Claude — süni intellekt aləti. Claude ilə söhbət etmək, hər hansı bir məsələ ilə bağlı fikir mübadiləsi aparmaq, vizual material və ya kod kimi müxtəlif materialları analiz etmək, sıfırdan kod yazmaq və s. mümkündürClaude AI. İstifadə tarixi: 25 mart 2026.. Claude transformator arxitektura adlanan maşın öyrənmə texnikasından istifadə edir, keçmiş və etik qaydalara uyğunlaşaraq təkmilləşir və hər bir istifadəçiyə uyğun formada ixtisaslaşa bilir.What is Claude AI? İstifadə tarixi: 11 may 2026. Ümumiyyətlə, Claude çoxdilli və çoxmodelli formada yaradılıb.
Claude Klaude Şannonun şərəfinə adlandırılmışdır və bu seçim şirkətin elmi köklərə olan bağlılığını təmsil edirClaude AI: Anthropic’in Güvenlik Merkezli Yapay Zeka Modeli. İstifadə tariix: 7 aprel 2026..
Tarixi 2021-ci ildə Dario Amodel, Daniela Amodel və başqaları tərəfindən yaradılan Anthropic şirkəti yaradıldı və Claude bu şirkətin məhsulu olaraq ilk dəfə 2023-cü ildə Claude 1 adı ilə istifadəyə verildi. Qısa müddət ərzində sürətli yenilənmələr sayəsində həmin ilin (2023) iyul ayında Claude 2, 2024-cü ilin martında isə Claude 3 və ardınca Claude 3.5 Sonnet istifadəçilərin istifadəsinə verildi. 2025-ci ildə isə daha məhsuldar hesab etmək olar. Belə ki, 2025-ci ildə Claude 4 modelləri yaradıldı. Buraya Claude Opus 4, Claude Sonnet 4 və Claude Sonnet 4.6 modelləri daxildir.
Versiyalar arasında fərqlər Claude-un ilkin versiyalarında kodlama, riyazi və mühakimə bacarıqları olduqca məhdud idi. Claude 3.5-in təqdimatı bazarda böyük həyəcan yaratdı. Çünki bu yeni versiya ilə birlikdə yeni bir bacarıq — kodlama, kodlamanın nəticələrini həmin anda görmək və birbaşa Claude-un interfeysində aktivləşdirmək funksiyası gətirildi.Claude AI Nedir, Nasıl Kullanılır? İstifadə tarixi: 19 may 2026. Həmçinin Claude 3.5-də müxtəlif formatlı şəkilləri, diaqram və qrafiqləri analiz etmək mümkündür.
Əsas funksiyaları Uzun məzmunlu materialların təhlili və strukturlaşdırılmış nəticələr ilə təmin edir.What is Claude AI? Anthropic's LLM vs ChatGPT. İstifadə tarixi: 25 mart 2026. Uzun mətn, kod, diaqram və qrafikləri oxuya, anlaya və analiz edərək onların qısa xülasəsini çıxara, onun əsasında yeni vizual materiallar yarada, səhvləri tapa, yaxud verilmiş materialları daha da təkmilləşdirə bilərA complete Claude overview: Models, pricing, and key limitations. İstifadə tarixi: 28 mart 2026.. Claude ilə sadəcə müxtəlif sənədlər, təqdimatlar, qrafiklər və s. hazırlamaq, onları redaktə etmək deyil, həmçinin yükləmək, link ilə paylaşmaq mümkündürThe Four Claude Features That Turn AI From Toy to Tool. İstifadə tarixi: 28 mart 2026..
Claude-dan şəxsi köməkçi kimi istifadə etmək mümkündür. Belə ki, claude vacib məsələləri xatırlada, görüşləri tənzimləyə, hava şəraiti ilə bağlı məlumatlandıra, səyahət üzrə məsləhət verə və gündəlik həyatı asanlaşdıracaq nüansları göstərə bilərYapay Zekâ Asistanı Claude Nedir? Nasıl Kullanılır? İstifaə tarixi: 7 aprel 2026..
Məzmun yaratma Claude sadəcə araşdırma və məlumat toplamaq ilə bitmir. Claude həm də yaradıcı məzmun yarada bilir. Belə ki, claude müxtəlif üslublu məqalə, bloq yazıları, elektron məktublar, o cümlədən şeir, hekayə və esse yaza bilər. Həmçinin cümlədəki yazı və məntiq səhvlərini də düzəldə bilər.
Kodlama və problem həll etmə
Dil və başqa bacarıqları öyrənmə və öyrətmə
Üstünlükləri Claude üçün ödənişli və ödənişsiz olmaqla iki əsas növü var. Ödənişli forması isə paketə daxil olan xidmətlər və onların keyfiyyətinə görə bir neçə yerə bölünür.
Təhlükəsizlik Konstitusional süni intellekt BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Bəyannaməsi də daxil olmaqla 75 aparıcı prinsipdən istifadə edərək Claude-a təlim keçir.What is Claude and How to Use It for AI Agents. İstifadə tarixi: 11 may 2026. Bu yanaşma aldatma və dələduzluq kimi qəbulolunmaz sui-istifadə hallarının qarşısını almaq məqsədi güdür.
Yaddaş Claude mürəkkəb tapşırıqlar ilə 30 saatdan çox işləyə bilir.
Claude tətbiqi Claude-un ən asan istifadə yollarından biri də onun mobil və ya kompüterlər üçün nəzərdə tutulmuş tətbiqindən istifadə etməkdir. Fərdi istifadə üçün bir neçə səviyyə (versiya) olduğu kimi komanda və müəəsisə planları üçün də əlavə səviyyələr mövcuddur.What is Claude AI? İstifadə tarixi: 19 may 2026.
Həmçinin bax ChatGPT Gemini
İstinadlar Kateqoriya:Maşın öyrənməsi Kateqoriya:Dərin öyrənmə Kateqoriya:Böyük dil modelləri Kateqoriya:Çatbotlar Kateqoriya:Virtual assistentlər