Auşrine Armonayte (; ) — Litvalı siyasətçi, ictimai xadim və feminist. O, 2019-cu ildən 2024-cü ilə qədər Azadlıq Partiyasının sədri vəzifəsində çalışıb. Əvvəllər Liberal Hərəkatın üzvü və 2017-ci ildən 2018-ci ilə qədər sədr müavini kimi fəaliyyət göstərərək ilk dəfə 2016-cı il parlament seçkilərində Seymə üzv seçilib. O, 2018-ci ildə Liberal Hərəkatdan istefa verib və daha sonra sosial-liberal və mütərəqqi yönümlü Azadlıq Partiyasına qoşulub, 2020-ci il parlament seçkilərində partiyaya rəhbərlik edərək 11 yer qazanıb və partiyanın ilk dəfə Seymdə təmsil olunmasını təmin edib. 2020-ci il dekabrın 7-də isə Auşrine Armonayte Şimonite kabinetində İqtisadiyyat və İnnovasiya Naziri vəzifəsinə təsdiq edilib.
Həyatı Auşrine Armonayte 26 may 1989-cu ildə Vilnüsdə anadan olub. O, 2004-cü ildə Mykolas Birziska gimnaziyasına daxil olan və 2008-ci ildə oradan məzun olan Armonayte, hələ yeniyetmə ikən qoşulduğu Litva Liberal Gənclər təşkilatının 2010-cu ildə sədri seçilib. Armonayte daha sonra Vilnüs Universitetinin Beynəlxalq Münasibətlər və Siyasi Elmlər İnstitutuna daxil olaraq 2012-ci ildə siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb və 2014-cü ildə həmin müəssisədə dövlət siyasətinin təhlili üzrə magistr dərəcəsinə yiyələnib. Peşəkar fəaliyyətinə 2013-cü ildə Litva Biznes Konfederasiyasında (ICC) analitik kimi başlayıb bu vəzifədə iki il qaldıqdan sonra 2015-ci ildə oradan ayrılıb. Elə həmin il Liberal Hərəkat partiyasından Vilnüs bələdiyyə şurasına üzv seçilərək aktiv siyasətə qədəm qoyub və nəhayət 2016-cı ildə milli siyasətə keçid etmək məqsədilə bələdiyyə şurasındakı vəzifəsindən istefa verib.
Siyasi fəaliyyəti 2016-cı ildə Auşrine Armonayte Liberal Hərəkat partiyası ilə birlikdə həmin ilin parlament seçkilərində iştirak etmək üçün seçilib partiyanın ümummilli siyahısına daxil edildikdən sonra nəticədə parlamentə seçilərək 2016-cı il noyabrın 14-də öz yerini tutub. Seymə seçildikdən sonra isə Avropa məsələləri komitəsinin sədr müavini təyin edilib və həmçinin xarici işlər komitəsində fəaliyyət göstərib. 2017-ci ildə isə Liberal Hərəkatın sədr müavini seçilib. 2018-ci ildə Auşrine Armonayte Liberal Hərəkatdan ayrıldığını elan edib parlamentdə bitərəf siyasətçi kimi fəaliyyət göstərməyə başlayıb, daha sonra yeni yaradılmış sosial-liberal və mütərəqqi Azadlıq Partiyasına qoşulub onun sədri seçilib. Lakin partiyanın əvvəlki seçkilərdə heç bir yer qazanmaması səbəbindən Azadlıq Partiyasına üzv olmasına baxmayaraq parlamentdə bitərəf üzv kimi fəaliyyətini davam etdirib.ref name="bio"/>
Auşrine Armonayte 2020-ci il parlament seçkilərində Azadlıq Partiyasına ilk dəfə rəhbərlik edib ölkə xaricində yaşayan litvalılara parlamentdə təmsilçilik hüququ verən yeni yaradılmış "Xaricdəki litvalılar" seçki dairəsindən namizədliyini irəli sürüb. Seçkilərin ilk turunda səslərin çoxunu topladıqdan sonra nəticədə ikinci turda 53.15% səs yığaraq yenidən parlamentə seçilib. Seçki nəticələrinin təsdiqlənməsindən sonra Azadlıq Partiyası 11 yer qazanıb və Azadlıq Partiyası, Liberal Hərəkat və seçkilərin qalibi olan Vətən Birliyi arasında koalisiyanın qurulacağı ehtimalı ortaya çıxıb. İnqrida Şimoniteni baş nazir namizədi kimi irəli sürərək, Auşrine Armonaytenin Şimonite və Liberal Hərəkatın lideri Viktoriya Çmilite ilə birlikdə Finlandiyadakı Marin kabinetinin izi ilə gedən qadınların rəhbərlik etdiyi yeni hökumətin üç əsas liderindən biri olacağı gözlənilib və noyabrın 9-da Vətən Birliyi, Liberal Hərəkat və Azadlıq Partiyası arasında koalisiya sazişi imzalanıb.
2020-ci il noyabrın 18-də İnqrida Şimonite Auşrine Armonayteni öz kabinetində iqtisadiyyat və innovasiya naziri vəzifəsinə təyin etmək niyyətində olduğunu təsdiqləyib. Şəxsi həyatı Auşrine Armonayte 2009-cu ildə hər ikisi Litva Liberal Gənclər təşkilatının üzvü olarkən tanış olduğu Edqaras Stanişauskas ilə ailə həyatı qurub. Mükafatları 2022-ci ildə Auşrine Armonayte Ukraynanın Rusiya ilə müharibəsi zamanı nazirlik fəaliyyəti vasitəsilə Ukraynaya verdiyi dəstəyə görə Ukrayna Prezidenti Volodimir Zelenski tərəfindən Ukrayna Sülh Mükafatına layiq görülüb.
İstinadlar
Xarici keçidlər
Biografija (vrk.lt) Asmeninė svetainė