktoru Donald Q. Dadlinin sözlərinə görə, 2007-ci ildəki təkrar nəşrdən əvvəlki on iki il ərzində o, dünyanın dörd bir yanından kitabın yenidən çap edilməsi üçün çoxsaylı müraciətlər almışdı.
İstinadlar
Xarici keçidlər IEEE History Center – IEEE minibio of Julius Stratton Full text of the final Stratton Commission report, "Our Nation and the Sea"
Kateqoriya:18 mayda doğulanlar Kateqoriya:1901-ci ildə doğulanlar Kateqoriya:Sietlda doğulanlar Kateqoriya:22 iyunda vəfat edənlər Kateqoriya:1994-cü ildə vəfat edənlər Kateqoriya:Bostonda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ mühəndisləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun müəllimləri Kateqoriya:Massaçusets Texnologiya İnstitutunun məzunları Kateqoriya:İsveçrə Federal Texnologiya İnstitutunun məzunları Kateqoriya:Amerika Fizik Cəmiyyətinin üzvləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Amerika Fəlsəfə Cəmiyyətinin üzvləri