300px|thumb|right|Qafqaz xalqları Qafqaz mədəniyyəti — Qafqaz xalqlarının mədəniyyəti.

Tarixi Qafqazın hər yerində patriarxal tayfa sisteminin və cəmiyyətin tayfa şəklində formalaşmasının izləri var. Bu xüsusiyyətlər ən yaxşı şəkildə dağlılar arasında qorunub saxlanılmışdır. Lakin tayfa sistemi tədricən kənd icmaları sisteminə keçid etmişdir. Feodal münasibətləri xüsusilə Gürcüstan, Ermənistan və Azərbaycanda, eləcə də Şimali Qafqazın bəzi yerlərində inkişaf etmişdir. Sovet dövründə bütün ərazilər Rusiyanın güclü təsirinə məruz qalmışdır. Ənənəvi olaraq, Qafqazdakı əsas dinlər İslam (xüsusən türk qrupları), Şərqi Pravoslav kilsəsi (əsasən gürcülər), Erməni Apostol kilsəsi və yəhudilik olmuşdur. Həmçinin çoxsaylı azlıqların təriqətləri də mövcuddur.Owen, Lewis, Bruk, Solomon Ilich, Gvozdetsky, Nikolay Andreyevich. "Caucasus". Encyclopedia Britannica, 13 Mar. 2026, https://www.britannica.com/place/Caucasus . Accessed 19 April 2026.

Qafqazın qonaqpərəstlik adətinə görə, uşaq 2–3 yaşlarında ailəsindən götürülüb, əmanət olaraq başqa ailəyə verilir. 15–16 yaşına qədər qəyyum evində yaşayan uşaq bu yaşlardan sonra öz ailəsinin yanına qayıdır. Adətin məqsədi uşağın hörmət göstərən və güclü olan bir şəxsiyyət kimi yetişdirilməsidir.

Qafqaz mədəniyyətlərində süfrənin çox xüsusi əhəmiyyəti var. Hər bir icmanın özünəməxsus süfrə davranışı olsa da, hamısının ortaq cəhəti budur ki, toplanma səbəbindən asılı olmayaraq, insanlar həmişə ağır bir süfrəyə otururlar.

Azərbaycan Azərbaycanlılar Qafqaz, türk "If native Caucasian, Iranian, and Turkic populations – among others – dominated Azerbaijan from the fourth century CE onwards, the Turkic element would grow increasingly dominant in linguistic terms,5 while the Persian element retained strong cultural and religious influence." "Following the Seljuk great power period, the Turkic element in Azerbaijan was further strengthened by migrations during the Mongol onslaught of the thirteenth century and the subsequent domination by the Turkmen Qaraqoyunlu and Aq-qoyunlu dynasties." və İran elementləri daşıyan irsə malikdirlər.Roy, Olivier (2007). The new Central Asia. I. B. Tauris. p. 6. ISBN 978-1-84511-552-4. "The latter were to keep the name 'Turkmen' for a long time: from the 13th century onwards they 'Turkised' the Iranian populations of Azerbaijan (who spoke west Iranian languages such as Tat, which is still found in residual forms), thus creating a new identity based on Shiism and the use of Turkish. These are the people today known as Azeris."Frye, R. N. "IRAN v. PEOPLES OF IRAN (1) A General Survey". Encyclopædia Iranica. XIII. pp. 321–326, "The Turkish speakers of Azerbaijan (q.v.) are mainly descended from the earlier Iranian speakers, several pockets of whom still exist in the region." Müxtəlif Azərbaycan mifləri öz mənşəyini "Oğuznamə"dən, özündə həm erkən türk, həm də Qafqazın arxaik görüşlərini birləşdirən "Kitabi-Dədə Qorqud" dastanından götürür.

XVIII əsr aşığı Sayat Nova Qafqaz birliyi ideyası haqqında fikirləşir, azərbaycanlılar, gürcülər və ermənilərin bir yerdə harmoniya ilə yaşayacağı, II İrakli kimi müdrik hökmdarın idarə etdiyi bir dövlət xəyal edirdi. O, əsərlərinin çoxunu Azərbaycan dilində yazmışdır, çünki Qafqaz birliyi mesajı üçün bu dil ən yaxşı vasitə idi.Dowsett, 1997, с. 434. Sayat Nova yazdığı bir şeirdə Araz çayı üzərində körpü tikdiyini qeyd edirdi. Burada nəzərdə tutulan azərbaycanlılar, gürcülər və ermənilər arasında Sayat Novanın inşa etdiyi mədəni əlaqə ola bilər.Dowsett, 1997, с. 75.

Abbasqulu ağa Bakıxanov Şirvan və Dağıstan tarixi haqqında "Gülüstani-İrəm" əsərini yazmışdır. Bu əsər bütün qafqazlıların müxtəlifliklərinə baxmayaraq, dini və tarixi bağları olduğu Osmanlı türkləri və farslar kimi qonşu xalqlardan fərqli bir ortaq tarixə və bir dərəcəyə qədər ortaq kimliyə malik olduğunu göstərir.

Qalereya

Həmçinin bax

Regionlara görə mədəniyyət Azərbaycan mədəniyyəti Gürcüstan mədəniyyəti Abxaziya mədəniyyəti Ermənistan mədəniyyəti

Sahələrə görə mədəniyyət Qafqazşünaslıq Qafqaz dilləri Qafqaz rəqsləri

İstinadlar

Ədəbiyyat Dowsett Ch. J. F. Sayat'-Nova: An 18th-century troubadour. A biographical and literary study. — Leuven: Peeters Publishers, 1997. — 505 p. — ISBN 978-9-068-31795-4. Karamustafa, Ali. (2021). Reading Nineteenth-Century Persian Histories from the Caucasus. 10.30687/978-88-6969-550-6/005.

Kateqoriya:Qafqaz mədəniyyəti Kateqoriya:Asiya mədəniyyəti Kateqoriya:Avropa mədəniyyəti Kateqoriya:Rusiya mədəniyyəti Kateqoriya:Cənubi Qafqaz