Mario Mitay (; ) — Albaniyalı peşəkar futbolçu, hazırda Səudiyyə Ərəbistanının Əl-Ittihad klubunun və Albaniya milli futbol komandasının sol müdafiəçisio kimi çıxış edir.

Klub karyerası Gənclik illəri və ilk addımlar

Yunanıstanda doğulan Mario Mitay AEK Afina klubunun akademiyasında yetişmişdir. O, peşəkar səviyyədə ilk müqaviləsini 12 avqust 2020-ci ildə imzalamışdır.

AEK Afina

Mario Mitay karyerasında peşəkar səviyyədə debütünü 18 oktyabr 2020-ci ildə PAOK klubuna qarşı keçirilən Super Liqa matçında etmişdir. 17 yaşında debüt edən futbolçu "AEK Afina" tarixinin Super Liqada forma geyinmiş ən gənc xarici oyunçusu olmuşdur.

O, 29 oktyabr 2020-ci ildə UEFA Avropa Liqası çərçivəsində Lester Siti klubuna qarşı matçın 85-ci dəqiqəsində meydana çıxaraq avrokuboklarda debüt etmişdir.

Mario Mitay 2 fevral 2021-ci ildə "AEK" ilə yeni müqavilə imzalayaraq, Afina klubu ilə müqaviləsini 2023-cü ilə qədər uzatmışdır.

Lokomotiv Moskva

27 avqust 2022-ci ildə Mitay Rusiya Premyer Liqası təmsilçisi Lokomotiv Moskva ilə beş illik müqavilə imzalamışdır. Bu transfer 3 milyon avroya baş tutmuşdu.

Əl-İttihad

3 sentyabr 2024-cü ildə Mitay icarə əsasında "Əl-İttihad" klubuna qoşuldu və sonradan klubla tam müqavilə imzaladı.

Milli komanda karyerası Həm Yunanıstan, həm də Albaniyanı təmsil etmək hüququ olan Mario Mitay aşağı yaş qruplarında hər iki ölkənin milli komandalarında forma geyinmişdir.

O, 2018-ci ildə Yunanıstan U-16 və 2019-cu ildə Yunanıstan U-17 komandalarında çıxış etmiş, daha sonra Albaniya milli komandasında debüt etməyə qərar vermişdir.

Mario Mitay Albaniya milli futbol komandasında debütünü 31 mart 2021-ci ildə San Marino milli futbol komandasına qarşı keçirilən 2022 FIFA Dünya Çempionatının seçmə mərhələsində etmiş və oyunun 87-ci dəqiqəsində meydançaya çıxaraq Albaniya tarixinə daxil olmuşdur.

Mario Mitay Albaniyanın UEFA Avro-2024 seçmə mərhələsində də milli komanda heyətinə cəlb edilmiş və turnirin final mərhələsində komandasının əsas oyunçularından biri olmuşdur.

Karyera statistikası

Klub Mövsüm Liqa Kubok Avropa Digər Cəmi Divizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol AEK Afina 2020–21 Yunanıstan Superliqası 10 0 2 0 1 0 0 0 13 0 2021–22 Yunanıstan Superliqası 1 0 0 0 2 0 0 0 3 0 Cəmi 11 0 2 0 3 0 0 0 16 0 AEK Afina B 2021–22 Yunanıstan Superliqası 2 20 0 0 0 0 0 0 0 20 0 Cəmi 20 0 0 0 0 0 0 0 20 0 Lokomotiv Moskva 2022–23 Rusiya Premyer Liqası 14 0 4 0 0 0 0 0 18 0 2023–24 Rusiya Premyer Liqası 21 0 6 0 0 0 0 0 27 0 2024–25 Rusiya Premyer Liqası 1 0 3 0 0 0 0 0 4 0 Cəmi 36 0 13 0 0 0 0 0 49 0 Al-Ittihad 2024–25 Səudiyyə Peşəkar Liqası 18 1 4 0 0 0 0 0 22 1 2025–26 Səudiyyə Peşəkar Liqası 15 1 3 0 6 0 1 0 25 1 Cəmi 33 2 7 0 6 0 1 0 47 2 Karyera cəmi 100 2 22 0 9 0 1 0 132 2

İstinadlar

Kateqoriya:Albaniya futbolçuları Kateqoriya:AEK FK futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Al-Ittihad FK futbolçuları Kateqoriya:Albaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Rusiyada legioner futbolçular Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Albaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Legioner Albaniya futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:Yunanıstan Super Liqası futbolçuları Kateqoriya:Yunanıstanda legioner futbolçular Kateqoriya:Albaniyalı legioner kişi futbolçular