Məcidiyyə körpüsü () və ya digər adıyla Meriç körpüsü, 1842-ci ildə Əbdülməcidin zamanında tikintisinə başlanmış və 1847-ci ildə bitirilmiş körpüdür. Ədirnə-Karaağaç yolunda, Meriç çayı üzərində yerləşir. 263 metr uzunluğunda, 7 metr genişliyində, 13 dayaq üzərində 12 sivri kəmərlı olub yanlara doğru əyimli xüsusiyyətlər daşıyır. Mərmər kitabəli tarix köşkü olan körpünün günbəzində daha əvvəllər günəş motivi şəklində dəmirdən bir paratonerin (ildırımqoruyucu qurğu) olduğu məlumdur.
Körpünün tarix köşkünün günbəzinin içərisində Ədirnə mənzərəsi olan divar rəsmləri yerləşir. Körpünün hər iki tərəfində də gəmi, qayıq və sandalların yanaşa bilməsi üçün kəsmə daşlardan sahil platforması (rıhtım) tikilmişdir. Belə ki, daş körpü tikilməzdən əvvəl çay üzərindən Balkanların daxili bölgələrinə doğru çay ticarəti həyata keçirilirdi.
Mənbə
İstinadlar
Kateqoriya:Türkiyədəki tağlı körpülər Kateqoriya:1843-cü ildə tikilmiş körpülər Kateqoriya:Türkiyədəki körpülər