Georgi Qospodinov Georgiyev (; ) – bolqar yazıçısı, şair və dramaturqu. Onun "Zaman sığınacağı" (Time Shelter) romanı 2023-cü ildə tərcüməçi Anjela Rodellə birlikdə Beynəlxalq Man Buker mükafatına, həmçinin "Strega" Avropa Mükafatına layiq görülüb. Müəllifin "Kədərin fizikası" romanı isə Yan Mixalski Mükafatı və "Angelus" mükafatını qazanıb. Onun əsərləri 25 dilə tərcümə edilmişdir.

Qospodinov Şərqi Avropanın yaxın keçmişinə, Avropa və dünya miqyasındakı müasir narahatlıqlara əsaslanan mürəkkəb nəsr əsərləri yazır. Onun yaradıcılığında poeziya ilə bədii nəsr və ironiya tez-tez bir-birinə qarışır. "The New Yorker" nəşrinin yazdığına görə, "Georginin Kədərin fizikası əsərindəki əsl məqsədi kədərlə yaşamağın bir yolunu tapmaq, onun empatiya və faydalı tərəddüd mənbəyinə çevrilməsinə icazə verməkdir..."

Şəxsi həyatı və təhsili

Qospodinov 7 yanvar 1968-ci ildə Bolqarıstanın Yambol şəhərində anadan olmuşdur. O, Sofiya Universitetində bolqar filologiyası üzrə təhsil almışdır. Bolqarıstan Elmlər Akademiyasında Yeni Bolqar Ədəbiyyatı üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə layiq görülmüşdür. Atası 20 dekabr 2023-cü ildə xərçəng xəstəliyindən vəfat etmişdir; Gospodinovun 2024-cü ildə işıq üzü görən "Bağban və Ölüm" kitabı məhz bu təcrübə əsasında qələmə alınmışdır.

İstinadlar

Xarici keçidlər Natural Novel at Complete review Gospodinov at his Bulgarian publisher's web page Gospodinov at his American publisher's web page Gospodinov at the Contemporary Bulgarian Writers website

Kateqoriya:7 yanvarda doğulanlar Kateqoriya:1968-ci ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Bolqarıstan şairləri Kateqoriya:Bolqar şairlər Kateqoriya:Bolqarıstan yazıçıları Kateqoriya:Sofiya Universitetinin məzunları Kateqoriya:Beynəlxalq Man Buker mükafatı laureatları Kateqoriya:Dramlar