Qorqonzola — italyan mənşəli, inək südündən hazırlanan kifli pendir növü. Süd qəlibləri incə metal çubuqlar ilə deşilir və bu halda içərində içəriyə girən hava ilə birlikdə kif yayılmağa başlayır.Gorgonzola Nedir, Hangi Yemeklerde Kullanılır? İstifadə tarixi: 17 may 2026.
Qorqonzola adətən 3-4 ay saxlanılır. Ən azı iki ay saxlanılan təzə qorqonzola daha qaymaqlı və yumşaq olur. Saxlannılan pendir qaldıqca nəmini itirir, daha kəskin, duzlu və bərk olur.The Cheese Lover’s Guide To Gorgonzola Cheese. İstifadə tarixi: 17 may 2026.
Tarixi Qorqonzolanın ilk yazılı tarixi məlumat 879-cu ilə aiddirGorgonzola 101. İstifadə tarixi: 26 aprel 2026..
Adlandırılması Bəziləri inanır ki, qorqonzola pendirinin adı Milanın yaxınlığında yerləşən Qorqonzola qəsəbəsinin adından gəlir. Bəzi iddialara görə isə qorqonzola ilk dəfə bir az şimalda - Valsassinanın dağlıq ərazilərində düzəldilib.
İstehsal prosesi Qorqonzola payızda sağılan inəklərin südündən hazırlanır. Təbii kif pendirə xüsusi dad verir.
Növləri Qorqonzola pendirinin iki növü var: pikkante və dolçe.GORGONZOLA. İstifadə tarixi: 23 may 2026. Pikkantedə daha çox kifə rast gəlinir, dadı daha ədviyyatlı kimidir və kəskin dadı ilə fərqlənir. Dolçe isə daha kremli formaya malikdir, dadı kəskin deyil və bir qədər şirindir.
Qorunası Qorqonzola 1951-ci ildə Stresa Konvensiyası tərəfindən qorunur. Buna görə o, ancaq Lombardi və Piedmontda istehsal olan bilər və içinə qatılan şüyüt mal-qara mədəsindən çıxarılmış olmalıdır. Əsl qorqonzola pendirlərinin üzərinə Konsorsiumun səlahiyyət verdiyi şirkətlər tərəfindən mavi rəngli "g" işarəsi vurulur və bu işarə məhsulun orijinallığına zəmanət verir.The Gorgonzola. İstifadə tarixi: 23 may 2026.
İstifadəsi Qorqonzola pendiri Avropa ölkələri içərindən ən çox Almaniya, Fransa və İngiltərədə, Avropa olmayan ölkələrdən isə Yaponiyada istehlak olunur.Gorgonzola Cheese. İstifadə tarixi: 23 may 2026.
Qorqonzola müxtəlif souslarda, salatlarda, ət yeməklərində, pizza və rizottolarda istifadə olunur. Qorqonzola şərab növlərinin müşayiəti ilə də servis olunur.
Maraqlı faktlar
Qorqonzola Vinston Çörçillin sevimli pendir növü idi.
İstinadlar
Kateqoriya:İtaliya mətbəxi Kateqoriya:Pendir növləri Kateqoriya:İnək pendirləri