Səfəvi dövründə sünni siyasəti — Səfəvilər dövründə sünnilərə qarşı dövlət siyasətini əhatə edir.

Tarixi

Səfəvi hökmdarı I İsmayılın sünni qətliamları törətməsinin məqsədi sünni hökmdarların onun əcdadlarına qarşı göstərdiyi münasibətin intiqamını almaq idi. Həm də ki qətliamların təsiri ilə sünnilərin mümkün üsyan fəaliyyətlərinin qarşısı əvvəlcədən alınırdı. Çünki sünnilər qətlə yetirildikcə əhali şiəliyi qəbul edir, ya da sakit qalırdılar. Şiəliyin yayılması üçün göstərilən bu münasibət insanları şiəlik və ölüm arasında seçim etməyə məcbur edirdi. Nəticə olaraq, sünnilik zəifləmiş və insanlar sünni olduğunu ətrafa göstərməməyə başlamışdır.

300px|thumb|Jan Şardenin 1673-cü ilə aid Təbriz təsviri. Səfəvi hökmdarı I İsmayıl hakimiyyətini gücləndirdikdən sonra sünniliyə qarşı müharibə elan etmiş və İranda yaşayan sünniləri məcburi şiələşdirməyə başlamışdır. Şah İsmayıl bu məqsədlə qorxu və qətliam metodlarından istifadə etmişdir. Vacib sünni alimləri camaatın qabağında edam edilmişdir. I İsmayıl Heratı ələ keçirəndə Hafiz Seyfəddin səhabəni təhqir etməyəcəyini demiş, buna görə də məscidin içində faciəvi şəkildə öldürülmüşdür. Herat şeyxülislamı Sədəddin Təftəzaninin oğlu Seyfəddin Əhməd on iki imam adına xütbə oxutdurmaqdan imtina etmiş, daha sonra bazar yerində yandırılaraq qətlə yetirilmişdir.

İtalyan səyyahı Angiolello I İsmayılın Təbrizi fəth edəndə din xadimləri, qadınlar və uşaqlar da daxil olmaqla bir çox insanı qətlə yetirdiyini, 20 mindən çox insanın tələf olduğunu, hətta öz anasını öldürdüyünü iddia etmişdir. 1534-cü ildə vəfat etmiş tarixçi Kamalpaşazadəyə görə, I İsmayıl Təbrizi tutanda 40–50 min nəfəri qətlə yetirmiş, anası onu həddini aşmaqdan və zülm törətməkdən çəkindirməyə çalışanda əsəbləşib anasını öldürtmüşdür. I İsmayıl Ağqoyunlu sülaləsinin kökünü kəsmiş, bu sülaləyə sədaqətli olan boy və oymaqları mərhəmətsizcə cəzalandırmışdır. Azərbaycan, Diyarbəkir, İraq Əcəmi, Fars və İraq Ərəbində mübarizə göstərən icmalar qətlə yetirilmişdir.

Bağdad şəhəri I İsmayıla müqavimətsiz təslim olmuş, ancaq I İsmayıl sünni türbələrinə ziyan vermiş, şəhər əhalisindən bir çoxunu öldürtmüşdür. I İsmayılın ikinci vəziri olan Əmiryar Əhməd İsfahani Mavəraünnəhrdə özbək ovuna çıxmış, tutduqların öldürmüşdür. O, Kərəş qalasını ələ keçirəndə nəinki insanları, həm də it və pişikləri qətlə yetirmiş, Çingiz və Əmir Teymurun törətdiyi qətliamların əvəzini çıxdığını iddia etmişdir.

Şiəliyə keçidə qarşı ən güclü müqavimət ənənəvi sünni mərkəzi olan Şirvan bölgəsində idi. Onların silahlı müqaviməti qızılbaşlar tərəfindən silah gücüylə yatırılmışdır.

İstinadlar

Ədəbiyyat Bulut, Halil İbrahim. "Safevîlerin Ehl-i Sünnet Karşıtı Politikaları". Türk Kültürü ve Hacı Bektaş Veli Araştırma Dergisi. 76 (01 Aralık 2015): 15–30. https://izlik.org/JA52DT74XB.

Kateqoriya:Şiə–sünni məzhəb münaqişəsi Kateqoriya:Müsəlmanların təqibi Kateqoriya:Antisünnilik Kateqoriya:Səfəvi tarixi