Klimentina Karlovna Popoviç-Boyarskaya (; ) — Qalisiyada doğulmuş ukraynalı yazıçı, şair və ibtidai sinif müəllimi. Ukrayna qadın hərəkatının fəal iştirakçısı olmuş Popoviç, İvan Franko və Nataliya Kobrinska ilə birlikdə yaradıcılıqla məşğul olmuşdur. Həyatı Klimentina Popoviç 3 fevral 1863-cü ildə Verdişin Qalisiya qəsəbəsində (müasir Ukraynanın Kaluş rayonundakı indiki Şevçenkove kəndi) anadan olub. Popoviç o dövrün Avstriya-Polşa vətənpərvərliyi üçün xarakterik olan alman və polyak dillərində danışırdı. Lvovda lisey təhsili alan Papoviçin bu şəhərdə təhsil alarkən ukrain dilində yazmağa böyük marağı yaranıb.

O, İvan Franko ilə yazışmağa başlamış, sonra isə onun rəhbərliyi altında təhsilini davam etdirmişdi. Onlar çox yaxın dost idilər və Franko onun bəzi əsərlərinin redaktoru kimi də çıxış etmişdir. 1884-cü ildə Popoviçin debüt şeirləri Frankonun redaktəsi ilə "Zorya" () jurnalında dərc olunmuşdur. Onun Franko ilə dostluğu 20 ilə yaxın davam etmişdir.

Qadınlar və Qalisiya ziyalıları haqqında yazan Popoviçin əsərləri 1880-ci illərdən etibarən nəşr olunmağa başladı. Atası kimi Popoviç də müəllim olub və 1890-1900-cü illərdə Bukovinada dərs demişdir.

İvan Franko ilə irəliləyən zaman dilimində Popoviçin romantik münasibəti də olmuş, Frankonun məhəbbət mövzusunda yazdığı "K.P." adlı şeir məhz Popoviçin şərəfinə yazılmışdı. Popoviç isə Frankoya həsr olunmuş, sonrada ədəbi topluya daxil edilən "Biri var idi, biri yox idi" adlı şeirini həsr etmişdi. O, Frankonun həyatındakı üç qadından biri idi. However, she was only one of Franko's lovers out of a group of three women.

Keşiş Omelyan Boyarskaya ilə ailə həyatı quran Klimentinanın bu nikahdan dörd övladı dünyaya gəlmişdir. Ailə Novosilka-Kostyukova (müasir Novosilka) kilsə icmasında yaşayırdı. Həyat yoldaşı onun Franko ilə olan münasibətinə qısqanclıqla yanaşsa da, sonra özü də Klimentinaya xəyanət etmişdi.

Evləndikdən sonra ədəbi fəaliyyətdən uzaqlaşan Popoviç bütün diqqətini ailəsinə yönəltdi. Yazıçı olmasına baxmayaraq, əri ona mədəni və ədəbi mühitlə məşğul olmağı qadağan etmişdi. O, qadınların yazıçı kimi fəaliyyət göstərməsi ilə razılaşmır və hətta Popoviçin poeziya dəftərlərini də yandırmışdı. Buna baxmayaraq, Popoviç yazmağa davam edirdi.

Həyat yoldaşı 1944-cü ildə kilsənin girişində Qırmızı Ordu tərəfindən güllələnərək öldürüldü. Onun ölümündən sonra Popoviç Ternopil vilayətinin Babıntsi kəndinə köçdü. Klimentina Papoviç 1945-ci il mayın 7-də elə orada vəfat edib.

Yaradıcılığı Klementina Popoviçin yaradıcılığında şeirlər və hekayələr əsas yer tutur. Onun yazıları antologiyalarda, qadın dövri mətbuatında və müxtəlif jurnallarda, o cümlədən Zorya, Dilo və "Literary and Scientific Journal"-da işıq üzü görmüşdür. 1990-cı ildə onun əsərlərindən ibarət toplu Petro Babyak tərəfindən tərtib edilmiş və Lvovda nəşr edilmişdir.

Qalisiya mədəniyyəti və qadın mövzuları ilə yanaşı, Popoviç dostları olan İvan Franko və Nataliya Kobrinska haqqında da xatirələrini qələmə almışdır. O, həm Franko, həm də Kobrinska ilə birlikdə Ukrayna qadın hərəkatının üzvü olmuş, sonra isə Kobrinskanın almanaxı və Ukraynalı qadınların yazı kolleksiyası olan "İlk Çələng" üçün də yazılar yazmışdır. İlk Çələng toplusunda Popoviçin "Adi Tarix" () və "Mənim Allahım haradadır?" () adlı şeirləri də dərc edilmişdir.

Popoviç, həmçinin "Ukrayna Muzası" () almanaxına və "Akkordlar" () antologiyasına öz töhfəsini vermişdir. O, eyni zamanda Ukrayna tikmə sənətinə dair etnoqrafik tədqiqat əsərini də qələmə almışdır.

İrsi 1952-ci ildə akademik M.Voznyak Frankoya dair materiallar toplusunda İvan Franko ilə Popoviçin biri-birinə göndərdiyi 28 məktubu nəşr etdirdi. Popoviçin şeirləri həmçinin 1968-ci ildə ukraynalı qadın şairlərin antologiyasına daxil edilmişdir.

1988-ci ildə Popoviçin Babıntsi kəndində, yaşadığı evdə xatirə lövhəsinin açılışı olub.

İstinadlar

Kateqoriya:Avstriya-Macarıstan yazıçıları Kateqoriya:Ukraynanın qadın yazıçıları Kateqoriya:Ukrayna yazıçıları