Yazılar və Bədii Ədəbiyyat Akademiyası (), keçmiş Kral Akademiyası — humanitar elmlər sahəsində fəaliyyət göstərən Fransa elmi cəmiyyəti; Fransa İnstitutunun tərkibinə daxil olan beş akademiyadan biridir.
Tarixi
thumb|Fransa İnstitutu
Akademiya 1663-cü ilin fevralında maliyyə naziri Jan Batist Kolberin səyləri nəticəsində, tarix və antik dövr bilicilərinin kiçik bir assosiasiyası kimi "Kral Yazılar və Medallar Akademiyası" adı altında təsis edilmişdir. Akademiyanın ilkin vəzifəsi Kral XIV Lüdovikin şərəfinə ucaldılan abidələr və buraxılan medallar üçün latın dilində yazıların və devizlərin tərtib edilməsi idi. Sonradan bu təşkilat tarix, arxeologiya və dilçilik sahələri üzrə humanitar alimləri öz ətrafında birləşdirmişdir. Kolber "Yazılar Akademiyası"na böyük əhəmiyyət verirdi, çünki onun fikrincə, "medallar, abidələr və stelalar üzərindəki yazılar kitablardan və rəsmlərdən daha uzunömürlüdür".
1701-ci ildən Yazılar və Medallar Akademiyası rəsmi dövlət müəssisəsinə çevrilmiş, 1716-cı ildə isə adı dəyişdirilərək "Yazılar və Bədii Ədəbiyyat Akademiyası" adlandırılmışdır.
Akademiya yarandığı gündən tarixi abidələrin və sənədlərin, antik sivilizasiyaların, Orta əsrlər və klassik dövr sivilizasiyalarının, habelə qeyri-Avropa sivilizasiyalarının dillərinin və mədəniyyətlərinin öyrənilməsi ilə məşğul olmuşdur və hazırda da bu fəaliyyətini davam etdirir.
İstinadlar
Xarici keçidlər
Notes on the Académie des Inscriptions et Belles-Lettres from the Scholarly Societies project
Kateqoriya:Fransa İnstitutu Kateqoriya:Yazılar və Bədii Ədəbiyyat Akademiyası Kateqoriya:Yazılar və Bədii Ədəbiyyat Akademiyasının üzvləri Kateqoriya:Latın epiqrafiyası Kateqoriya:Yunan epiqrafiyası