The Walking Dead: Michonne — 2016-cı ildə "Telltale Games" tərəfindən istehsal olunmuş, eyniadlı komiks seriyasına əsaslanan epizodik qrafik macəra videooyunu. Oyunun hadisələri komiks seriyasının 126-cı və 139-cu sayları arasında cərəyan edir, Mişonnun zombi apokalipsisinin ortasında Rik Qraymsın rəhbərlik etdiyi qrupdan müvəqqəti ayrılması zamanı nələrlə məşğul olduğunu göstərir. Samira Vayli oyunda Mişonnu səsləndirilmişdir. Üç epizoddan ibarət seriya 2016-cı ilin fevral və aprel ayları arasında "Windows" fərdi kompüterləri, "PlayStation 3", "PlayStation 4", "Xbox 360" və "Xbox One" konsolları, həmçinin mobil cihazlar üçün satışa çıxarılmışdır.

İstehsalı Saundtrek 29 avqust 2019-cu il tarixində Cered Emerson-Consonun B.A.F.T.A. mükafatına namizəd göstərilmiş bəstələrindən ibarət rəsmi saundtrek albomu rəqəmsal yükləmə və striminq xidmətləri üçün yayımlanmışdır. Bundan qısa müddət sonra isə vinil vallardan ibarət xüsusi nəşr dəsti satışa çıxarılmışdır.

İstinadlar

Kateqoriya:2016-cı ilin videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Android videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:Epizodik videooyunlar Kateqoriya:Gəzən ölülər videooyunları Kateqoriya:Hadisələrin ABŞ-də cərəyan etdiyi videooyunlar Kateqoriya:İOS videooyunları Kateqoriya:MacOS videooyunları Kateqoriya:PlayStation 3 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox 360 videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:Qadın protaqonisti olan videooyunlar