Rreşen () — Şimali Albaniyada, Leja dairəsində kiçik bir şəhər və keçmiş bələdiyyə.

2015-ci il yerli idarəetmə islahatından sonra Mirdita bələdiyyəsinin inzibati mərkəzinə və alt bölməsinə çevrilmişdir. O, keçmiş Mirdita rayonunun inzibati mərkəzi idi.

2023-cü il əhalinin siyahıyaalınmasına əsasən şəhərin əhalisi 6,773 nəfərdir.

Şəhər İnzibati mərkəz olaraq şəhərdə məktəblər və xəstəxana fəaliyyət göstərir. Kommunizm dövründən sonra ərazidə otel, restoran və mədəniyyət mərkəzi kimi yeni obyektlər inşa edilmişdir. Kosovo sərhədindən Tirana və Durresə gedən yük maşını marşrutu Rreşenin hər iki tərəfindən keçir ki, bu da paytaxt və Adriatik dənizi ilə yaxşı nəqliyyat əlaqəsini təmin edir. İkinci Dünya müharibəsindən əvvəl şəhər kiçik bir kənd statusunda idi, lakin inzibati dəyişikliklər və mədən sənayesindəki inkişaf şəhərin statusunu yüksəltdi. Lakin kommunizmin süqutundan sonra mədənlərin əksəriyyəti istifadəsiz qaldı. Bu vəziyyət, Tirana və daha böyük, sənayeləşmiş mərkəzlərə kütləvi miqrasiyaya səbəb olmuşdur.

Din Şəhərdə yerləşən "Dünyanın Yeganə Xilaskarı İsa" kafedralı (), 1996-cı ildə Şen Llejri i Oroşit Ərazi Abbatlığının Yepiskopluğa yüksəldilməsi ilə yaradılan Rreşen Roma-Katolik Yepiskopluğunun mərkəzidir. Bu yepiskopluq, Tirana-Durres Roma-Katolik Arxiyepiskopluğunun tabeliyində olan bir yepiskopluqdur.

Qalereya

Tanınmış şəxsləri Eucent Buşpepa (d. 1984) — müğənni və bəstəkar Musine Kokalari (d. 1917) — yazıçı və siyasi fəal Albion Marku (d. 2000) — futbolçu Edison Ndreca (d. 1994) — futbolçu Fatmir Vata (d. 1979) — futbolçu

İstinadlar

Xarici keçidlər Rreşen bələdiyyəsi Mirdita Turizm Portalı GigaCatholic Kateqoriya:Albaniya şəhərləri