Marqit Şlaxta (; ) — Macarıstanlı katolik rahibə, sosial aktivist, siyasətçi və Macarıstan krallığının parlamentinin ilk qadın üzvü. 1920-ci ildə o, Macarıstan Dietinə (Parlamentinə) seçilən ilk qadın oldu və 1923-cü ildə qadınlar üçün katolik dini institutu olan Sosial Xidmət Bacıları (Sisters of Social Service) təşkilatını təsis etdi.

Həyatı 1884-cü ildə Macarıstanın Abauj-Torna qraflığının Kassa şəhərində anadan olan Marqit, gənc yaşlarında valideynləri ilə birlikdə qısa müddətlik Amerika Birləşmiş Ştatlarına köçüb.Sheetz-Nguyen, Jessica. "Transcending boundaries: Hungarian roman Catholic Religious Women and 'the persecuted ones'", In God's Name: Genocide and Religion in the Twentieth Century, Omer Bartov and Phyllis Mack eds., Berghahn Books, 2001, 9781571813022 Macarıstana qayıtdıqdan sonra, Marqit Budapeştdəki bir katolik məktəbində fransız və alman dili müəllimi kimi təhsil alıb.

İnsan hüquqlarının müdafiəçisi kimi o, Macarıstanda qadınların seçki hüququnu təşviq etmək üçün Katolik Qadınlar Birliyini yaratdı və 1920-ci ildə Macarıstan Dietinə (Parlamentinə) seçilən ilk qadın oldu.Rogow, S. M. (2005). They Must Not Be Forgotten: Heroic Priests and Nuns Who Saved People from the Holocaust. p. 53 ()Phayer, M. (2000) The Catholic Church and the Holocaust, 1930–1965. p. 117 () 1908-ci ildə Şlaxta dini bir icma olan Sosial Missiya Cəmiyyətinə qoşuldu. 1923-cü ildə isə o, Sosial Xidmət Bacıları təşkilatını təsis etdi. 'Sosial Bacılar' bütün Macarıstanda tibbi bacılıq, mamalıq və yetimxana xidmətləri ilə tanınırdılar. İcma Budapeşt və Kluj şəhərlərində sosial iş üzrə peşə məktəbləri açdı. Bəzi tələbələr dini icmaya daxil olur, digərləri isə bağlı dünyəvi bir birliyə qoşulurdular.

1938-ci ildə Macarıstanda ilk yəhudi əleyhinə qanunlar qəbul edildi və həmin vaxtdan etibarən Şlaxta özünün 'Ruhun Səsi' (Voice of the Spirit) qəzetində yəhudi əleyhinə tədbirlərə qarşı çıxan məqalələr dərc etməyə başladı. 1943-cü ildə hökumət onun qəzetini qadağan etsə də, Şlaxta onu 'gizli' şəkildə nəşr etməyə davam etdi.

Macarıstan 1940-cı ildə Ox dövlətlərinə qoşuldu. 1940-cı ilin payızında Çikseneda (Csíkszereda) şəhərindəki yəhudi ailələri deportasiya edildi və sonda Karpat-Ruteniyadakı Köröşmezö məntəqəsinə çatdılar. Şlaxta 1940-cı ildə yəhudilərin bu erkən köçürülmə xəbərlərinə dərhal reaksiya verdi. O, Köröşmezödəki keşişə məktub yazaraq ondan deportasiya olunanların rifahı ilə maraqlanmasını xahiş etdi. Dekabrın 9-u axşam saatlarında Müdafiə Nazirliyindən gələn teleqramla saxlanılanların sərbəst buraxılması əmr edildi və köçürülmə prosesi dayandı. Bu, onun keşişə yazdığı məktubun tarixi ilə eyni gün idi. Hesabatda qeyd olunur ki, məsul kapitan axşam saat 19:00-da nəzarətindəki yəhudiləri dərhal azad etmək və onları Çiksenedaya geri göndərmək əmri alan bir teleqram almışdı.

O, xilas etmə və yardım səylərində sosial ədalətə olan şövqünü dini əqidəsi ilə birləşdirirdi. İkinci Dünya müharibəsindən dərhal sonrakı illərdə o, protestant kilsələrinin yəhudilərin xilas edilməsindəki mühüm töhfələri barədə ictimaiyyətdə məlumatlılığı artırdı: "!Mən güzəştsiz olaraq xristian dəyərləri təməli üzərində dayanıram. Yəni mən bəyan edirəm ki, sevgi bizi Allahın verdiyi və əlindən alına bilməyən təbii qanunları istisnasız olaraq bütün insanlar üçün qəbul etməyə borclu edir".Rescue in Hungary: The Bravery of Sister Margit Slachta (chapter in Rogow (2005))

Şlaxta təqib olunanlara sığınacaq verir, məcburi əməyə və antisemit qanunlara etiraz edirdi. O, 1943-cü ildə yəhudi təqiblərinə qarşı papanın hərəkətə keçməsini təşviq etmək üçün Romaya getmişdi.

Şlaxta öz dini bacılarına deyirdi ki, inanclarının qaydaları, hətta öz ölümlərinə səbəb olsa belə, yəhudiləri qorumağı tələb edir. 1941-ci ildə 20.000 nəfər deportasiya edildikdə, Şlaxta Admiral Mikloş Hortinin həyat yoldaşına etirazını bildirdi. Nasistlər 1944-cü ildə Macarıstanı işğal etdilər və yəhudilərin kütləvi deportasiyasına başladılar. Şlaxtanın rəhbərlik etdiyi bacılar, insanları deportasiyadan xilas etmək ümidi ilə vəftiz mərasimləri təşkil edir, yəhudi gettolarına qida və ləvazimatlar göndərir, insanları öz monastırlarında gizlədirdilər. Şlaxtanın bacılarından biri, Şara Şalkahazi "Çarpaz Oxlar" (Arrow Cross) partiyası tərəfindən edam edildi, Marqit Şlaxtanın özü isə döyüldü və edamdan güclə xilas oldu.Michael Phayer; The Catholic Church and the Holocaust, 1930–1965; Indiana University Press; p.117- In 1985,Mona, Ilona. (1997). Slachta Margit, page 274 Bacıların, ehtimal ki, 2000-dən çox macar yəhudisini xilas etdiyi hesab olunur. 1985-ci ildə Yad Vaşem Marqit Şlaxtanı Millətlər Arasında Ədalətli İnsan elan etdi.

O, 1945-ci il seçkilərindən sonra Mülki Demokratik Partiyanın siyahısı ilə seçilərək parlamentə qayıtdı. Lakin 1946-cı ilin yanvarında müstəqil deputat kimi fəaliyyət göstərmək üçün partiyadan istefa verdi.Mária Palasik (2011) Chess Game for Democracy: Hungary Between East and West, 1944–1947, McGill-Queen's Press, p. 39 31 yanvar 1946-cı ildə parlamentdə respublika elan edilməsinin əleyhinə səs verən yeganə deputat o oldu və çıxışında nəinki monarxiya ideyasını, həm də Habsburqları müdafiə etdi. Bundan sonra, Xristian Qadınlar Liqası 1947-ci il seçkilərində müstəqil partiya kimi iştirak edərək dörd yer qazandı.Nohlen, D & Stöver, P (2010) Elections in Europe: A data handbook, p931 1949-cu il seçkiləri ərəfəsində bir neçə partiya kommunistlərin rəhbərlik etdiyi Macarıstan Müstəqil Xalq Cəbhəsinə qoşulmağa məcbur edildi. Cəbhə isə Macarıstan Zəhmətkeşlər Partiyası tərəfindən seçilmiş vahid siyahı ilə seçkilərə qatılırdı. Marqit Şlaxta seçkilərdə namizəd olmaq üçün müraciət etsə də, onun müraciəti rədd edildi.Francisca de Haan, Krasimira Daskalova, Anna Loutfi (2006) Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries, Central European University Press, p. 522

İstinadlar

Ədəbiyyat Mona, Ilona. (1997). Slachta Margit (OCLC 246094536)

Xarici keçidlər

Slachta Margit (1884–1974) Biography Margit Slachta and the early rescue of Jewish families, 1939–42 Writings of Sister Margaret in Translation from Magyar to English

Kateqoriya:Avstriya-Macarıstan şəxsləri