Zoya Sergeyevna Kazaqaçeva (; ) - Filologiya elmləri doktoru, folklorşünas, elmi əsərlərin, məktəb proqramlarının və dərsliklərin müəllifidir. Altay Respublikasının əməkdar elm xadimidir (2007)
Həyatı 31 oktyabr 1931-ci ildə Altay Respublikasının, Şebalinski rayonu, Yuxarı Çerqa kəndində anadan olmuşdur. Ailəsi Cənubi Sibirdə yaşayan Altay türklərindən idi. Altay türk dilində danışan və ənənəvi həm şamanizmi, həm də pravoslav xristianlığı qəbul edən türk icması kimi yaşayan ailədə atası Sergey Semenoviç Kazaqaçev meşəçilik və əl əməyi ilə dolanışığını təmin edirdi. Anası Mariya Porfiryevna Kazaqaçeva ənənəvi biliklərin ötürülməsində iştirak edən evdar qadın idi.Harun Arslantürk.14 Ekim.2025. Zoya Sergeyevna Kazagaçeva. Altaylı Kadın Folklorist, Akademisyen. https://turkdunyasiansiklopedisi.gov.tr/detay/8914/Zoya-Sergeyevna-Kazagaçeva . Kazaqaçevanın bacıları Varvara Kazaqaçeva Zaqotjivsyre (heyvan xammalı toplama təşkilatı) adlı bir müəssisədə sahə işçisi, digər bacısı Yekaterina Kazaqaçeva isə müvafiq olaraq müəllim və məktəb direktoru vəzifələrində çalışırdı. O dövrdə Altay türk dili təhsili hər bölgədə mövcud olmadığı üçün Kazaqaçevanın bacıları rus dilində tədris olunan məktəblərdə oxuyurdular. . İbtidai təhsilinə 1940-cı ildə Ulaqan rayonunda başlayan Kazaqaçeva, rus dilini və Altay türkcəsinin fonetik quruluşunu bilməməsi səbəbindən sözləri tələffüz etməkdə çətinlik çəkirdi. Bu dil fərqləri onun sosial mühiti ilə münasibətlərində də müəyyənedici amil idi. Xüsusilə, təhsilinin ilk illərində sinif yoldaşlarının istehza ilə yanaşması onun dil yadlaşmasını daha da dərinləşdirdi. Getdikcə Kazaqaçeva rus dili bacarıqlarını inkişaf etdirdi və gündəlik həyatda istifadə edə biləcəyi səviyyəyə çatdı. Bu, ona erkən yaşlarında ikidilli bacarıqlar inkişaf etdirməyə, Altay türkcəsi ilə rus dili arasında şüurlu keçidlər etməyə imkan verdi. 1948-cildə orta məktəbi kənddə bitirdikdən sonra Dağlıq Altay Dövlət Pedaqoji məktəbinin filologiya fakültəsinə daxil olur. 1952-ci ildə Kazaqaçeva Dağlıq Altay Pedaqoji Məktəbini Qırmızı Diplomla (Sovet İttifaqında görkəmli nailiyyətlərlə məzun olanlara verilən diplom) bitirib. Məzun olduqdan sonra Leninqrada gedib Şimal Xalqları İnstitutuna müraciət edir. Lakin Kazaqaçeva ərizə qəbulu müddətinin gecikməsi səbəbindən qeydiyyatdan keçə bilmir. Daha sonra Altaya, Koş-Aqaç rayonuna qayıdıb. Orada ona müxtəlif təhsil müəssisələrində müxtəlif müəllim vəzifələri təklif olunub, lakin o, Kuray internat məktəbində ibtidai sinif müəllimi olmağı seçib. Müəllimlik karyerasına Kuray internat məktəbində başlayan Kazaqaçeva eyni zamanda həm birinci, həm də üçüncü sinif şagirdlərinə dərs deməli olub. .O, həmçinin Kurayda fəaliyyət göstərən gecə məktəbində tarix və coğrafiya fənlərini tədris etməklə işləyən yetkinlərin təhsilinə töhfə verib. 1953-cü ildə Altayda Pedaqoji İnstitutun Filogiya fakültəsinə daxil olmuş və oranı 1957-ci ildə bitirib. Шебалинская районная межпоселенческая библиотека. https://shebibl.alt.muzkult.ru/kazagacheva. Regional milli məktəbdə rus və Altay dilləri və ədəbiyyatı müəllimi işləyib. 1967-ci ildə SSRİ Elmlər Akademiyasının A. M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda aspirantura təhsilini başa vurduqdan sonra o, S. S. Surazakov adına Altay Tədqiqat İnstitutunda elmi işçi, daha sonra folklor və ədəbiyyat sektorunun müdiri kimi işləməyə başlayıb. O, S. Surazakov, P. Kuçiyak, M. Çevalkov və A. Kalkinin elmi irsinin naşiridir. 2019-cu ildə vəfat etmişdir.
Fəaliyyəti 1967-ci ildə Z.S.Kazaqaçova "Altay yazılı ədəbiyyatının yaranması" adlı namizədlik, 2002-ci ildə isə "Altay qəhrəmanlıq nağılları 'Oçi-Bala' və "Kan-Altın: Mətn tənqidi və tərcümə aspektləri" adlı doktorluq dissertasiyasını müdafiə etmişdir.. Onun tədqiqatları Altay ədəbiyyatı, folkloru və Altay dağlarında ictimai təhsilə yönəlmişdir. Onun tədqiqatları ədəbiyyat, folklor və ictimai maarifləndirməyə yönəlib. Mixail Çevalkovun əsərlərini çoxşaxəli perspektivdən təqdim edən ilk şəxs olub. 1983-cü ildən bəri 62 cildlik ikidilli akademik seriya olan "Sibir və Uzaq Şərq xalqlarının folklor abidələri" üçün Altay korpusu cildlərinin hazırlanmasına rəhbərlik edib.Bu işin bir hissəsi olaraq üç Altay cildi hazırlanaraq nəşr olunmuşdur: "Altay Qəhrəmanlıq Nağılları" (1997), "Altay Xalq Nağılları" (2002) və "Altay Xalqının Nağılsız Nəsri" (2011). O, həmçinin "Altay Epik İrsinin Abidələri" yeni seriyasının "Altay Baatırları" cildləri üçün Altay mətnlərinin tərtibçisi və tərcüməçisidir. Bu uzunmüddətli işin nəzəri əsası Altay qəhrəmanlıq eposunun mətnşünaslıq və tərcümə aspektlərinə dair monoqrafiyada təqdim olunmuş və sonradan filologiya elmləri doktoru dərəcəsi almaq üçün müdafiə edilmişdir (2002). O, çoxsaylı elmi məqalələrin və dərsliklərin müəllifidir. Altay xalqlarının mədəni irsinin qorunması sahəsində uzunmüddətli fəaliyyətinə, fəal maarifçilik işinə görə "İctimai tanınmaya görə" Qızıl Fəxri Medalı ilə təltif edilib (1998), Sibirin Fəxri Kitabına daxil edilib (2002) və Ədəbiyyat və İncəsənət üzrə G. İ. Çoros-Qurkina mükafatı laureatı olub (2014). Zoya Sergeevna 200-dən çox elmi, tədris, metodiki və digər əsərlərin müəllifidir. Bunlara "Altay Ədəbiyyatının Doğuluşu" (1972), "Altay qəhrəmanlıq nağılları: Oçi-Bala" və "Kan-Altın" monoqrafiyaları və topluları daxildir. Mətn tənqidi və tərcümə aspektləri (2002), Əbədiyyətin səsi (Hekayəçi Aleksey Kalkinin 80 illik yubileyinə) (2005), N. Ulaqaşev, Alyp-Manaş, Altay Qəhrəmanlıq Dastanı (2011), Nəsillərin Dialoqu: Epistolyar tarixdə (2013) və Əbədiyyətdən səs hekayəçi saldabai savdinin anadan olmasının 100 illiyi münasibətilə (2016) və b. məqalələrin müəllifidir..
Filologiya elmləri doktoru Z. S. Kazaqaçevanın əsərləri Altay Respublikasında humanitar elmlərin və təhsilin inkişafına əvəzsiz töhfələr vermiş və elmi və pedaqoji ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. O, tanınmış folklorşünas və yazışı olan həyat yoldaşı Sazon Surazakovla bərabər Altay xalqı üçün unudulmaz işlər görmüşdür.
İstinadlar
Nəşrləri Казагачева, З. С. Зарождение алтайской литературы / З. С. Казагачева ; Ин-т мировой лит. им. А. М. Горького АН СССР, Горно-Алтайский научно- исследовательский ин-т истории, яз.и лит. – Горно-Алтайск, 1972. – 145 с. Казагачева З. С. Алтайский писатель и просветитель М.В.Чевалков // Диалог поколений в эпистолярной истории. - Горно-Алтайск: ОАО «Горно-Алтайская типография», 2012. – С. 385-393. Казагачева, З. С. М. В. Чевалков и его потомки // Наследие М. В. Чевалкова в современном осмыслении : сб. материалов межрегион. научно-практ. конф. и библиогр. указ. – Горно-Алтайск, 2008. – С. 11-30. Казагачева, З. С. М. В. Чевалков и его роль в принятии теленгитами-двоеданцами российского подданства // Алтай – Россия: через века в будущее. Т. 1 Материалы Всерос. научно-практ. конф., посвящ. 250-летию со дня вхождения алтайцев в состав России. – Горно-Алтайск: РИО ГАГУ, 2006. – С. 107-110. Казагачева, З. С. Михаил Васильевич Чевалков // Литература народов России : словарь / отв. ред. Н. С. Надъярных. – М. : Наука, 2005. – С. 232-235. Казагачева, З. С. Заметки об особенностях эписеского языка сказителей //Алтай и Центральная Азия: культурно-историческая преемственность : материалы Междунар. науч. конф. : к 350-летию ойротской письменности. – Горно-Алтайск,1999. – С. 54-70. Казагачева, З. С. У истоков алтайской литературы // Национальное наследие и современность : сб. ст. по алт. фольклору и лит. – Горно-Алтайск, 1984. – С. 24-49. Казагачева, З. С. Дореволюционная письменность и зачатки литературы у алтайцев // Зарождение алтайской литературы у алтайцев. – Горно-Алтайск, 1972. – С. 9-19. Казагачева, З. С. Жизнь посвятивший народу // Звезда Алтая. – 1971. – 8 сент.
Mənbə Altayskie Geroiçeskie Skazaniya: Oçi-Bala, Kan-Altın, Perevod: Z. S. Kazagaçevoy, Nauka Sibirskoe Predpriyatnie RAN., Novosibirsk 1997.
Çevalkov, Mihail Vasilyeviç, Çöbölköptün Jürümi, Sost. Z. S. Kazagaçeva, Altaydın Biçikter Çıgarar İzdatelstvozının Tuulu Altaydagı Bolugi, Gorno-Altay 1980.
Çöbölköp, Mikailı, “Çöbölköptün Jürümü”, Obraztsı Naradnoy Literaturı Tyurkskih Plemen, Jivuşih v Yujnoy Sibiri i Dzungarskoy Stepi, Podnareçiya Altaya; Altaytsev, Teleutov, Çernovıh i Lebedinskih Tatar, Şortşev i Sayantsev, Sobranı V. V. Radlovım, Ç. 1, Tip. İmperatorskoy Akademii Nauk, Sank-Peterburg 1866, s. 113-159.
Harvilahti Lauri, Kazagaceva Zoja. S., The Holy Mountain. Studies on Upper Altay Oral Poetry, Academia Scientiarum Fennica, Helsinki, 2003.
Kazagaçeva, Zoya Sergeyevna, Zarojdenie Altayskoy Literaturı, Gorno-Altayskoe Otdeleniye Altayskogo Knijnogo İzdatelstva, Gorno-Altaysk 1972.
Kazagaçeva, Zoya Sergeyevna, Bibliografiçeskiy Ukazatel, Vstupitelnaya Statya N. M. Kindikova, Sost. L. T. Baştıkova, T. K. Mayçikova, İzd. Gorno-Altayskaya Tipografiya, Gorno-Altay 2006.
Kazagaçeva, Zoya Sergeyevna, Vospominaniya, Retsenzii, Pisma Bibliografiya Trudov (k 85-letiyu so dnya rojdeniya), Red. N. V. Yekeyev, Sost. Bibl. Ukazatelya L. T. Baştıkova, İzd. Gorno-Altayskaya Tipografiya, Gorno-Altay 2016.
Kuçiyak, Pavel, Vospominaniya, Dnevniki, Pisma, Sost. Red. Primeç. Z. S. Kazagaçevoy, Gorno-Altayskoe Otdeleniye Altayskogo Knijnogo İzdatelstva, Gorno-Altay 1979.
Surazakov, S. S., İz Glubinı Vekov: Stati o Geroiçeskom Epose Altaytsev, Sost. İ Red. Z. S. Kazagaçevoy, Vstupitelnoe Slovo A. A. Petrosyan, Gorno-Altayskoe Otdeleniye Altayskogo Knijnogo İzdatelstva, Gorno-Altay 1982.
Surazakov, S. S., Altayskiy Geroiçeskiy Epos, Red. V. M. Gatsak, Podgotovka Teksta Z. S. Kazagaçevoy, İzd. Nauka, Moskva 1985. Демчинова, М. А. 80 лет Зое Сергеевне Казагачевой, доктору филологических наук, Заслуженному деятелю Республики Алтай / М. Демчинова, М. А. Казагачева // Календарь юбилейных и памятных дат. 2011 год. – Горно-Алтайск, 2010. – С. 137-138. Демчинова, М. А. 80 лет Зое Сергеевне Казагачевой, доктору филологических наук, Заслуженному деятелю Республики Алтай / М. Демчинова, М. А. Казагачева // Республика Алтай : краткая энцикл. – Новосибирск: Арта, 2010. – С. 165. Казагачева Зоя Сергеевна доктор филологических наук, главный научный сотрудник отдела филологии // Труды сотрудников института алтаистики им. С. С. Суразакова (1996-2006) : библиогр. указ. – Горно-Алтайск, 2007. – С. 91-96. Kateqoriya:Altay dairəsində doğulanlar Kateqoriya:Folklor Kateqoriya:Folklorşünaslar