thumb|Buxarada özbək qadınları
Özbəkistanda qadınların sosial-hüquqi statusu, müstəqillik qazandıqdan sonra yerli ənənələrin, dinin, sovet rejiminin və dəyişən sosial normaların təsiri altında olub.
Ana sağlamlığı və kontraseptiv vasitələrə çıxış thumb|Özbəkistanda ana uşağı ilə (2007) Hamiləlikdən qorunma vasitələrinin əlçatanlığı və analığın mühafizəsi birmənalı deyil. 2003-cü ilin məlumatlarına görə, qadınların 62,3 %-i kontraseptivlərdən istifadə edib. BMT-nin qiymətləndirmələrinə əsasən, Özbəkistanda növbəti hamiləliyin qarşısını almaq və ya onu təxirə salmaq istəyən qadınların təxminən 13,7 %-i hamiləlikdən qorunma vasitələrinə məhdud çıxış səbəbindən bunu edə bilmir. 2000-ci ildə ölkədə təxminən 20900 mamaça olub.
Məcburi sterilizasiya Özbəkistanda qadınların məcburi sterilizasiya edilməsi barədə məlumatlar yayılmaqdadır. BBC World Service, 12 aprel 2012-ci il tarixli "Təyinat" adlı hesabatında, hökumətin əhalinin sayına nəzarət etmək cəhdi çərçivəsində qadınların çox vaxt xəbərləri olmadan sterilizasiyaya məruz qaldıqlarına dair sübutları yayımlayıb.
İntiharlar Özünü yandırma halları Özbəkistanda qadınlar arasında geniş yayılmış intihar formasıdır. Hesablamalara görə, 2001-ci ildə ildə təxminən 500 qadın zorakılığa məruz qaldıqdan sonra intihar edib.
Köləlik BMT, hökumətin insan alverinin azaldılması istiqamətindəki bəzi səylərini tanıyıb.UN, CEDAW: (Concluding Observations, 2006) 5 Məsələn, insan alveri qurbanları üçün "qaynar xətt"lər fəaliyyət göstərirUNFPA, State of the World Population 2006:(A Passage to Hope; Women and International Migration, 2006) 49 və bu cinayətə görə beş ildən səkkiz ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Buna baxmayaraq, Özbəkistan insan alveri qurbanı olan qadınların həm mənbəyi, həm də istehlakçısı olduğu üçün bu problem hələ də davam edir. "İnsan alveri 'çelnok' ticarətinin davamıdır. Qadınlar dayə və ya tərbiyəçi kimi iş vədi ilə turist olaraq başqa ölkələrə göndərilir, çox vaxt sonradan seks-industriyasında işləməyə məcbur edilirlər.
Qadınların iqtisadi hüquqları "Gender bərabərliyi" məsələləri sovet dövründə dəyişib və müstəqillik qazanıldıqdan sonra da dəyişməyə davam edir.Uzbeks. (2003). In C. R. Ember, & M. Ember (Eds.), Encyclopedia of sex and gender: men and women in the world’s cultures. Dordrecht, The Netherlands: Springer Science+Business Media. Özbəkistanda qadınların iqtisadi imkanlarını genişləndirməyə kömək edən proqramların mövcudluğuna baxmayaraq, daimi problemlər hələ də qalmaqdadır. Əmək bazarı cinsiyyətə görə bölünüb və qadınlara adətən daha aşağı əməkhaqqı ödənilir.CEDAW: Concluding Observations, 2006, Uzbekistan Qeyri-istehsalat sektorundakı ixtisassız heyət demək olar ki, tamamilə qadınlardan ibarətdir. Qadınlar, həmçinin gecə vaxtı və ya işdən artıq saatlarda işləyə bilməzlər. 2003-cü ilə olan məlumata görə, cinsi qısnamaya qarşı heç bir qanun mövcud deyil.
Əlilliyi olan, uşağı olan və ya çoxuşaqlı analar, müəyyən edilmiş pensiya yaşından (55 yaş) beş il tez — 50 yaşında pensiyaya çıxa bilərlər.
Seçki prosesində qadın hüquqları 2004-cü ildən başlayaraq, Özbəkistanın seçki qanunu, siyasi partiyalardan parlamentə namizədlərin ən azı 30 faizinin qadın olmasını tələb edir. Bununla belə, idarəetmənin bütün səviyyələrində qadınların kifayət qədər təmsil olunmaması endemik xarakter daşıyır.
Özbəkistanda ümumi seçki hüququ mövcuddur, lakin "İctimai Rəy Mərkəzi" tərəfindən keçirilən sorğuların nəticələrinə görə, şəhər qadınlarının 64 faizi, kənd qadınlarının isə 50 faizi hesab edir ki, kişilərin siyasi sahədə öz hüquqlarını reallaşdırmaq üçün daha çox imkanları var.
Məcburi evlilik və qız qaçırma Məcburi evlilik məqsədilə qız qaçırma halları ölkənin bəzi bölgələrində, xüsusilə uzaq Qaraqalpaqıstanda hələ də var.Alena Aminova, «Uzbekistan: No Love Lost in Karakalpak Bride Thefts» , Institute of War and Peace Reporting, 14 June 2004 Hesab olunur ki, qız qaçırma halları iqtisadi qeyri-sabitliklə bağlıdır. Toy şənliklərinin hədsiz baha olduğu bir vaxtda, qaçırma həm toy xərclərindən, həm də gəlin üçün ödənilən başlıq pulundan yayınmağa imkan verir. Bəzi alimlərin fikrincə, təhsili zəif olan, narkotik və ya alkoqol asılılığı kimi problemləri olan və "arzuolunmaz" hesab edilən kişilərin gəlin qaçırma ehtimalı daha böyükdür.
Qadınların dini həyatı Ölkənin ilk prezidenti İslam Kərimovun dövründə islamın cəmiyyətdəki təzahürlərinə qarşı sərt siyasət yürüdülürdü. Digər məhdudiyyətlərlə yanaşı, dini geyimlərdən istifadəyə dair qeyri-rəsmi qadağa mövcud idi. Hicab bağlayan qız və qadınlar hüquq-mühafizə orqanlarının xüsusi nəzarəti altında idilər. 1998-ci ildən etibarən ölkədə ictimai yerlərdə hicab geyinilməsinə dair qanunvericiliklə tənzimlənən qadağa qüvvədə idi. Prezident Şavkat Mirziyoyev hakimiyyətə gəldikdən sonra müəyyən yumşalmalar tətbiq edildi. 2021-ci ildə ictimai yerlərdə hicab taxmaq qadağası ləğv edildi. Həmçinin ümumilli məktəbli forması ilə bağlı normativlərə düzəlişlər edildi və müsəlman məktəbli qızlar üçün açıq rəngli yaylıq və araqçınlara icazə verildi. Buna baxmayaraq, ölkədə zaman-zaman olaraq qadınların dini geyimləri mövzusunda insidentlər hələ də yaşanmaqdadır.
Həmçinin bax Özbəkistanda insan hüquqları
İstinadlar
Kateqoriya:Ölkələrinə görə qadınlar Kateqoriya:Özbəkistan cəmiyyəti