thumb
Nağıllarda tülkü obrazı — tülkü ənənəvi olaraq hiyləgərlik, zəka, hazırcavablıq və hiyləgərlik simvoludur. O, çox vaxt öz mənfəəti üçün daha güclü və ya daha axmaq heyvanları (canavarlar, ayılar) aldadaraq hiyləgər rolunu oynayır.
Azərbaycan şifahi xalq ədəbiyyatında, xüsusilə də alleqorik nağıllarda diqqətə çarpan simvolik fiqurlardan biri tülkü obrazıdır. Eləcə də dünyanın müxtəlif xalqlarının folklorunda və ədəbi ənənələrində tülkü həm ağıllılığı, həm hiyləgərliyi, həm də bəzən aldatma xüsusiyyəti ilə yadda qalır. Çünki alleqorik nağıllarda heyvanlar insan xarakterlərinin təmsilçisi olduğu üçün, tülkü tez-tez ağıllı, lakin mənəvi baxımdan şübhəli davranışları olan şəxslərin xüsusiyyətlərini özündə əks etdirir.
Hiyləgərliyin simvolu kimi Alleqorik nağıllarda tülkünün ən xarakterik xüsusiyyəti onun hiyləgərliyidir. Fiziki cəhətdən nadir hallarda güclü olan tülkü, zəifliyini məqsədli və planlı düşüncəsi ilə kompensasiya edir. O, güclü heyvanları, məsələn, canavarları, şirləri, ayıları aldadaraq göstərir ki, düşüncə və ağıllılıq bəzən sadəcə gücdən üstün ola bilər. Bu xüsusiyyət eyni zamanda real həyatda da müşahidə olunur. Belə ki, bəzi insanlar məharət və taktik bacarıqları sayəsində üstünlük qazana bilirlər. Tülkü hiyləgərliyi sayəsində başqasının kölgəsi kimi də özünü göstərə bilir. Məsələn, aşağıdakı nağılda tülkü başqasının kölgəsinə çevrilən, özünün şəxsiyyəti olmayan, bir sözlə, başqasına quyruq olan insanların obrazını təmsil edir. Bu ibrətamiz nağılda tülkünün quyruğa çevrilməsi verilmişdir: "Tülkünün könlündən böyüklərlə gəzmək keçirdi. Öz quyruğunu yatmış dəvənin quyruğuna caladı. Dəvə diksinib qalxdı. Tülkü qopmadı ki, qopmadı. Dəvə özünü bazara verdi ki, qoy tülkü adamları görüb quyruğundan açılsın. Görənlər qışqırdılar:
-Tülküyə bax, dəvənin quyruğundan asılıb. Tülkü onlara göz vurdu: -Mən ölüm, üstünü vurmayın, böyüklərlə gəzirəm".Əliyeva, S. Heyvanlar haqqında nağıllar və təmsillər. Bakı: Ekoprint, 160 s., 2019, s. 43.
Zəkanın təsviri Tülkü tez-tez hiyləgər bir obraz kimi təqdim olunsa da, o eyni zamanda iti ağıl və çevik düşüncənin də simvoludur. Çünki o bir çox nağıllarda təhlükəli və mürəkkəb vəziyyətlərdən sürətli qərar vermə qabiliyyəti sayəsində xilas olur. Bu xüsusiyyət tülkü obrazına ikili məna verir: bir tərəfdən onun zəka və ağıllılığına heyran qalmaq mümkündür, digər tərəfdən isə dürüstlükdən uzaq hərəkətləri səbəbindən tənqid olunur. Mənbələrdə də göstərilir ki, alleqorik nağıllarda heyvan və ya cansız varlıqlar insan xüsusiyyətlərini daşıyaraq oxucuya əxlaqi və ictimai mesajları dolayı yolla çatdırırArıcı, A. F. Tür özelliklerine ve tarihlerine göre Türk ve dünya masalları. A. Ü. Türkiyat Araştırmaları Enstitüsü Dergi, sayı 26, Erzurum, s. 159–169. 2004, s.162.
Tərbiyəvi funksiya Məlumdur ki, alleqorik nağıllar əsasən tərbiyəvi məqsədlərə xidmət edir. Tülkünün davranışları oxucuya əxlaqi dərslər verir. Belə ki, tülkü təbəssümlə və ya hiyləgərliklə davranan şəxslərə inanmağın təhlükələrini göstərir. Təkəbbürün və özünü ucaldan davranışın son nəticədə uğursuzluğa aparacağını nümayiş etdirir. Və həmçinin manipulyasiya və hiylənin qaçılmaz nəticələrini oxucuya çatdırır. Bu yolla tülkü obrazı auditoriyaya etik və mənəvi dərsləri anlaşılan və təsirli şəkildə ötürməyə kömək edir. Filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva bir mühüm məqamı da vurğulayır ki, təmsillərin belə yazılı ədəbiyyatdan aldığı süjet xətti ilə folklordan aldığı kompozisiya üst-üstə düşdükdə mənzərə aydın olur: təmsil hər iki ədəbiyyat formasının qovşağında yaransa da, qaynağını folklor təşkil etsə də, o, yazılı ədəbiyyatın məhsuludur, özünəməxsus janr xüsusiyyətləri ilə seçilən bir janrdır. Elə buna görədir ki, təmsildə bəzən ən ciddi məsələlər də komik planda təqdim edilir, insan hər şeyə, hətta ölümə də gülərək baxmasıyla psixoloji bir rahatlıq əldə edir, ölüm faciəvilikdən çıxaraq təbitin adi bir hadisəsinə çevrilir.
Dünya folklorunda Bu obrazın mədəni baxış bucaqlarında fərqlilikləri də var. Onlara gəlincə öncə Avropa nağıllarını (Ezop, La Fontaine) nümunə göstərə bilərik. Bunlarda tülkü klassik hiyləgər və fürsətcil obraz kimi çıxış edir. Şərq xalqlarının folklorunda tülkü ağıllı və hiyləgər olmaqla bərabər, bəzən isə fövqəltəbii xüsusiyyətlərə malik bir varlıq kimi də təsvir olunur. La Fontainedən başqa bir alleqorik nağıl da nümunə göstərə bilərik ki, hansı ki, fikirlərimizin bariz nümunəsinə çevrilə bilər:"Meşədə tısbağa sürətinə güvənmədən yoluna davam etdi, dovşan isə öz sürətinə arxayın olub yolda yatdı. Axırda zəhmət və səbir təkəbbürü ötüb keçdi".La Fontaine, J. Masalları (tərtib: T. Yücel və Z. Yücel). İstanbul: Kültür Yayınları, 136 s.2010, s. 73. Azərbaycan və türk nağıllarında isə tülkü həm bic və hiyləgər, həm də şəxsi mənfəət üçün başqalarını aldadan obrazdır. Qrinçer də qədim hind və qədim yunan basen ənənələrinin oxşar süjet quruluşu və alleqorik ifadə vasitələri baxımından qarşılıqlı mədəni təsirlərə malik olduğunu göstərir. Qrinçer, P. A. (2008). Qədim hind və qədim yunan basenlərinin nisbəti məsələsinə dair. Seçilmiş əsərlər (vol. I). Moskva: RQQU.s. 345–352 Mədəni baxış bucaqlarında olan fərqliliklərə baxmayaraq, tülkünün simvolik rolu və mənası əsasən oxşar qalır. Məsələn, "Pritçalar qısa hekayələr vasitəsilə oxucuya həyat dərsləri və mənəvi dəyərləri simvolik və dolayısı ilə çatdırır. Alleqorik nağıllarda tülkü adətən aşağıdakı xüsusiyyətləri təcəssüm etdirir:
Aldadıcı və fürsətcil siyasətçilər; Ağıllı, lakin etibar edilə bilməyən şəxslər; Hipokritlik və mənfəətçilik üzərində sosial tənqid. Bilirik ki, fabl hekayələrində heyvanlar və təbiət hadisələri insanların davranışlarını əks etdirir və oxucuya əxlaqi dərsləri dolayısı ilə çatdırır"https://www.cerezforum.com/edebiyat-kitab/47999. Və ya başqa bir internet resursunda yazıldığı kimi, fabl hekayələri uşaqlara əxlaqi və ictimai dərsləri əyləncəli və təsirli şəkildə çatdırır. Bu hekayələrdə heyvanlar və simvolik obrazlar insan xarakterlərinin əksini göstərir. Günümüzdə də müəllimlər və valideynlər bu janrdan uşaqların təhsilində və mənəvi tərbiyəsində geniş istifadə edə bilərlər"http://www.turkedebiyati.org/yazi_turleri/fabl.html . Tək tülkü obrazı deyil, hər simvol və hər hərəkət özündə bir hikmət, mesaj daşıyır: "Gecə yarısı göy üzü qaranlıqla örtüləndə ulduzlar susdu, amma hər bir işıq zəif də olsa, yol göstərməyi dayandırmadı. Beləcə, həqiqət və hikmət heç vaxt itmir, sadəcə səbrlə gözləmək lazımdır".Meletinski, E. M. Mifin poetikası. Moskva: Vostochnaya literatura, 407 s. 2000, s.248)
Professor S. P. Pirsultanlı da yazır ki, Azərbaycan ağız ədəbiyyatında təmsillər xalqın dünyagörüşünü və əxlaqi dəyərlərini qısa və təsirli simvollarla çatdırmaq üçün istifadə olunur.Pirsultanlı, S. (2012). Azərbaycan ağız ədəbiyyatında təmsillər. Bakı: Azərnəşr, 95 s. 2012. s. 57).
İstinadlar
Ədəbiyyat иселева Мария Сергеевна, Козачёк Алена Владимировна. ПРИНЦИПЫ СОЗДАНИЯ ОБРАЗА ЛИСЫ В РУССКИХ СКАЗКАХ О ЖИВОТНЫХ, ЗАПИСАННЫХ В СИБИРИ И НА ДАЛЬНЕМ ВОСТОКЕ. 2024 Güntəkin Musayeva. Abdulla Şaiqin mənzum hekayələrində uşaq nağıllarının invariantları. https://clb.az/elektron/SHAIQ/meqaleler/Abdulla%20Saiq-130/2015-605.pdf == Xarici keçidlər ==
Xarici keçidlər Hiyləgər tülkü nağılları. Tülkü, tülkü tünbəki. Lovğa tülkü, Qarğa və tülkü və s. @Ulduzluyol
Tülkü və Durna — Azərbaycan xalq nağılları Tulku Tulku Tunbeki (Xalq Nagili)
Kateqoriya:Folklor Kateqoriya:Mifologiya Kateqoriya:Nağıllar Kateqoriya:Nağıl qəhrəmanları Kateqoriya:Nağıllar əsasında çəkilmiş filmlər Kateqoriya:Nağıllar haqqında anime və manqalar Kateqoriya:Nağıllarda cadugərlik Kateqoriya:Nağıllar əsasında yaradılmış əsərlər Kateqoriya:Nağıl personajları