Xocalı Soyqırımı Memorialı — Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş memorial kompleks.

Tarixi Prezident İlham Əliyevin 2025-ci ilin fevralın 25-də imzaladığı Sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb. Kompleksinin yaradılması məqsədilə 18,3 milyon manat ayrılıb.

26 fevral 2026-c ildə İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər.

İlham Əliyev memorial kompleksinin açılış mərasimində çıxış edərək bildirmişdir ki, layihə Heydər Əliyev Fondu tərəfindən uzun müddət əvvəl hazırlanmış, hətta Bakı şəhərində inşası üçün ərazi də müəyyən edilmişdir. Lakin inşaya başlanılması üçün onun tərəfindən təsdiqlənməli olan son qərarı qəbul etməmiş, Xocalının azad edilməsindən sonra memorialın məhz şəhərin özündə inşa olunması barədə qərar vermişdir. Dövlət başçısı kompleksin Xocalıda qurulmasını tarixi ədalətin təcəssümü və xalqın yaddaşının rəmzi kimi qiymətləndirmişdir.

Xüsusiyyətlər Layihə Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorialı dörd tərəfdən əhatə edən monolit Xocalı sakinlərini soyqırımından qorumağa çalışan rəmzi əllər formasında layihələndirilib. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq Memorialın həyətində qış fəslinin sonunda çiçək açan və yazın müjdəçisi olan badam ağacları əkilib.

Memorial dörd bölmədən ibarətdir. İlk iki bölmədə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşadan ekspozisiya zalı yaradılıb.

Vikimənbədə :s:İlham Əliyevin Xocalı Soyqırımı Memorialının açılışında nitqi

İstinadlar

Kateqoriya:Xocalı soyqırımı abidələri Kateqoriya:2026-cı ildə tamamlanmış binalar və tikililər Kateqoriya:Azərbaycan muzeyləri Kateqoriya:Xocalı Kateqoriya:2026-cı ildə yaradılmış muzeylər