Diana Olehivna Berq (; ) — Donetskdən olan ukraynalı aktivist və insan hüquqları müdafiəçisi. 2014-cü ildə Avromeydan hadisələrindən sonra Donetskdə Ukraynayönümlü hərəkatın əsasını qoyub. O, həmçinin incəsənət və mədəniyyət vasitəsilə sosial dəyişikliklərə nail olmağı, insan hüquq və azadlıqlarının təşviqini hədəfləyən "Platform Tu" məkanının və "Tu" incəsənət qrupunun yaradıcısıdır.

Erkən həyatı Ukraynanın Donetsk şəhərində doğulub boya-başa çatan Diana Berq, qrafik dizayner və müəllim təhsili alıb və bu istiqamət üzrə çalışıb.

Özünü siyasətə və ya sosial hərəkatlara marağı olmayan, yaradıcı bir gənc kimi xarakterizə edirdi. Lakin 2014-cü il martın 1-də rusiyapərəst nümayişçilərin Donetskin Lenin meydanına toplaşması ilə onun baxış bucağı dəyişir, rəfiqəsi Katya ilə birgə təşəbbüsü ələ alaraq, şəhərin ilk irimiqyaslı mitinqlərini təşkil edir və onlara kömək etmək üçün etiraz aksiyalarının planlaşdırılması üzrə ekspertləri cəlb edir. O, 2001-ci ildə Donetsk Milli Texniki Universitetində xarici iqtisadi fəaliyyət ixtisası üzrə magistr dərəcəsinə yiyələnib.

Donetsk rus hücumçular tərəfindən ələ keçiriləndə o, pncə Odessaya, oradan isə Lvov və Kiyevə gəlir. Diana daha sonra doğma şəhərinə daha yaxın olmaq və 2014-cü ildə Donbassdakı ukraynayönümlü mübarizəyə kömək etmək qərarına gələrək cəbhə xəttində yerləşən Mariupola köçür. Səkkiz il sonra, 2022-ci ildə Rusiya Ukraynaya hücum edəndə o, ikinci dəfə evini tərk etmək məcburiyyətində qalır. 2014-cü ildə aktivist fəaliyyətinə başlayan Diana doğma şəhərində ukraynayönümlü aksiyalara başlayır.

12 iyun 2016-cı ildə o, Donetskin Donetsk Xalq Respublikası üsyançılarından azad edilməsinin ikinci ildönümü şərəfinə keçirilən hərbi paradda iştirak edib. O, üzərinə Ukrayna bayrağı tikilmiş LGBT icmasının bayrağını daşıyırdı. Bu, Kiyevdə baş tutan "Bərabərlik Marşı"na dəstək məqsədilə keçirilən yeganə etiraz aksiyası idi.

Diana Berq altı il ərzində "Platforma Tu" məkanı və "Tu" incəsənət qrupuna rəhbərlik edərək onların hüquq müdafiəsi sahəsindəki fəaliyyətinə nəzarət edib. 2022-ci ilin martında Rusiyanın işğalı altındakı Mariupoldan Kiyevə getdikdən sonra o, fəaliyyətini müharibə şəraitində davam etdirib. "Platforma Tu" hazırda humanitar yardım göstərməyə, insanları işğal olunmuş ərazilərdən təxliyə etməyə, qaçqınlar üçün vəsait toplamağa və risk altındakı muzeyləri qorumağa davam edir.

Diana "Documenta" zamanı Kasseldə yeganə Ukrayna proqramının koordinatoru olub. "Berlin Praydı"nda Ukrayna sütununun həmtəşkilatçısı olub və orada "Ukraynanı indi silahlandırın, Mariupolda praydı mümkün edin" şüarını səsləndirib. "Tu" da öz mədəni təşəbbüsünü həyata keçirməkdə davam edir. "Platform Tu" komandası hazırda Mariupol mədəniyyətinə həsr olunmuş "Memoriupol" onlayn layihəsi üzərində çalışır.

Diana Berq 2021-ci ildəki bir yazısında qeyd edirdi ki, ənənəvi etiraz formaları uğursuzluğa düçar olduqda, insan yaradıcı olmalıdır. Diana "Zaborona"nın jurnalisti Alyona Vişnitskaya ilə söhbətində adi bir qadından yaradıcı etirazçı liderə çevrilməsindən bəhs edib.

Karyerası Diana 2016-cı ildə Mariupolda "Tu" incəsənət platformasının əsasını qoyub və hazırda bu platformanı xaricdən idarə edir. O, insan hüquq və azadlıqlarını dəstəkləmək məqsədilə sosial transformasiya və mədəni inkişafı təşviq edən, gender bərabərsizliyi, ayrı-seçkilik və sağ radikalizmi hədəf alan platforma yaradıb. Diana, təkcə Şərqi Ukraynadakı kütləvi xalq hərəkatı dəstəkləməklə, geniş sosial təşəbbüsləri ilə yanaşı, müasir incəsənət və andeqraund mədəniyyəti də təbliğ edir.

İstinadlar

Kateqoriya:Biseksual qadınlar Kateqoriya:Kiyev Milli Dilçilik Universitetinin məzunları