Oddantonio Montefeltro (; ) — son Urbino qrafı və ilk Urbino hersoqu.

1428-ci ildə Urbino qrafı Qvidantonio Montefeltro yeganə rəsmi övladı kimi dünyaya gəldi. Bu səbəblə, atasının nigahdan kənar doğulan oğlu olması səbəbilə özündən yaşca böyük olan qardaşı Frederiko taxt hüququndan məhrum edildi. Atasının ölümündən sonra 1443-cü ilin fevralında 16 yaşında ikən taxta çıxdı. Marke əyalətində Sforzalara qarşı mübarizəsinin mükafatı kimi, Roma papası IV Yevgen tərəfindən hersoq ünvanı aldı.

Marjinal həyat tərzi və eyş-işrətə düşkünlüyü səbəbilə saray daxilində sevilmədi. 21 iyul gecəsi saray xadimləri tərəfindən qətlə yetirildi. Ölümünün ardından ögey qardaşı Frederiko atasının soyadını alaraq rəsmi övlad statusu aldı və taxt-taca sahibləndi.

Mənbə

Ədəbiyyat

Gino Franceschini, ''Notizie su Oddantonio da Montefeltro primo duca di Urbino (20 febbraio 1443 - 22 luglio 1444)'', in ''Atti e Memorie'', Deputazione di Storia Patria per le Marche, serie VII, vol. 1, 1946, pp. 83–103. Giovanni Scatena, ''Oddantonio da Montefeltro primo duca di Urbino'', Roma, Ernesto Paleani Editore, 1989.

İstinadlar

Kateqoriya:Qətl qurbanları