thumb|Suribaçi və surikoqi. thumb|Suribaçinin içindəki daraqvari xətlər. və ya – yapon həvəngdəstəyi. Ənənəvi yapon mətbəxində bəzi qida məhsulları əzmək, üyütmək və toz halına salmaq üçün istifadə olunur.
Tarixi Suribaçinin mənşəyi Çinin cənubu ilə bağlıdır. İlk dəfə 1100-cü illərdə Yaponiyaya gətirilib. Suribaçidən öncə Yaponiyada daş həvənglərdən istifadə olunurdu. Suribaçi ilk dövrlərdə dərman hazırlamaq, daha sonra düyü üyütmək və ən sonda qida hazırlamaqda istifadə olunmağa başlamışdır. Yaponiya mətbəxinin formalaşmasında və inkişafında vacib alətlərdən biri hesab olunur.
Xüsusiyyətlər Suribaçi keramikadan hazırlanan ənənəvi həvəngdir. Suribaçini digər həvənglərdən fərqləndirən xüsusiyyəti qabın iç hissəsinə oyulmuş, "kuşime" adlı daraqvari, kələ-kötür xətləridir; inqrediyentlər məhz bu səthə sıxılaraq üyüdülür. Bu xətlər həm də estetik görünüşü təmin etmək üçün oyulur. Ucuz suribaçilərdə bu xətlər qəliblərlə hazırlanır, sənətkarlar tərəfindən hazırlanan suribaçilərdəki xətlərin kənarları daha kəskin olur və üyütmə prosesini asanlaşdırır. Bir neçə standart naxış növü var: dairəvi, çobanyastığı və vergül formasında olan naxışlardan daha çox istifadə olunur. Müasir dövrdə plastikdə hazırlanan suribaçilər də mövcuddur.
Surikoqi taxtadan hazırlanan ənənəvi dəstədir. Əsasən Yaponiyada yetişən sanşo adlı bitkidən hazırlanır. Bu bitki aşınmaya dözümlü və sərtdir. Təbii antibakterial xüsusiyyətlərə malik olduğu üçün gigiyenik hesab olunur. Ədviyyatlı dadını üyüdülən məhsula ötürmək üçün qabığı soyulmur. Müasir dövrdə sidr ağacından da hazırlanır.
Ölçülər Suribaçinin ölçüsü 10–30 santimetr arasında dəyişir. Böyük ölçüdə olan suribaçi yamaimo və tofu kimi məhsulları əzmək üçün istifadə olunur. Kiçik ölçüdən olan suribaçi küncüt toxumları və kinome üyütmək üçün nəzərdə tutulur.
Mədəniyyətdə İvo Cima adasının ən hündür zirvəsi olan Suribaçi dağı bu mətbəx alətinin adı ilə adlandırılmışdır. Belə ki, dağın çökək zirvəsi formaca həvəngi xatırladır.
İstinadlar
Kateqoriya:Yaponiya dulusçuluğu Kateqoriya:Yaponiya mətbəx alətləri Kateqoriya:Qida üyütmə alətləri