Yermuxan Bekmaxanoviç Bekmaxanov (; ) — SSRİ–Qazaxıstan tarixçisi, tarix elmləri doktoru (1948), professor (1949), Qazaxıstan SSR Elmlər Akademiyasının müxbir üzvü (1962) olmuşdur.
Həyatı
Yermuxan Bekmaxanov 15 fevral 1915-ci ildə Pavlodar qəzasının Bayanaul rayonunda anadan olmuşdur. O, törə nəslindəndir və Abılay xanın yeddinci nəslindən olan övladıdır. Onun şəcərəsi Abılay xan — Vəli xan — Tövki — Canpeyis — Canbobek — Begen — Bekmaxan — Yermuxan ardıcıllığı ilə gəlir. O, 1937-ci ildə Voronej Pedaqoji İnstitutunu bitirmişdir.Жұлдыздар отбасы Аңыз адам. Ермұхан Бекмаханұлы. № 17 (125), 2015, 5-ші бет
Yermuxan Bekmaxanov Xalq Maarif Komissarlığı yanında Elmi-Tədqiqat Pedaqogika İnstitutunda elmi işçi və direktor (1937–1945), Qazaxıstan SSR Elmlər Akademiyasının Tarix, Arxeologiya və Etnoqrafiya İnstitutunda baş elmi işçi və direktor müavini (1945–1947), Qazaxıstan Dövlət Universitetində kafedra müdiri (1947–1966) vəzifələrində çalışmışdır. 5 sentyabr 1952-ci ildə "XIX əsrin 20–40-cı illərində Qazaxıstan" adlı əsərinə görə "burjua milliyyətçiliyi" ittihamı ilə həbs edilmişdir. Sözügedən əsərdə qazax xanı Kenesarı Qasımovun Rusiya hakimiyyətinə qarşı qaldırdığı üsyan "feodal-monarxiya" hərəkatı yox, "qazax xalqının milli-azadlıq hərəkatı" kimi qiymətləndirilmişdir. Bu yanaşmaya görə tarixçilər Yevgeni Tarle, Yakolev və Semyon Buşuyev həmin işi "ruslara qarşı yazılmış və Rusiyaya qarşı milli üsyanı mədh edən əsər" kimi xarakterizə etmişdilər.
1952-ci ilin dekabrında Yermuxan Bekmaxanov təqsirli bilinərək 25 il müddətinə azadlıqdan məhrum edilmişdir. İosif Stalinin vəfatından sonra həmkarlarının səyi nəticəsində Bekmaxanovun bəraət almasına və azadlığa buraxılmasına nail olunmuşdur. Bu hadisə 1954-cü ilin fevralında baş tutmuşdur. O, XIX əsr — XX əsrin əvvəllərində Qazaxıstanın sosial-iqtisadi və siyasi tarixi, eləcə də Birinci Rusiya inqilabı dövründə bölgədəki inqilabi hərəkat problemlərinin tədqiqatçısı olmuşdur.
Tarixçi qazaxların etnoqrafiyası, tarixi, ədəbiyyatı, hüquq elmləri, ateizm, mədəniyyət və incəsənət tarixinə dair əsərlərin, həmçinin orta məktəblər üçün Qazaxıstan tarixinə dair dərslik və dərs vəsaitlərinin müəllifidir. O, "Qırmızı Ulduz" ordeni və müxtəlif medallarla təltif edilmişdir.
Yermuxan Bekmaxanov 15 sentyabr 1966-cı ildə Alma-Ata şəhərində vəfat etmiş və şəhərin Mərkəzi qəbiristanlığında dəfn olunmuşdur.
Əsas elmi əsərləri thumb|right|Almatı, 1947-ci il. 5-ci sayının nəşr ili belə yazılmışdır.
"Qazaxıstan SSR tarixi", Alma-Ata, 1943-cü il. Bu əsər müharibə illərində Alma-Ata şəhərinə təxliyə edilmiş bir qrup sovet tarixçisi ilə həmtəsisçilik şəraitində yazılmışdır. Kitabın redaktoru SSRİ Elmlər Akademiyasının akademiki A. M. Pankratova olmuşdur. Nəşrin 14-cü fəslində Kenesarı Qasımovun hərəkatına dair materialların yer alması elmi dairələrdə geniş əks-səda doğurmuşdur.
"XIX əsrin 20–40-cı illərində Qazaxıstan", Moskva, 1948-ci il. Sözügedən tədqiqat işinin müzakirəsindən və "Pravda" qəzetində dərc olunan tənqidi məqalədən sonra müəllif "burjua ultra-millətçiliyi"ndə ittiham edilmişdir. 4 dekabr 1952-ci ildə RSFSR Cinayət Məcəlləsinin 58-10-cu maddəsi ilə 25 il müddətinə islah-əmək düşərgəsinə məhkum olunmuşdur. O, bütün mükafatlarından, elmi dərəcə və adlarından məhrum edilmişdir. A. M. Pankratovanın müdaxiləsi nəticəsində 16 fevral 1954-cü ildə azadlığa buraxılmış və ona bəraət verilmişdir.
"Qazaxıstanın Rusiyaya birləşdirilməsi", Alma-Ata, 1957-ci il. Bu əsərin nəşrindən sonra müəllif Moskvada doktorluq dissertasiyasını müdafiə edərək elmi dərəcəsini bərpa etmişdir.
Ailəsi Qızları — Nailə Bekmaxanova (anadan olmuşdur: 1940-cı il), tarixçi, tarix elmləri doktoru, professor, Moskvada Rusiya Elmlər Akademiyasının Rusiya Tarixi İnstitutunun baş elmi işçisidir. Nadiyə Bekmaxanova (anadan olmuşdur: 1947-ci il) mikrobioloq, biologiya elmləri doktoru, Almatıdakı Mikrobiologiya və Virusologiya Elmi-İstehsalat Mərkəzinin laboratoriya müdiridir.
Mirası Yermuxan Bekmaxanovun həyat və fəaliyyətinə "Amanat" adlı tarixi bədii film həsr olunmuşdur. Filmin premyerası 31 may 2015-ci ildə, Qazaxıstanda qeyd olunan Siyasi Repressiya Qurbanlarının Anım Günündə baş tutmuşdur. Pavlodar şəhərində Torayqırov Universitetinin ərazisində onun büstü ucaldılmış, həmçinin şəhər küçələrindən birinə onun adı verilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat Мажитов С. Ф. Историк Ермухан Бекмаханов. — Астана: Фолиант, 2005. — 264 с. Сарсеке М. Бекмаханов. — М.: Молодая гвардия, 2010 (Серия «Жизнь замечательных людей», вып. 1295) Люди и судьбы. Биобиблиографический словарь востоковедов — жертв политического террора в советский период (1917—1991). Васильков Я. В., Сорокина М. Ю. Люди и судьбы. — СПб., 2003. — 496 с. Сведения ДКНБ Республики Казахстан по г. Алматы Списки жертв
Xarici keçidlər Посольство Казахстана в России: В Павлодаре открылась международная конференция, посвящённая историку Ермухану Бекмаханову Васильков Я. В., Сорокина М. Ю. Люди и судьбы. Биобиблиографический словарь востоковедов — жертв политического террора в советский период Е. Б. Бекмаханов, библиография.
Kateqoriya:Qazaxıstan tarixçiləri Kateqoriya:SSRİ tarixçiləri Kateqoriya:Tarix elmləri doktorları