Fəridə Rəşid qızı Qurbanqaleyeva (Kurbanqaleyeva) (; ) — Rusiyalı jurnalist, "Rossiya 1" telekanalında "Vesti" proqramının keçmiş aparıcısı (2007–2014), müəllim və blogger. Qurbanqaleyeva siyasi fəaliyyətinə görə 19 iyun 2024-cü ildə "terrorçular və ekstremistlər" reyestrinə əlavə edilib. 28 iyun 2024-cü ildə o, Rusiya Ədliyyə Nazirliyi tərəfindən "Xarici agent" elan olunub. 20 iyunda o, Rusiya Cinayət Məcəlləsinin 205.2-ci maddəsi - "Terror fəaliyyəti törətməyə açıq çağırışlar, terrorizmin açıq şəkildə haqq qazandırılması və ya terrorizmin təbliği" ilə Rusiya Daxili İşlər Nazirliyinin axtarış siyahısına salınıb.
18 iyul 2025-ci ildə o, qiyabi olaraq səkkiz il həbs cəzasına məhkum edilib. O, Rusiya ordusu haqqında saxta xəbərlər yaymaqda və terrorizmi haqq qazandırmaqda günahkar bilinir. Həyatı Fəridə Qurbanqaleyeva 27 avqust 1979-cu ildə Kazan şəhərində anadan olub. Milliyyətcə tatardır. 2001-ci ildə Kazan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1998-ci ildən 2007-ci ilə qədər "Tatarıstan" Dövlət Televiziya və Radio Yayım Şirkətində əvvəlcə müxbir, sonra isə xüsusi müxbir kimi çalışıb. "Borca gün" (День взаймы) adlı həftəlik verilişin aparıcısı olub. 2006–2007-ci illərdə "Kultura" kanalının Kazandakı xüsusi müxbiri kimi fəaliyyət göstərib.
2007-ci il aprelin 10-dan "Rossiya 1" telekanalının Volqaboyu üzrə xüsusi müxbiri təyin edilib.. Həmin ilin mayından 2014-cü ilin noyabrına qədər "Rossiya" telekanalında "Vesti" proqramının aparıcısı olub. Əvvəlcə axşam buraxılışlarını, 2008-ci ilin sentyabrından isə gündüz buraxılışlarını aparib. Ukraynadakı hadisələrin işıqlandırılması məsələsində rəhbərliklə yaranan fikir ayrılıqlarına görə telekanalı tərk edib.
Sənədli filmlər və yaradıcılığı 2014-cü ildə teleaparıcı Maksim Şarafutdinovla birlikdə, Birinci Dünya müharibəsində tatar əsgərlərinin iştirakına həsr olunmuş "Naməlum müharibənin görünməz qəhrəmanları" filmində aparıcı kimi çıxış edib. 2015-ci ildə "Bağışlanmayanların müharibəsi" sənədli filminin prodüseri olub. 2016-cı ildə həyat yoldaşı ilə birlikdə kardiocərrah Renat Akçurinin yubileyinə həsr olunmuş "Ürəyə yaxın" sənədli filmini hazırlayıb. 2013–2017-ci illərdə "Ostankino" Moskva Televiziya və Radio Yayımı İnstitutunda teleaparıcı kurslarının emalatxanasına rəhbərlik edib.
Mühacirət və Hüquqi təqib 2018–2021-ci illərdə Praqada (Çexiya) "Nastoayaşeye Vremya" kanalında xəbərlər və xüsusi efirlərin aparıcısı kimi çalışıb. 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya müdaxiləsini pisləyən Qurbanqaleyeva, həmin ilin martından Praqada yaşayır. 2024-cü ilin yanvarında öz YouTube kanalını açıb, həmçinin "Praqa qradi" adlı Telegram kanalını yaradıb.
2024-cü il iyunun 19-da "terrorçu və ekstremistlər" reyestrinə salınıb, ertəsi gün isə Rusiya Daxili İşlər Nazirliyi tərəfindən terrorizmə çağırış və ona bəraət qazandırma maddəsi ilə axtarışa verilib. İyunun 28-də Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" elan edilib. 2025-ci il iyulun 18-dən Rusiya ordusu haqqında saxta məlumat yaymaqda və terrorizmə bəraət qazandırmaqda təqsirli bilinərək qiyabi olaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
Şəxsi həyatı Həyat yoldaşı — sənədli film rejissoru Denis Krasilnikov (nigah pozulub, 1973–2024) olub. Sofiya və Adel adlı iki qızı var., Адель (род. 7 января 2015) Mükafatları Fəridə Qurbanqaleyeva fəaliyyəti dövründə bir neçə mükafata layiq görülüb: 2001-ci ildə Tatarıstan Jurnalistlər İttifaqının "Büllur qələm" mükafatını alıb. 2007-ci ildə Tatarıstan Mədəniyyət Nazirliyinin diplomuna layiq görülüb.В Казани наградили журналистов, освещающих события культурной жизни Татарстана 2010-cu ildə Rusiya Federasiyası Hökumətinin təşəkkürnaməsini alıb. 2014-cü ildə Sankt-Peterburqun "Herzogi" musiqi qrupu ona həsr olunmuş "Fəridə" adlı mahnı yayımlayıb.
İstinadlar
Xarici keçidlər Фарида Курбангалеева — персональный канал в YouTube с :ru:интервью и стримами. Пражский град — публичный канал в «Телеграме». Фарида Курбангалеева на сайте «Эхо» Биография на сайте ГТРК «Вести» (2014) Программа «Вести»: Замуж с первого взгляда (2008) // :ru:Антенна-Телесемь. — 2008. — 3 июля. В. Пескова, «Фарида Курбангалеева: „Без грима и прически я абсолютно непохожа на женщину, которая сидит в кадре“» (интервью) // МК-Бульвар № 576. — 2008. — 10 июня. Д. Густова, «Телекухня. „Вести“: мойте руки перед эфиром» // :ru:Теленеделя. — 2009. Фарида Курбангалеева в передаче «Первый отряд» // Радио «Маяк». — 2012. — 6 марта. Л. Белоусова, «Наш человек на телеканале „Россия“» (интервью) // Новая неделя. — 2013. — 21 ноября. Муфтий Гайнутдин обсудил с Ф. Курбангалеевой вопросы развития патриотического кино (пресс-релиз) // Духовное управление мусульман РФ. — 2016.
Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər Kateqoriya:Azadlıq Radiosunun əməkdaşları