thumb|upright=1.36|Dünyanın ən qədim şəhərlərindən biri olan İstanbul həm də müasir meqapolisdir.

Coğrafiya urbanistikası və ya Şəhər coğrafiyası — şəhərləri və şəhər ərazilərini öyrənən ictimai coğrafiyanın alt qolu. Şəhərlər bina və infrastruktur sıxlığının yüksək olduğu ərazilərdir. Şəhərlərdə iqtisadi fəaliyyətlərdən kənd təsərrüfatından kənar sektorlar (sənaye və xidmət sektoru) inkişaf etmişdir.

Şəhər coğrafiyası; şəhər antropologiyası, şəhərsalma və şəhərin sosiologiyası ilə sıx əlaqəlidir. Bu elm sahəsi insanı, insanın fəaliyyətlərini və insan ilə yer kürəsinin qarşılıqlı təsirini tədqiq edir. Şəhərlərin kənd yerləri ilə əlaqələri də tədqiqat mövzusudur.

Şəhər coğrafiyasında şəhərləri və metropoliten sahələri tədqiq edərkən iki əsas üsul tətbiq olunur: Yerli və ya qlobal miqyasda şəhərlərarası əlaqələrin öyrənilməsi. Bir şəhərin daxilində insanların, fəaliyyətlərin və təşkilatların daxili nizamının öyrənilməsi.

Dünya və Azərbaycan əhalisinin əksəriyyəti şəhərlərdə yaşayır. Şəhərlər kiçik ərazidə sıx əhali saxladıqları üçün istehsal və istehlak yolu ilə ətraflarına da təsir göstərirlər. Geniş əraziləri əhatə edən və mürəkkəb struktura malik olan şəhərlərin problemləri də mürəkkəbdir. Bu problemlərin sağlam şəkildə həlli üçün bir çox elm sahəsinin məlumatlarına ehtiyac duyulur. Şəhər coğrafiyası həm öz tədqiqatlarını, həm də digər elmlərdən əldə etdiyi məlumatları coğrafi metodlarla sintez edərək nəticəyə çatır.

Şəhər coğrafiyasında şəhərlər müxtəlif yanaşmalarla öyrənilir: Morfoloji yanaşma: Şəhərlərin struktur forması üstündə dayanır. Mənzillərin düzülüşü və memarlığı, küçə və prospektlərin uzanması və bunların nəticəsində şəhərin ümumi görünüşü öyrənilir. Şəhərlər forma baxımından beş qrupa bölünür: yayvari, xətti, yəhərvari, konsentrik və müxtəlif formalı şəhərlər. Funksional yanaşma: Şəhərdə ön plana çıxan və inkişafında mühüm rol oynayan xüsusiyyətlər nəzərə alınır. İnqilabi yanaşma: Şəhərin strukturundan etibarən fiziki və humanitar şəraitdən asılı olaraq keçdiyi inkişaf və dəyişiklik mərhələləri təhlil edilir.

Şəhərlər yerləşdikləri ölkənin mədəniyyət və sivilizasiya səviyyəsini əks etdirirlər. "Mədinə" sözü şəhər, "mədəni" isə şəhərli mənasına gəlir. Şəhərlər həmçinin məxsus olduqları sivilizasiyalarla əlaqələndirilir: Roma şəhəri, Bizans şəhəri, Səlcuqlu şəhəri, Osmanlı şəhəri və s.

İstinadlar

Xarici keçidlər

Imagining Urban Futures Social and Spatial Inequalities Urban Geography Specialty Group of the Association of American Geographers Urban Geography Research Group of the Royal Geographical Society-Institute of British Geographers

Kateqoriya:Urbanizasiya Kateqoriya:Şəhərsalma Kateqoriya:Coğrafiya urbanistikası Kateqoriya:Sosial coğrafiya