Qürur və qərəz () — Ceyn Ostinin eyniadlı klassik romanı əsasında 2005-ci ildə Co Rayt tərəfindən ekranlara gətirilən film.

"Qürur və qərəz" "Working Title Films və "StudioCanal"ın birgə proyektidir. Film Britaniyada 16 sentyabr 2005-ci ildə, ABŞ-də isə 11 noyabrda işıq üzü görür. Realizm, romantika və ailə mövzuları filmin özəyini təşkil edir.

Filmin adı 78-ci "Oskar" gecəsində ümumilikdə dörd dəfə səslənir.

Təsvir XVIII əsrin İngiltərəsində zadəganlıq və var-dövlət hər şeydən üstün tutulurdu. Bennet ailəsinin beş qızı, o cümlədən fikirlərini açıqca söyləməkdən çəkinməyən Elizabet və hələ gəncliyinin sərsəmliyi içində olan Lidiya, analarının dünyagörüşü ilə böyüyüb. O dünyagörüşünə görə qızın yeganə uğuru varlı bir kişiyə ərə getməkdir. Qonşu malikanəyə tanınmış bir subayın gəldiyi xəbəri Bennetlərin evini başına götürür. Belə bir adamın ətrafındakı cəmiyyətdə bacılardan birinə göz dikəcək birinin mütləq tapılacağı düşünülür. Ancaq Elizabet ilk andan soyuq və təkəbbürlü təəssürat bağışlayan cənab Darsi ilə tanış olanda, ikisi arasında sözlə gedən, baxışla davam edən gizli bir çəkişmə alovlanır.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Romanlara əsaslanan filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Romantik filmlər Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Bəstəkar Dario Marianellinin filmləri Kateqoriya:Working Title Films filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:İngiliscə Fransa filmləri Kateqoriya:Fransanın dram filmləri Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:Kentdə çəkilən filmlər Kateqoriya:Fransanın melodram filmləri Kateqoriya:Britaniyanın melodram filmləri Kateqoriya:Kinorejissorların debüt filmləri Kateqoriya:XVIII əsr haqqında tarixi filmlər Kateqoriya:ABŞ-nin faciəvi komediya filmləri Kateqoriya:Focus Features filmləri