thumbnail|Didux Didux ( ), Ukrayna və Polşanın Milad bəzəyidir. Buğda dəstəsindən hazırlanır və payız məhsulundan götürülmüş simvolik qurbanverməni təmsil edir. “Didux” sözünün hərfi mənası “baba ruhu” deməkdir. Diduxlar ənənəvi olaraq ilin ilk və ya son biçini olan buğda sünbüllərindən hazırlanır. Onlar ailənin təbiətin bolluğu və gələcək il üçün zəngin məhsul arzusu simvolu hesab olunur. The Ukrainian Weekly Magazine PDF Version, November 2012 Issue Retrieved 27 April 2013 Bayramdan əvvəl buğda sünbülləri və ya saplaqları rəngli saplarla yığılır, daha sonra isə bu dəstələr lentlərlə bağlanır.Christmas Eve January 6 by the Julian Calendar Retrieved 27 April 2013 Didux Ukraynadakı əksər evlərdə Miladdan əvvəl yerləşdirilir və Maslenitsa bayramına qədər saxlanılır. Mənəvi məna İnanca görə bayram günlərində ailənin əcdadlarının ruhları diduxun içində məskunlaşır.Ukrainian Christmas Retrieved 27 April 2013 O, evdə hörmətli bir yerdə yerləşdirildiyi zaman, bütün əcdadların ruhlarının birləşərək ailəyə xeyir-dua verildiyinə inanılır. Sviat Vechir (Milad gecəsi) günü didux evə hospodar (ailənin başçısı) tərəfindən gətirilir. O, evin pokutia-ya (ikonların yerləşdiyi bucaq) qoyulur və yanında kutia (ritual yemək) və uzvar (ritual içki) yerləşdirilir. Maslenitsa bayramında didux yandırılır və bu, qışın sonunu simvolizə edir.

Həmçinin bax

Milad bəzəyi

İstinadlar

Xarici keçidlər "Ukrainian Women Share Christmas Eve Feast"—Scanned copy of Our Fabulous Cooks column of The Hour newspaper on Google News, dated 17 December 1980. Retrieved 27 April 2013. Ukrainian Christmas—Retrieved 27 April 2013

Kateqoriya:Buğda Kateqoriya:Ukrayna mədəniyyəti Kateqoriya:Ukrayna Kateqoriya:Ukraynanın milli simvolları