Fəxri üzv — hər hansı bir təşkilatın, akademiyanın, cəmiyyətin və ya klubun fəaliyyətində birbaşa (inzibati və ya gündəlik) iştirak etməsə də, həmin sahədə göstərdiyi xüsusi xidmətlərə görə verilən yüksək statusdur.

Akademiyanın fəxri üzvləri dünya miqyasında dövlət, ictimai, elm və mədəniyyət xadimləri kimi tanınmış Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sırasından seçilirlər. Onlar Akademiyanın ümumi yığıncağında açıq səsvermə yolu ilə seçilirlər.

Xarici keçidlər

Kateqoriya:Elmi dərəcələr Kateqoriya:Rütbələr Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Fəxri üzvlər Kateqoriya:Fəxri adlar