Əbdülkadir Uraloğlu — (19 yanvar 1966, Düzköy, Trabzon) — türk siyasətçisi, hazırda Türkiyə Respublikası Nəqliyyat və İnfrastruktur naziri.Bakan Abdulkadir URALOĞLU
Erkən illər və təhsili Əbdülkadir Uraloğlu 1966-cı ildə Trabzonun Düzköy ilçəsində anadan olub.
1988-ci ildə Karadəniz Texniki Universitetinin İnşaat mühəndisi fakültəsini bitirib.
Karyerası 1989-cu ildə Ərzurum Avtomobil yolları 12-ci Region Müdirliyinə Tədqiqat Qrupu mühəndisi vəzifəsinə təyin edilib.
1990-1998-ci illərdə Ankara 4-cü Regional Avtomobil Yolları İdarəsində mühəndis və Nəzarət şöbəsinin rəhbəri vəzifələrində çalışıb.
1998-ci ildə Ərzurum Region Müdirliyinə İnşaat şöbəsinə baş mühəndis vəzifəsinə təyin edilmişdir.
2003-cü ildə Trabzon 10-cu Region bölgəsinin müdür müavini, 2005-ci ildə Kayseri 6-cı Region bölgəsinin müdürü, 2006-cı ildə Samsun 7-ci bölgəsinin müdürü, qısa müddətdən sonra Bursa 14-cü Region bölgəsinin müdürü və 2012-ci ildə İzmir 2-ci Region bölgəsinin müdürü vəzifəsində çalışıb.
2015-ci ildə İzmirdə Türkiyə Avtomobil yolları idarəsində Region müdürü vəzifəsində çalışarkən Ədalət və İnkişaf Partiyasından (AKP) Trabzon millət vəkili olmaq üçün namizəd oldu, lakin namizədliyi qəbul edilmədi."Abdülkadir Uraloğlu kimdir? Karayolları Genel Müdürü Abdülkadir Uraloğlu nereli?"
23 iyul 2018-ci ildə Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Avtomobil Yollarının Baş direktoru vəzifəsinə təyin edildi.Cumhurbaşkanlığından: Karar Sayısı : 2018/37 4 iyun 2023-cü ildə prezidentin fərmanı ilə 67-ci Türkiyə hökumətində Nəqliyyat və İnfrastruktur naziri təyin olundu.
Şəxsi həyatı Ailəlidir, üç uşaq atasıdır."Genel Müdürümüz/Abdulkadir Uraloğlu".
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1966-cı ildə doğulanlar Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Ədalət və İnkişaf Partiyasının üzvləri Kateqoriya:Türkiyə nazirləri