Otkir Həşimov (; ) — Özbəkistan yazıçısı, dramaturqu, jurnalisti və bədii tərcüməçisi olmuşdur. Onun ən populyar əsəri 1985-ci ildə qələmə aldığı və Hamza adına Dövlət mükafatına layiq görüldüyü "İki qapı arası" (Ikki eshik orasi) romanıdır. O, 1991-ci ildə "Özbəkistan SSR Xalq yazıçısı" fəxri adını almışdır.
Uzunmüddətli yaradıcılıq fəaliyyəti ərzində o, bir çox populyar hekayələrin müəllifi olmuşdur. Müəllif həmçinin bir neçə pyes, o cümələn 1978-ci ildə ekranlaşdırılan "Toylar mübarək" (Toʻylar muborak) dramını yazmışdır. Həşimov Ernest Heminquey və Konstantin Simonov kimi xarici müəlliflərin əsərlərini özbək dilinə tərcümə etmişdir.
Həyatı
Ötkir Həşimov 5 avqust 1941-ci il tarixdə Daşkənd şəhərinin Dombrabad məhəlləsində fəhlə ailəsində anadan olmuşdur.
Ötkir Həşimovun yaradıcılıq yolu şeir və oçerklər yazmaqla başlamışdır. Onun ilk məcmusu 1962-ci ildə işıq üzü görmüşdür. İlk kitabı olan "Çöl genişliyi" povesti 1963-cü ildə nəşr edilmiş və Abdulla Qəhhar tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1964-cü ildə Daşkənd Dövlət Universitetinin (hazırkı Özbəkistan Milli Universiteti) jurnalistika fakültəsini bitirmişdir.
1959–1966-cı illərdə "Temiryulçu" qəzetinin redaksiyasında çalışmışdır. Daha sonra "Toşkent həqiqəti" qəzetində fəaliyyətini davam etdirmiş, 1966-cı ildən isə "Toşkent oqşomi" qəzetində şöbə müdiri vəzifəsində işləmişdir. O, Qafur Qulam adına Ədəbiyyat və İncəsənət Nəşriyyatında baş redaktor müavini, "Şərq ulduzu" jurnalının baş redaktoru olmuşdur. O, 1986-cı ildə "İki qapı arası" romanına görə Hamza adına Dövlət Mükafatı ilə təltif olunmuşdur. 1993-cü ildə yazıçının digər populyar romanı olan "Yuxuda keçən ömür" (Tushda kechgan umrlar) "Şərq ulduzu" (Sharq Yulduzi) jurnalında silsilə şəklində dərc edilmişdir. Yazıçı Abdulla Qəhharı yaradıcılığına böyük təsir göstərmiş ədib hesab etmişdir. Həşimov 1995–2005-ci illərdə Özbəkistan Respublikası Ali Məclisinin mətbuat və informasiya komitəsinin sədri vəzifəsini icra etmişdir. Yaradıcılığının ən parlaq dövründə Qafur Qulam adına Nəşriyyat Evinin baş redaktoru vəzifəsində çalışmışdır.
Müəllifin əsərləri arasında "Kölgəsiz işıq olmaz", "İki qapı arası", "Yuxuda keçən ömür" romanları; "Məhəbbət", "Müharibənin son qurbanı", "Özbək işi" hekayələri; "Pərvanə günü", "Adamlar nə deyər", "Təkrarsız bahar", "Qəlbinə qulaq as", "Dünya işləri" povestləri; "Bahar ötüb keçdi", "Özgə qayğısı", "Toya dəvət edirik", "Repressiya" dramatik əsərləri yer alır. O, E. Heminquey, K. Simonov, A. Kuprin və O. Berqqoltsun əsərlərini özbək dilinə tərcümə etmişdir. Yazıçının əsərləri bir çox xarici dillərdə çap olunmuşdur. Yazıçı 24 may 2013-cü il tarixdə Daşkənddə vəfat etmişdir.
Mükafatları Otkir Həşimov 1991-ci ildə "Özbəkistan SSR Xalq yazıçısı" fəxri adına layiq görülmüşdür.Указ Президента Узбекской Советской Социалистической Республики от 19 марта 1991 года № УП-5 «О присвоении почетного звания «Народный писатель Узбекской ССР» тов. Хашимову У.» "Dünya işləri" povestinə görə 1982-ci ildə Aybek adına mükafata, "Girmək və çıxmaq" romanına görə isə 1986-cı ildə Özbəkistan SSR Dövlət mükafatına layiq görülmüşdür. Bundan əlavə, o, "Əmək şöhrəti"Указ Президента Республики Узбекистан от 26 августа 1997 года № УП-1832 «О награждении группы работников науки, культуры, искусства, просвещения, средств массовой информации в связи с шестой годовщиной независимости Республики Узбекистан» və "Böyük xidmətlərinə görə"Указ Президента Республики Узбекистан от 24 августа 2001 года № УП-2921 «О награждении в связи с десятилетием независимости Республики Узбекистан группы работников науки, здравоохранения, культуры, просвещения, средств массовой информации, общественных сфер» ordenləri ilə təltif edilmişdir.
Əsərləri
Pyeslər
„Toʻylar muborak“ „Sizdan ugina, bizdan bugina“ „Vijdon dorisi“ „Inson sadoqati“ „Qatagʻon“
Esselər „Po‘lat chavandozlar“ (toʻplam. 1962-yil)
Qısa hekayələr „Cho‘l havosi“ (1964-yil) „Bahor qaytmaydi“ (1970-yil) „Qalbingga quloq sol“ (1973-yil) „Ikki karra ikki-besh“ (1987-yil) "Dunyoning ishlari" Odamlar nima derkin
Hekayələr
„Urushning soʻnggi qurboni“ „Yanga“ „Muhabbat“ „Dehqonning bir kuni“ „Umr savdosi“ „Quyosh tarozisi“ „Oq bulut, oppoq bulut“
Romanlar
„Nur borki, soya bor“ (1976-yil), „Ikki eshik orasi“ (1985-yil), „Tushda kechgan umrlar“ (1993-yil)
Ssenarilər
„Xazon boʻlgan bahor“ „Inson sadoqati“ (1975-yil) „Vijdon dorisi“ „Toʻylar muborak“ (1979-yil) „Qatagʻon“
Otkir Həşimovun 40 ildən artıq müddətdə yazdığı "Dəftərdəki əlavələr" adlı atalar sözləri toplusu 2001-ci ildə nəşr olunmuşdur.
Mirası Otkir Həşimovun "Bahar qayıtmır" hekayəsi əsasında 1972-ci ildə eyniadlı film çəkilmişdir.
Otkir Həşimovun anadan olmasının 80 illiyi 2021-ci ildə Özbəkistan Yazıçılar İttifaqının, Xalq Təhsili Nazirliyinin, Gənclər İşləri Agentliyinin və digər ictimaiyyət nümayəndələrinin təşəbbüsü ilə qeyd olunmuşdur.
İstinadlar
Kateqoriya:Özbək yazıçılar Kateqoriya:Özbəkistan dramaturqları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr dramaturqları