Qeyri-kombatant və ya Nekombatantlar – "vuruşmayanlar") — Silahlı Qüvvələrin tərkibinə daxil olan, onlara kömək göstərən, lakin döyüş əməliyyatlarında birbaşa iştirak etməyən şəxslərdir.
Nekombatantlara aşağıdakılar daxildir: Tibbi heyət (həkimlər, feldşerlər, sanitar-təlimatçılar); Ruhani heyət (mollalar, keşişlər və s.); İntendantlar (təchizat və təminat xidməti); Hərbi müxbirlər; Hərbi hüquqşünaslar və s.
Bu şəxslər öz vəzifə borclarını yerinə yetirdikləri müddətdə onlara qarşı silah tətbiq edilməməlidir. Onların funksiyaları yalnız silahlı qüvvələrin döyüş fəaliyyətinin təmin edilməsi və xidmətindən ibarətdir. Nekombatantlar silahı yalnız özünümüdafiə məqsədilə tətbiq edə bilərlər.
Beynəlxalq hüquq bu şəxsləri kombatantlardan (döyüşdə birbaşa iştirak edən və döyüş əməliyyatlarına rəhbərlik edən əsgər, zabit və generallardan) fərqləndirir və düşmən tərəfindən saxlanıldıqları halda onlar üçün xüsusi hüquqi status nəzərdə tutur.
Əgər nekombatantlar döyüş əməliyyatlarında birbaşa iştirak edərlərsə, öz statuslarını itirərək kombatanta çevrilirlər və yalnız bu halda onlara qarşı silah tətbiq oluna bilər.
Nekombatantlar düşmənin silahlı hücumunun birbaşa obyekti ola bilməzlər, çünki kombatantlardan fərqli olaraq, onlar hərbi münaqişədə zorakılıq tətbiq edən subyektlər deyillər (IV Haaqa Konvensiyasına əsasən). Buna müvafiq olaraq: Onlar düşmən tərəfindən saxlanıldıqda hərbi əsir hesab edilməməlidirlər; Onlara hərbi əsirlərə tibbi və mənəvi yardım göstərmək üçün bütün lazımi imkanlar yaradılmalıdır; Onları tibbi və dini vəzifələrinin icrası ilə bağlı olmayan işlərə məcbur etmək olmaz.
Müasir beynəlxalq humanitar hüquq (Cenevrə konvensiyaları) nekombatantların mühafizəsini müharibənin aparılmasının fundamental prinsiplərindən biri kimi tanıyır.
İstinadlar
Xarici keçidlər
— A detailed critique of the shortcomings of the common Article 3 of the Geneva Conventions.
Kateqoriya:Beynəlxalq humanitar hüquq Kateqoriya:Hərb Kateqoriya:Hərbi hüquq