Donald Trampın birinci andiçmə mərasimi — Donald Trampın ABŞ-ın 45-ci Prezidenti kimi ilk müddətinin inaqurasiyası. 20 yanvar 2017-ci ildə, cümə günü Vaşinqtonda, ABŞ Konqresində keçirmişdir. Mərasimdə təxminən 300.000-600.000 insan iştirak etmişdi.There’s no evidence that Trump’s inauguration was the most-watched in history. Period."A crowd scientist says Trump's inauguration attendance was pretty average" Tədbir 58-ci ABŞ Prezident inaqurasiyası idi.What we know about Trump’s inauguration so far
ABŞ-ın Ali Məhkəməsinin sədri Con Roberts tərəfindən keçirilən prezident andı, ABŞ Konstitusiyasının İkinci maddəsinin 1-ci bölməsinin 8-ci bəndinə və 20-ci düzəlişə uyğun olaraq, Tramp tərəfindən prezident olduqdan sonra ilk vəzifəsi olaraq qəbul edildi. Tramp sol əlini iki müqəddəs kitaba — şəxsi Bibliyasının nüsxəsinə və Linkolnun bibliyasına qoyaraq and içdi.Trump Will Be Sworn In With Same Bible As Lincoln And Obama, "Inauguration Day: Why were there 2 Bibles?
Tramp birinci dəfə Prezident olanda 70 yaşı var idi. Dörd il sonra, 2021-ci ildə, Co Bayden prezident seçildi. Tramp bu titulu ikinci dəfə, düz səkkiz il sonra, 20 yanvar 2025-ci ildə, 78 yaşı olanda geri aldı.
Konteksti Andiçmə mərasimi Donald Trampın 9 noyabr 2016-cı ildə seçilməsi ilə başlayan prezidentlik keçidinin rəsmi nöqtəsi oldu və onun rəsmi prezident olması ilə qeyd edildi. Tramp 19 dekabr 2016-cı ildə Seçki Kollegiyası tərəfindən rəsmi olaraq seçildi.Electoral college formally elects Donald Trump as president Donald Trump Completes Final Lap, Electoral College, to White House Trampın qələbəsi 6 yanvar 2017-ci ildə Konqresin birgə iclasında seçici səslərinin hesablanması ilə təsdiqləndi.Congress certifies Trump's election victory
Planlaşdırması Andiçmə mərasimi əsasən iki komitə tərəfindən planlaşdırılırdı: Konqresin İnaqurasiya Komitəsi və 2017-ci il Prezident İnaqurasiya Komitəsi. Seçkilər 8 noyabr 2016-cı il tarixinə planlaşdırılsa da, Konqres komitəsi 21 sentyabrda andiçmə platformasının tikintisinə başladı."Construction begins on presidential inauguration platform"
Birgə Konqres Komitəsi Prezident Trampın andiçmə mərasimi və andiçmə naharı komitə sədri Missuri ştatının senatoru Roy Blant, Senatın partiya liderləri Kentukki ştatının senatorları Miç McKonnell və Şuk Şamer, Viskonsin Nümayəndələr Palatasının spikeri Pol Ryan və Nümayəndələr Palatasının partiya liderləri Kaliforniyadan nümayəndə Kevin McKarti və Nensi Pelosidən ibarət olan Birgə Konqresin Andiçmə Mərasimləri Komitəsi tərəfindən planlaşdırılmışdı.The 58th Inaugural Committee. Komitəyə Senatın İnzibati qaydalar üzrə işlər komitəsi nəzarət edirdi.
Konqresin İnaqurasiya üzrə Birgə Komitəsi, Andiçmə mərasiminin mövzusunu "Unikal Amerika" olaraq seçdi.Entire Program"
Andiçmə Komitəsi 20 yanvar 2016-cı il tarixində tam açılış tədbirlərinin cədvəlini açıqladı.Presidential Inaugural Committee (PIC) Unveils Inaugural Schedule of Events
Prezidentin andiçmə mərasiminin təşkili komitəsi 2017-ci il Prezidentin İnaqurasiya KomitəsiThe 58th Presidential Inauguration Amerika Birləşmiş Ştatlarının Prezidenti və Vitse-prezidentinin göstərişi ilə konsertlər, parad və bir sıra digər tədbirlər təşkil etdi. Komitənin sədri investor, uzun müddət Trampın dostu və müttəfiqi, eləcə də "Koloni Kapital" şirkətinin təsisçisi olan Tomas Barrak idi. Komitənin həmsədrləri Luis M. Eyzenberq və Roy Beyli idi.Trump inaugural chairman promises a celebration of ‘harmony, inclusion and democracy’ Komitə üzvləri arasında Şeldon Adelson və Miriam Adelson, Stiv Uinn və Fil Ruffin, neft və qaz maqnatları Harold Hamm, iş qadını və film prodüseri Dayan Hendriks, biznesmen və xeyriyyəçi Co Kraft, Qeyl İkan (Karl İkanın həyat yoldaşı), Rey Uoşbern, Centri Biç, Roy Beyli və "Nyu-York Jets" komandasının sahibi Vudi Conson var idi.PRESIDENT-ELECT TRUMP ANNOUNCES PRESIDENTIAL INAUGURAL COMMITTEE LEADERSHIP
Açılış öncəsi tədbirlər Diplomatik sammit: Sədrin Qlobal Şam yeməyi
Çərşənbə axşamı, yanvarın 17-də Tramp, xarici diplomatlar və Tramp administrasiyasının yeni rəsmiləri və təyin olunan şəxslər arasında təqdimat xarakteri daşıyan "Sədrin Qlobal Şam yeməyi" adlı yüksək səviyyəli şam yeməyində iştirak etmək üçün Vaşinqtona gəldilər.Trump lands in DC for pre-inaugural dinner Şam yeməyi The Wall Street Journal tərəfindən inauqurasiyadan əvvəl ən yüksək profilli tədbir kimi təsvir edilmişdi.Chairman’s Global Dinner Most Exclusive Event Preceding Trump Inauguration Chairman’s Global Dinner Most Exclusive Event Preceding Trump Inauguration Həm Tramp, həm də seçilmiş vitse-prezident Mayk Pens toplantıda çıxış etmişdilər.Trump lands in DC for pre-inaugural dinner
Tədbirdə iştirak edənlərin arasında Trampın Con Kerridən sonra dövlət katibi olmaq üçün seçdiyi Reks Tillerson, Nyu-York şəhərinin keçmiş meri Rudolf Culiani, Milli Təhlükəsizlik müşaviri təyin edilmiş Maykl Flinn və İsrail səfiri Ron Dermer iştirak etmişdir. Çıxışı zamanı Tramp ABŞ Prezident Administrasiyasında olduğu vəzifələrində indiyə qədər etdiyi seçimləri, eləcə də vitse-prezident kimi Pensin seçilməsini yüksək qiymətləndirdi. "Donald Trump speaks at dinner event in D.C."
Arlinqton Milli Qəbiristanlığında əklil qoyma mərasimi
Nyu-Yorka qayıtdıqdan sonra Tramp yanvarın 19-da ABŞ Hərbi Hava Qüvvələri tərəfindən uçan təyyarə ilə Endryus Birgə Bazasına gələrək Vaşinqtona qayıtdı.Trump Era Dawns With Wreath-Laying and Reception Before Oath Watch President-elect Trump, Melania Trump arrive in Washington, D.C. for Inauguration
Tramp və vitse-prezident Pens “Trump” otelindəDonald Trump arrives in Washington ahead of Inauguration Day şam yeməyindən sonra həyat yoldaşı və ailəsinin müşayiəti ilə Arlinqton Milli Qəbiristanlığında Naməlum Əsgərin məzarına rəsmi əklil qoyma mərasimində iştirak ediblər.Donald Trump places wreath at Arlington Mərasimdə Tramp və Pensini general-mayor Bradley Beker müşayiət edirdi. Arlinqton Milli Qəbiristanlığı 400.000-dən çox insanın, əsasən ABŞ Silahlı qüvvələrin üzvlərinin, Şərəf medalı ilə təltif olunanların və yüksək vəzifəli siyasi məmurların dəfn olunduğu yerdir.Watch Replay: Wreath-Laying Ceremony for Presidential Inauguration 2017
Kilsə xidməti və Ağ Evdə qəbul
İnaqurasiyanın səhəri, yanvarın 20-də Donald və Melanya Tramp, Mayk Pens və həyat yoldaşı Karen Müqəddəs Con Yepiskop Kilsəsində kilsə mərasiminə qatıldılar.Read the Sermon Donald Trump Heard Before Becoming President Ənənə olaraq hər bir prezident andiçmə mərasiminin səhəri kilsə xidmətində iştirak edir.Presidents change, Inauguration Day stays the same
Kilsə mərasimindən sonra təzə seçilən prezident Tramp və xanımı prezident Barak Obama və birinci xanım Mişel Obama ilə görüşmək üçün Ağ Evə gediblər. Obamalar Trampları salamlayıb və onlar Ağ Evin mətbuat korpusu qarşısında fotolar çəkdirdilər. "The Obamas Welcome Donald and Melania Trump to the White House Just Before Inauguration" Daha sonra vitse-prezident Co Bayden və həyat yoldaşı Cill Bayden, Mayk Pens və həyat yoldaşı Karen Pens ilə birlikdə Ağ Evdə təşkil olunan çay mərasimində iştirak etdilər. Ənənəyə uyğun olaraq, ABŞ Prezidenti və yeni seçilmiş prezident arasında keçirilən görüşdən sonra onlar ABŞ Prezidentinin rəsmi dövlət avtomobili ilə açılış mərasimi üçün Konqresə yollandılar.
Açılış tədbirləri Mərasim Mərasim Konqres binasının Qərb tərəfində keçirilmişdi. İnauqurasiyada həyat yoldaşları ilə birlikdə ABŞ prezidentinin səlahiyyətlərini başa vuran Barak Obama, ABŞ-ın səlahiyyət müddəti başa çatan vitse-prezidenti Co Bayden (2020-ci ildə Trampı məğlub etmiş və 2021-ci ildə 46-cı Prezident kimi andiçmə mərasimi keçirmişdi), ABŞ-ın keçmiş prezidentləri Cimmi Karter, Bill Klinton və Corc Buş, ABŞ-ın keçmiş vitse-prezidentləri Den Kueyl və Dik Çeyni iştirak etmişdilər. Mərasimdə 2016-cı ildə Trampın əsas rəqibi olan Hillari Klinton da iştirak etmişdi, lakin uduzmuş namizəd kimi deyil, keçmiş birinci xanım kimi.
Vəzifə andı
Saat 11:54-də Ali Məhkəmənin hakimi Klarens Tomas ABŞ-ın 48-ci vitse-prezidenti Mayk Pensini and içməyə dəvət etdi.5 things to know about Pence's inauguration as vice president Günorta saatlarında Tramp hakim Con Robertsin idarə etdiyi mərasimdə and içərək ABŞ-ın 45-ci Prezidenti oldu. Tramp iki İncilə, anasının ona hədiyyə etdiyi və tarixi Avraam Linkolnun incilinə əl basaraq and içdi. Andiçmə mərasimindən sonra Dəniz Piyadaları Orkestri “Ali Baş Komandana salam” (“Hil to the Chief”) mahnısını ifa etdi və Trampın şərəfinə ənənəvi 21 silah salamı verildi.
Açılış nitqi thumb|Donald Tramp ABŞ prezidenti kimi ilk inaqurasiya nitqini söyləyir.
Prezident Tramp daha sonra 1433 sözdən ibarət 16 dəqiqəlik inauqurasiya nitqini söylədi.How short was President Donald Trump's speech?
2016-cı ilin dekabr ayının sonlarında Tramp demişdi ki, inauqurasiya nitqinin ilk layihəsini yazır və ilham mənbəyi kimi Con Kennedi və Ronald Reyqanın əvvəlki andiçmə çıxışlarını əsas gətirir."Trump tells visitors he's drafting his inaugural speech with Reagan and Kennedy in mind"
Tramp Amerika siyasətində yeni bir dövrün başlanacağına söz verdi. O, çıxışında iqtisadi və xarici siyasət məsələlərinə istinad edərək seçki kampaniyası zamanı "Birinci Amerika" şüarını təkrarladı.Donald Trump is sworn in as president, vows to end ‘American carnage’ Trump becomes America’s 45th president Trampın “xarici dünyanın formalaşmasında Amerika gücünün rolu ilə bağlı güclü iddia irəli sürməmək qərarı Ronald Reyqandan Corc Buşa qədər son Respublikaçı prezidentlərin inauqurasiya nitqlərindən uzaqlaşmaq idi” və “son 100 ildə ABŞ-ın demək olar ki, hər bir prezidentinin xarici siyasəti narahat edən beynəlmiləlçi baxışından fərqli idi”. Buna baxmayaraq, Trampın xarici siyasət mövzuları “bir çox amerikalılara, eləcə də Vaşinqtonun ikitərəfli xarici siyasət quruluşunu tənqid edənlərə” müraciət idi.
Trampın nitqindən sonra üç dini lider xeyir-dua verdi və mərasim ABŞ dövlət himninin ifası ilə yekunlaşdı."Watch Jackie Evancho Deliver the National Anthem at Donald Trump's Inauguration".
Mərasimdən sonra İnaqurasiya mərasimindən sonra prezident Tramp, birinci xanım Melanya Tramp, vitse-prezident Mayk Pens və ikinci xanım Karen Pens keçmiş prezident Barak Obamanı və keçmiş birinci xanım Mişel Obamanı yola salınma mərasiminə müşayiət etdilər, sonra Konqresin pilləkənlərinə qayıdaraq Obamaların helikopteri havaya qalxarkən əl yellədilər. Nahardan əvvəl, ənənəyə uyğun olaraq, Prezident Tramp Konqresin Prezident Otaqında ilk prezidentlik bəyannaməsini imzaladı.
Tramp daha sonra ABŞ Prezident Administrasiyasına namizədliyini və bir neçə müavinlərinin təsdiqi üçün Senata rəsmi olaraq təqdim edən sərəncamlar imzalayıb.President Donald Trump signs first bill into law Onun imzaladığı ilk qanun layihəsi, istefada olan general Ceyms Mettisin Birləşmiş Ştatların müdafiə naziri vəzifəsinə namizədliyinin irəli sürülməsinə icazə verən 1947-ci il Milli Təhlükəsizlik Aktından imtina idi.Trump has chosen retired Marine Gen. James Mattis for secretary of defense
Tramp həmçinin Andiçmə mərasimini Milli Vətənpərvərlik Günü elan etdi və onun bəyannaməsini imzaladı. Trampdan əvvəl Barak Obama öz inaqurasiya gününü Milli Yeniləşmə və Barışıq Günü elan etmişdi. "Trump names his Inauguration Day a 'National Day of Patriotic Devotion"
İmzalanma mərasimində birinci xanım, Trampın uşaqları, bir neçə nəvəsi, senatorlar Roy Blant, Mitç Makkonel və Çak Şumer, Konqres liderləri Pol Rayan, Kevin Makkarti və Nensi Pelosi də daxil olmaqla Konqresin Birgə İnauqurasiya Komitəsinin sədrləri müşayiət ediblər."Donald Trump's National Celebration of Patriotism Won't Be the First" Sonra Tramplar ABŞ Konqressindəki nahar yeməyinə qatıldılar.Here's Donald Trump's inaugural lunch menu Qonaqlar arasında Vaşinqtonun yüksək səviyyəli qanunvericiləri ilə yanaşı, keçmiş prezidentlər və vitse-prezidentlər də var idi. Rəsmi çıxışı zamanı Tramp iştirak edənlərdən 2016-cı il seçkiləri zamanı rəqiblərindən biri olan Hillari Klintonu ayaq üstə alqışlamağı xahiş edib.