Əbu Əmr Osman ibn Səid ibn Osman əd-Dəni (; ) — Maliki məzhəbinə mənsub olan Əndəlüslü qiraət alimi.
Bioqrafiyası 981-ci ildə anadan olub. Uzun müddət Deniyada yaşadığı üçün nisbəsi "əd-Dəni"dir.
Qurtubəyə, İsticəyə (Esixa), Bəccanəyə (Peçina), Saraqustəyə (Saraqosa), Misirə Məkkəyə, Qeyrəvana, Mədinəyə, Bələnsiyəyə (Valensiya), Məyurqayə (Mayorka) və başqa yerlərə elmi səfərlər edib. Buralardakı müəllimlərdən qiraət təfsir, hədis, fiqh və başqa elmləri öyrənib, həccə gedib.
Əbül-Abbas Əhməd ibn Osman (oğlu), Əbdürrəhman ibn Məhəmməd əl-Qurtubi, Abdullah ibn Səhl əl-Mursi, Məhəmməd ibn Xələf əl-Qurtubi, Əbu Davud Süleyman ibn Nəcah, Xələf ibn İbrahim ət-Tuleytili və başqaları ondan dərs almış şəxslərdir.
Əbu Əmr əd-Dəni 1053-cü ildə Deniyada vəfat etmişdir.
O, "Cəmiul-bəyan fil-qiraətis-səb", "ət-Təysir fil-qiraətis-səb", "əl-Möhkəm fi nəqtil-məsahif", "əl-Muqni fi mərifəti-mərsumi məsahifi-əhlil-əmsar", "əl-Bəyan fi əddi əyil-Quran", "ət-Təhdid fil-itqan vət-təcvid", "əl-Müqtəfa fil-vəqfi vəl-ibtida"və başqa əsərlərin müəllifidir.
İstinadlar
Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Quran qariləri