Şahzadə Eduard (; ) — Böyük Britaniya kralı V Corcun nəvəsi, Britaniya monarx ailəsinin üzvü, Kent hersoqu.

Həyatı 9 oktyabr 1935-ci ildə saat 2:05 radələrində Belqraviada dünyaya gəldi. Atası Şahzadə Georq Britaniya kralı V Corcun oğlu, anası Şahzadə Marina isə Yunanıstan kralı I Georqun nəvəsidir. Atasının 1942-ci ildə avia-qəzada həlak olmasının ardından onun daşıdığı Kent hersoqu ünvanını hələ 6 yaşında ikən aldı və 83 il boyunca daşıdı.

8 iyun 1961-ci ildə Yorkda Yekaterina Vorsliylə evləndi. Cütlüyün bu nigahdan 3 övladı doğuldu.

Corc Vindzor (26 iyun 1962) Leydi Helen Taylor (28 aprel 1964) Nikolay Vindzor (25 iyul 1970)

II Elizabetin rəsmi təmsilçisi kimi bir çox yerli və əcnəbi dövlət tədbirlərində iştirak etdi, 140-dan çox xeyriyyə qurumunda fəaliyyət göstərdi. 1976-cı ildən bəri Surrey Universitetinin rektorudur. 1994-cü ildə xanımı katolik məzhəbini qəbul etdi. Onun 2025-ci ildə ölümünün ardından Britaniya monarx ailəsinin yaşayan ən yaşlı üzvü oldu.

Həmçinin baxın

Şahzadə Eduard və Yekaterina Vorslinin toyu

Mənbə

Ədəbiyyat

HRH The Duke of Kent; Vickers, Hugo (2022). A Royal Life. Hodder & Stoughton. ISBN 978-1529389708 HRH The Duke of Kent (21 September 2020). "His Royal Highness The Duke of Kent marks Blood Cancer Awareness Month" Jenkins, Roy (1999). "Sir John Simon". The Chancellors. London: Papermac. ISBN 0333730585 Seward, Ingrid (1994). Royal Children. London: St. Martin's Press. p. 171. ISBN 978-0312105334 Medal Yearbook 2021. Honiton, Devon: Token Publishing. 2021. p. 295. ISBN 978-1-908828-53-8

İstinadlar Kateqoriya:Birləşmiş Krallıq şahzadələri