İndira Bayramoviç () — 20 ildən artıqdır ki, Bosniya və Herseqovinada qaraçı qadınların vəziyyətini yaxşılaşdırmaq istiqamətində fəaliyyət göstərən qaraçı fəalı və iqtisadçısı. O, Tuzla şəhərində yerləşən "Daha yaxşı gələcək" Qaraçı Qadınlar Birliyinin rəhbəridir.

Bayramoviç kənd yerlərindəki qaraçı kəndlərinə yardım və dəstək göstərilməsi üçün çalışan, həmçinin qaraçıların Bosniya və Herseqovinada bərabər imkanlara sahib olması üçün vəkillik edən şəxsdir. Bayramoviç xüsusilə işsiz qaraçı qadınların, eləcə də məişət zorakılığı və istismara məruz qalanlarrın üzləşdiyi çətinliklər barədə də xeyli işlər görüb. Aktivist fəaliyyəti Bayramoviçin assosiasiyası qaraçı icmalarındakı azyaşlı uşaqları qida və gigiyena məhsulları, habelə məktəb ləvazimatları ilə təmin etmək istiqamətində fəaliyyət göstərir. Bundan əlavə, birlik yoxsul qadınların süd vəzi xərçəngi müayinəsindən keçməsi üçün özəl tibbi müayinələrin təşkil edilməsi istiqamətində də iş aparır. COVID-19 pandemiyası 2020-ci ilin yayında, COVID-19 pandemiyası dövründə, Bayramoviç və onun fondu Kiselyak ətrafındakı yerli qaraçı icmalarına 700 yardım paketi təqdim etmək üçün Bosniya və Herseqovina Qaraçı Qadınlar Şəbəkəsi, Tuzla İcma Fondu və "Emmaus" Beynəlxalq Həmrəylik Forumu ilə tərəfdaşlıq edib. Bayramoviç könüllülərlə birlikdə hər 3 gündən bir, gündəlik 400 yemək paylanmasının əlaqələndirilməsinə kömək göstərib. O, həmçinin futbol meydançası və uşaqlar üçün oyun otağının tikintisi də daxil olmaqla bir neçə tikinti layihəsində də iştirak edib. Əlavə olaraq o, əvvəllər bir çox evin su altında qalmasına səbəb olan zədələnmiş kanalların yenidən qurulması işlərinə də cəlb olunub.

Bayramoviç pandemiya zamanı qaraçı icmalarına yardım göstərməklə yanaşı, kənd yerlərində pandemiyanın verdiyi çatışmazlıqları da sənədləşdirib. O, qaraçı icmalarından olan şagirdlərin onlayn dərslərdə iştirak payının daha az olduğunu, məişət zorakılığının artdığını və səhiyyə sahəsində ayrı-seçkiliyin mövcudluğunu vurğulayıb. Bayramoviç xüsusilə kənd icmalarında COVID-19 testlərinin əlçatan olmamasını da qeyd edib.

Siyasi fəaliyyəti Bayramoviç "Bosniya və Herseqovinanın Daha Yaxşı Gələcəyi naminə İttifaq" partiyasının siyahısında 9-cu nömrə altında Tuzla şəhər şurasına namizədliyini irəli sürsə də, seçilməyib. Ümumilikdə 20 qaraçı qadın seçkilərdə iştirak etsə də, onlardan heç biri şura üzvü seçilə bilməyib. Eyni zamanda, 47 qaraçı kişi də namizədliyini versə də, onlardan 6-sı şura üzvü ola bilib. Bayramoviç qadınların uğursuzluğunu onların, seçki kampaniyası aparmaq əvəzinə, daha çox icma işlərinə diqqət yetirmələri ilə əlaqələndirib. O, həmçinin səslərin bir çox yeni partiya arasında bölünməsinə diqqət çəkərək qaraçıları vahid namizəd ətrafında birləşməyə çağırıb. Bununla yanaşı, o, seçkilərdə namizəd olan qaraçıların sayının əvvəlki illərə nisbətən daha çox olmasından ruhlandığını da bildirib. İstinadlar

Kateqoriya:Aktivistlər