Osman Wöber () - Türkiyəli aktyor və rejissor. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Tuncay Kantarcı obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.

Həyatı və Fəaliyyəti 27 fevral 1960-cı ildə Ankara şəhərində anadan olmuşdur. Babası avstriyalı Otto Wöber, anası isə Zeliha Wöberdir.

İstanbul Universiteti Hüquq fakültəsində və Mimar Sinan Gözəl Sənətlər Universiteti İstanbul Dövlət Konservatoriyasının teatr bölməsində təhsil almışdır. Tələbəlik illərində Şan Teatrı, Kenter Teatrı və Yeditepe Oyunçularının səhnələşdirdiyi tamaşalarda rol almışdır.

Peşə fəaliyyətini Dövlət Teatrları sənətçisi kimi davam etdirmişdir. 1988–1993-cü illərdə Adana Dövlət Teatrının direktoru olmuşdur. 1995-ci ildə İstanbul Dövlət Teatrının direktoru təyin edilmişdir. Bu dövrdə Goethe İnstitutunun təqaüdü ilə Almaniyaya gedərək dövlət tərəfindən maliyyələşdirilən teatr modellərini araşdırmışdır.

1995–1996 mövsümündə Dövlət Teatrlarında Memet Baydurun yazdığı Kamyon tamaşasını səhnələşdirmişdir. Tamaşa sonrakı illərdə Türkiyənin müxtəlif şəhərlərində və xaricdə nümayiş etdirilmişdir.

2001-ci ildə yenidən İstanbul Dövlət Teatrının direktoru təyin edilmişdir. Bu dövrdə teatrın repertuar strategiyasına xüsusi diqqət yetirmişdir. 2005-ci ilin avqustunda Dövlət Teatrlarının baş direktoru vəzifəsinə ənənələrə zidd təyinat edildiyini əsas gətirərək digər regional direktorlarla birlikdə istefa vermişdir.

Aktyorluq fəaliyyəti dövründə Sekizinci Saat, Cumhuriyet və Organize İşler kimi filmlərdə, həmçinin müxtəlif televiziya seriallarında rol almışdır. Kurtlar Vadisi və Kurtlar Vadisi Pusu seriallarında canlandırdığı Tuncay Kantarcı obrazı ilə geniş tanınmışdır.

25 iyun 2022-ci ildə ürək tutması nəticəsində vəfat etmişdir. Onun üçün 27 iyun 2022-ci ildə İstanbul Dövlət Teatrının Mecidiyeköy Böyük Səhnəsində vida mərasimi keçirilmişdir. Dəfn mərasimi Teşvikiye məscidində qılınan günorta namazından sonra keçirilmiş və cənazəsi Kilyos qəbiristanlığında torpağa tapşırılmışdır.

Səhnələşdirdiyi teatr tamaşaları 2000 — Kurban — Trabzon Dövlət Teatrı 1995 — Kamyon — İstanbul Dövlət Teatrı 1993 — Susuz yaz — Adana Dövlət Teatrı 1992 — Lütfən toxunmayın — Adana Dövlət Teatrı 1991 — Taşra fıkraları — Adana Dövlət Teatrı 1990 — 72-ci koğuş — Adana Dövlət Teatrı 1989 — Günəş uşaqları — Adana Dövlət Teatrı

Filmoqrafiya 2018 — Ağlama anne — Nevzat — televiziya serialı 2017 — İsimsizlər — Kurmay — televiziya serialı 2016 — Aile işi — Sami — televiziya serialı 2013 — Osmanlı tokadı — İskender Demiroğlu — televiziya serialı 2012 — Hayat devam ediyor — Tarık Akça — televiziya serialı 2007–2011 — Kurtlar vadisi pusu — Tuncay Kantarcı — televiziya serialı 2005 — Organize işler — Komissar 2003–2005 — Kurtlar vadisi — Tuncay Kantarcı — televiziya serialı 1998 — Cumhuriyet — Ali Çetinkaya 1994 — 8. saat — Sinan 1994 — İnce ince Yasemince — Başkomissar — televiziya serialı 1987 — Ateşten günler — televiziya serialı 1986 — Saat sabahın doqquzu — televiziya serialı 1985 — Doqquzuncu hariciye koğuşu

Mənbələr

Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları