Pavel Fridrix (; ) — Böyük Meklenburq-Şverin hersoqu.

1800-cü ildə Lüdviqslustdə dünyaya gəldi. Atası ilk Böyük Meklenburq-Şverin hersoqu I Fridrix Fransiskin böyük oğlu Şahzadə Fridrix Lüdovik, anası isə Rus çarı I Pavelin qızı Yelena Pavlovnadır. Doğulduğu əsnada babası taxtda idi və atasından sonra taxt sıralmasında ikinci yeri tuturdu. 1803-cü ildə anası, 1819-cu ildə isə atası vəfat etdi və beləcə, babasının varisi oldu.

Cenevrə, Yena və Rostok Universitetlərində təhsil aldı. 1822-ci ildə Berlində Prussiya kralı III Fridrixin qızı Aleksandrina ilə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

II Fridrix Fransisk Şahzadə Luiza (1824-1859) Şahzadə Vilyam (1827-1879)

1837-ci ildə babasının vəfatının ardından taxta çıxdı. Səltənəti dövründə paytaxt Şverinə köçürüldü. Ədliyyə və hərbi sahələrdə islahatlar aparıldı.

Mənbə

Ədəbiyyat

Huberty, Michel; Alain Giraud; F. B. Magdelaine (1945). L'Allemagne Dynastique, Tome VI : Bade-Mecklembourg. pp. 233, 239. ISBN 978-2-901138-06-8 Dietrich, Andrea; Müller, Winfried; Schattkowsky, Martina (2004). Zwischen Tradition und Modernität: König Johann von Sachsen 1801-1873 (in German). Leipziger Universitätsverlag. p. 364. ISBN 978-3-936522-86-0 Fries, Jana Esther; Gutsmiedl-Schümann, Doris (2013). Ausgräberinnen, Forscherinnen, Pionierinnen: Ausgewählte Porträts früher Archäologinnen im Kontext ihrer Zeit (in German). Waxmann Verlag. p. 44. ISBN 978-3-8309-7872-5

İstinadlar

Kateqoriya:Meklenburq-Şverin sülaləsi