Türkiyə prezident seçkiləri — Türkiyə prezidentini müəyyən etmək üçün ən geci 14 may 2028-ci ildə keçiriləcək seçkidir. Seçkilərin birinci turu Türkiyə növbəti parlament seçkiləri ilə eyni gündə baş tutacaqdır.

Türkiyə Böyük Millət Məclisinin (TBMM) və ya Prezidentin erkən seçki qərarı verməsi halında, sözügedən seçkilərin qeyd olunan tarixdən əvvəl keçirilməsi mümkündür. Bu çərçivədə, TBMM-in erkən seçki qərarı qəbul edə bilməsi üçün Konstitusiyaya uyğun olaraq üzvlərin ümumi sayının beşdə üç çoxluğu, yəni ən azı 360 millət vəkilinin lehinə səs verməsi tələb olunur.

Vəzifədə olan prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi konstitusiya ilə məhdudlaşdırılmışdır. Lakin iqtidardakı Cümhur İttifaqının konstitusiya dəyişikliyi edərək və ya parlamentdə erkən seçki qərarı qəbul etdirərək bu müddəadan yan keçə biləcəyi ilə bağlı müzakirələr mövcuddur.

Namizədlər

Namizədliyini elan edənlər

Mümkün namizədlər və fərziyyələr

Namizədliyini rədd edənlər

İstinadlar

növbəti prezident seçkisi Kateqoriya:Gələcək seçkilər