thumb|right|430px|Ənənəvi Ukrayna geyimləri, duz, çörək və ruşnik (ənənəvi naxışlı dəsmal). Ukrayna folkloru — Ukraynada və etnik ukraynalılar arasında formalaşmış xalq ənənələri. Ukraynada tapılan ən qədim folklor nümunələri Şərqi slavyanların qədim slavyan mifologiyasına gedib çıxan ümumslavyan folklor qatına aiddir. Zaman keçdikcə ukraynalılar özlərinə məxsus fərqli xalq mədəniyyəti qatını formalaşdırmışlar.Ukraine Cultural life Encyclopædia Britannica. Ukrayna folkloru qonşu torpaqlardan gələn güclü assimilyasiya təzyiqləri qarşısında mədəni özünəməxsusluğun müəyyənləşdirilməsi və qorunub saxlanılması üçün mühüm vasitə olmuşdur.Ukraine . Encarta Encyclopedia.
Özünəməxsusluq Ukrayna xalq adət-ənənələri həmin elementin formalaşdığı dövrə və yayıldığı bölgəyə görə müəyyən olunan çoxsaylı qatlara malikdir. Ən aşağı və ən qədim səviyyə ümumslavyan xalq mədəniyyəti qatıdır və bu qat ümumilikdə slavyan xalqlarına xas olan bir çox ortaq elementləri özündə birləşdirir. Bunun üzərində Şərqi slavyanlara xas olan elementlər yerləşir, ondan yuxarıda isə yalnız Ukraynanın özünə məxsus olan elementləri mövcuddur. Bunun da üzərində Ukrayna etnosunun müxtəlif mikroqruplarını müəyyən edən mədəni və folklor elementləri yerləşir, bunlara boykolar, kazaklar, hutsullar, lemkolar, lyşaklar, podolyelalılar və rusinlər daxildir.
Xalq ənənələri Ukrayna xalq ənənələri və ayinləri təqvimlə və insan həyatının gedişatı ilə bağlı olan mərasimlərdir. Bunlara adətən dini mərasimlər, cadu və inanclar, mahnılar, rəqslər və dramatik oyunlar müşayiət edir. Həyat dövrü mərasimləri isə doğumu, evliliyi və ölümü simvolizə edir.Agrarian and Calendar Rituals . Ukrainian Traditional Folklore. University of Alberta.Folk customs connected with birth at the Encyclopedia of Ukraine. Bu ənənələrin əksəriyyətinin dərin kökləri var və bir çox hallarda xristian ayinləri ilə sintez olunmuşdur. Onları üç kateqoriyaya bölmək olar:Folk customs and rites at the Encyclopedia of Ukraine. ailə ənənələri və ayinləri - doğum, toy və dəfn mərasimlərindən ibarətdir. kənd təsərrüfatı, heyvandarlıq və ovçuluq işlərinə bağlı mövsümi işçilik ənənələri və ayinlər Cəmiyyət həyatında müəyyən hadisələri tənzimləyən sosial adətlər və ayinlər.
Müasir mədəniyyət genişləndikcə Ukraynada xalq ənənələri bir çox dəyişikliklərə məruz qalmışdır. Sovet dövründə xalq adət-ənənələri sıxışdırılmışdır. Dini baxışlara bağlı bəzi icmalar xristian ənənələrini tətbiq etməyə davam etmiş, ölkədəki bəzi insanlar isə daha qədim adət və ayinləri yaşatmağa davam etmişlər. 1991-ci ildən sonra postsovet Ukraynada, xüsusilə qərb vilayətlərində bir çox xristian ayinləri yenidən qeyd olunmağa başlamışdır.
Xalq rəqsləri thumb|right| Hopak Rəqs Ukraynada qədim dövrlərdən bəri bir ayin kimi mövcud olmuşdur, lakin daha çox xristianlıq tərəfindən mənimsənilmiş və xristian mərasimləri ilə sintez olunmuşdur.Folk dance at the Encyclopedia of Ukraine.Ən qədim rəqslər kənd təsərrüfatı ilə bağlı dairəvi rəqslər idi. İvan Kupala günü, Müqəddəs Georgi günü, Pentikost bayramında, məhsul yığımı mərasimləri və toylar zamanı rəqslər edilirdi. Ayin rəqsləri nadir hallarda musiqi ilə, adətən isə ilahi (dua və ya nəğmə) müşayiəti ilə ifa olunurdu. Xalq rəqsləri isə həm musiqi ilə, həm də musiqisiz oynanılırdı. Ukrayna xalq rəqslərinin əksəriyyəti dairəvi formadadır. Ən məşhur rəqslərdən bəziləri Arkan və Hopakdır. Rəqs ənənəvi Ukrayna xalq geyimləri ilə də zənginləşdirilmişdir.Dress at the Encyclopedia of Ukraine.Günümüzdə Ukraynada və Ukrayna diasporasında, xüsusilə Kanadada, bir çox Ukrayna rəqs qrupları fəaliyyət göstərir və xalq rəqsləri ənənəsini yaşatmağa davam edirlər.
Xalq nəğmələri Ukrayna xalq nəğmələri dörd qrupa bölünə bilər:Folk songs at the Encyclopedia of Ukraine.
ritual nəğmələr - nəğmələr (koliadky ve shchedrivky), bahar nəğmələri, pərilərlə bağlı nəğmələr(rusalka nəğmələri) və İvan Kupala festival nəğmələri məhsul yığımı və toy nəğmələri tarixi və siyasi nəğmələr - dumalar və balladalar kimi lirik nəğmələr - ailə nəğmələri, sosial sinif nəğmələri və sevgi nəğmələri
Ukrayna xalq mahnılarında simvolizm geniş şəkildə müşahidə olunur. Quş simvolizmi çox populyardır. Qartal və ya şahin kişinin, gücün, gözəlliyin, cəsarətin və azadlığın simvoludur. Göyərçin qadını ifadə edir. Qağayı isə əziyyət çəkən ananın simvoludur. İstifadə edilən digər simvollar arasında sevgili bir qızı və ya Ukraynanın özünü təmsil edən giləmeyvəli kalina və qartopu gülü (kalyna) və uşağı təmsil edən meşəni göstərmək olar. Nəğmələrdə bənzətmələr üstünlük təşkil edir: bir qız bir ulduza, qırmızı bir qırmızı gül ağacına, bir şam ağacına və bir çörək otuna bənzədilə bilər; oğlan uşağı meşə, ağcaqayın və göyərçinə bənzədilir. Bəzi nəğmələrdə təkrar, ziddiyyət, qabartma və metafora istifadə olunur. Duyğuları ifadə etmək üçün lirik nəğmələrdə tez-tez istifadə edilən bir texnik, dramaik dialoqdur. Bəzi nəğmələrdə assonans, alliterasiya və səs təqlidi də itifadə olunur.
Xalq nəğmələri, Mikola Lisenko, Mikola Leontoviç, Krilo Stetsenko kimi bir çox ukraynalı bəstəkara ilham qaynağı olmuşdur. Məşhur rus bəstəkarları Pyotr Çaykovski, Nikolay Rimski-Korsakov və Sergey Raxmaninov da əsərlərində Ukrayna xalq musiqilərini toplayıb, istifadə etdilər. Günümüzdə bir çox nəğmə çağdaş sənətçilər tərəfindən səsləndirilməkdədir.
İstinadlar
Əlavə ədəbiyyat Andrejev, Nikolai P. "A Characterization of the Ukrainian Tale Corpus". In: Fabula 1, no. 2 (1958): 228-238. https://doi.org/10.1515/fabl.1958.1.2.228 Lintur, Petro. A Survey of Ukrainian Folk Tales. Volume 56 - Canadian Institute of Ukrainian Studies Edmonton, Alberta: Research report. Translated by Bohdan Medwidsky. Canada: Canadian Institute of Ukrainian Studies Press, University of Alberta, 1994. .
Xarici keçidlər Ukrainian Traditional Folklore . University of Alberta Folk articles at the Encyclopedia of Ukraine