Əl-Qaqa ibn Əmr ibn Malik ət-Təmimi (; ) — ərəb sərkərdəsi, şairi və bəzi mənbələrə görə də, islam peyğəmbəri Məhəmmədin səhabəsi.
Həyatı
Doğumu Doğum tarixi və nə vaxt İslamı qəbul etdiyi bilinmir.
Əbu Bəkr və Ömər dövrü Hərbi fəaliyyətinə (Riddə döyüşü ilə) Əbu Bəkrin dövründə başlamışdır. Xalid ibn Vəlid ilə birlikdə Buzəha, Ülleys, Übullə və Hirə döyüşlərində iştirak edib. Ömərin əmri ilə İraqa göndərilib (634) və bir sıra hərbi əməliyyatlarda, o cümlədən Yəmrük döyüşündə iştirak edib. Bir çox döyüşdə müsəlmanların qələbə qazanmasında mühüm rol oynayıb. Əsl şöhrətini isə Qadisiyyə döyüşündə əldə edib (636). İslam mənbələri onun bu döyüşdə xüsusi şücaət göstərdiyini nəql ediblər: O, Mədainin ələ keçrilməsi zamanı III Yezdəgirdin silah, zireh və dəbilqəsini ələ keçirməyə nail olmuşdur. Daha sonra o, Ömərin əmri ilə bir sıra döyüşlərdə iştirak etmiş, Halvanda bir qarnizon yaratmış, həmçinin əl-Cəzirə, Nəhavənd və Həmədanın ələ keçirilməsində iştirak etmişdir.
Osmanın xəlifəliyi dövrü Osmanın dövründəki iğtişaşlar vaxtı xəlifəni dəstəkləmiş və Mədinənin mühasirəsi zamanı Osmanı müdafiə etmək üçün Mədinəyə yollanmışdır.
Əlinin xəlifəliyi dövrü Əlinin dövründə isə onu dəstəkləmiş, Cəməl və Siffin döyüşlərdə iştirak etmişdir.
Ölümü Onun hicri 40-cı (660) ildə Misirdə öldüyü düşünülür.
İrsi və mirası İbn Əsirə görə, Əbu Bəkr şücaətindən ötrü əl-Qaqa ibn Əmri tərifləmişdir.
Eyni zamanda şair olan əl-Qaqa ibn Əmr, daha çox döyüş və cihad mövzulu şeirlər qələmə almışdır. Onun yazdığı şeirlər Asim ibn Əmrin şeirləri ilə birlikdə nəşr edilmişdir.
Həmçinin bax
Zəncirlər döyüşü
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Səhabələr Kateqoriya:Ərəb generallar
