Karolina Aldona Levestam (; ) — polyak filosof, uşaq kitabları müəllifi və "Pismo" jurnalının redaksiya heyətinin üzvü.

Həyatı və təhsili Levestam 20 oktyabr 1979-cu ildə anadan olub. O, ailənin tək övladı olub. Erkən uşaqlıq illərini tək keçirən Levestamın kiçik yaşlarından mütaliəyə böyük marağı olub.

Levestam Varşava Universitetinin fənlərarası fərdi humanitar elmlər proqramı (1998–2004) çərçivəsində sosiologiya üzrə bakalavr və fəlsəfə üzrə magistr dərəcəsinə yiyələnib və üç dəfə Milli Təhsil Nazirliyinin təqaüdünə layiq görülüb. 2002–2003-cü illərdə Almaniyanın Berlin şəhərindəki Bard Berlin Kollecində təhsil alıb. 2006–2013-cü illərdə ABŞ-nin Massaçusets ştatının Boston şəhərindəki Boston Universitetində təhsilini davam etdirib və 2014-cü ildə orada professor Allen Speytin rəhbərliyi altında etika sahəsində "Dovşan və tısbağa: Etikada hərəkət anlayışı ilə bağlı problemlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

Şəxsi həyatı Üç övladı olan Levestam, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Levestam və həyat yoldaşı evlərində didərgin düşmüş bəzi ukraynalıları qonaq ediblər. O, feministdir.

Karyerası Levestam, Varşava (2004–2006) və Boston Universitetlərində (2008–2011) assistent kimi çalışıb. O, "Collegium Invisibile"də Qəyyumlar Şurasının üzvü (2002–2004) olub. 2002-ci ildə Varşavada orta məktəbdə dərs deyib.

O, "4fun.tv" kanalında kopirayter (2004), Polşa Televiziyasında "Hadisələrin cəmi" proqramının redaktoru (2004–2005) və reklam agentliyində (2004–2006) fəaliyyət göstərib. Həmçinin PAFF (Polşa-Amerika Azadlıq Fondu) və Varşava Universitetinin Təhsil fakültəsi ilə əməkdaşlıq edib. "Pismo" aylıq jurnalı, "Dziennik Gazeta Prawna" və "Gazeta Wyborcza" qəzetlərində köşə yazıları dərc olunub.

O, 1997-ci ildə ən yaxşı esse nominasiyasında Polşa Elmlər Akademiyasının mükafatına layiq görülüb. Jurnalistika fəaliyyətinə görə, bu kateqoriyada beş dəfə (2015, 2016, 2017, 2018, 2020-ci illərdə) "Grand Press" mükafatına namizəd göstərilib.

Onun 2021-ci ildə işıq üzü görən "Kiçik şahzadə" kitabı 1943-cü ilin məşhur "Balaca şəhzadə" povestinin yenidən şərhidir ki, buradakı dəyişikliklərə qadın baş qəhrəmanın təqdim edilməsi və hekayənin Ameliya Earhart tərəfindən nəqli daxildir.

Müəllif, "Əjdaha çobanları" kitabına görə "EMPiK Discovery 2022" mükafatına layiq görülüb.

Levestamın 2023-cü ildə yazdığı "Silla" romanı və 2024-cü ildəki davamı olan "İnci qoruyucusu" romanları Arktikada cərəyan edən fantaziya janrında romanlardır. Levestam "Silla" əsərinə görə 2024-cü ildə "Hestia Literary Journey" mükafatına layiq görülüb.

Əsərləri

Romanları

Həmmüəllif əsəri

İstinadlar

Xarici keçidlər Official website