Vera Vladimirovna Afanasyeva (; ) — Rusiyalı fizik, filosof, yazıçı və ictimai xadim, radiofizika, ontologiya və idrak nəzəriyyəsi, virtualistika, şəhər fəlsəfəsi, sağlamlıq fəlsəfəsi, sinergetika fəlsəfəsi və fizika fəlsəfəsi üzrə mütəxəssis. Fizika-riyaziyyat elmləri namizədi, fəlsəfə elmləri doktoru, professor, N.Q.Çernışevski adına Saratov Milli Tədqiqat Dövlət Universitetinin professoru olub. 2018-ci ildə "Xalqa söz" (Slovo k narodu) mükafatının laureatı olub və Petrovsk Elm və İncəsənət Akademiyasının üzvü seçilib. 2024-cü ilin noyabrında Rusiya Federasiyasının Ədliyyə Nazirliyi tərəfindən "xarici agentlər" reyestrinə əlavə edilib.
Həyatı Vera Afanasyeva 26 sentyabr 1962-ci ildə Saratovda anadan olub. O, 1984-cü ildə N.Q.Çernışevski adına Saratov Dövlət Universitetini "radiofizika" ixtisası üzrə bitirib.
1993-cü ildə həmin universitetdə, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, professor D.İ.Trubetskovun rəhbərliyi altında "Simmetriyanın qeyri-xətti rəqqs sistemlərinin xaotik dinamikasına təsiri" mövzusunda dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi dərəcəsini alıb.
Rusiya Elmlər Akademiyasının Radioelektronika İnstitutunun Saratov filialında təcrübəçi-tədqiqatçı, "Almaz" müəssisəsində baş elmi işçi, Saratov Ali Hərbi Komandanlıq-Mühəndislik Raket Qoşunları Məktəbinin riyaziyyat kafedrasında dosent vəzifələrində çalışıb. Daha sonra ontologiya və idrak nəzəriyyəsi ixtisası üzrə doktoranturanı bitirib.
"Determinizm olunmuş xaos: Fenomenoloji-ontoloji analiz" mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru elmi dərəcəsinə yiyələnib.
Saratov Milli Tədqiqat Dövlət Universitetinin fəlsəfə fakültəsində professor olaraq "Fəlsəfə", "Dünyanın təbiətşünaslıq mənzərəsi", "Sinergetikanın metodoloji əsasları" və "Elmin tarixi və fəlsəfəsi" fənlərini tədris edib.Как экстравагантный профессор СГУ стала символом борьбы с вузовскими порядками // Lenta.ru, 15.04.2017
2019-cu il iyulun 1-də Saratov Dövlət Universitetindən kənarlaşdırılıb. Radiofizika və sinergetika sahəsində iyirmiyə yaxın işin (o cümlədən monoqrafiya və patentin), fəlsəfə sahəsində isə yüzə yaxın əsərin müəllifidir. Hirşa indeksi 6-dır.
Ədəbi fəaliyyəti 2005-ci ildən ədəbi yaradıcılıqla məşğul olub. "Yüksəliş" (Vosxojoydeniye) hekayəsinin, "Sevimli roman" (2007), "Rus Provansı" (2008), "Simulyasiya" (2009), "SITE" (2011) və "Dünyanın sonu: rus variantı" (2012) romanlarının müəllifidir.
Bütün ədəbi əsərlərini elmi işlərindən daha çox "fəlsəfi" hesab edir. O, fəlsəfi formalizmin mənəvi və ya sosial problemlərin öhdəsindən gələ bilmədiyi məqamlarda bu əsərləri ərsəyə gətirib. Tənqidçi E.Zeyfert "Volqa — XXI əsr" jurnalına baxışında Afanasyevanın "Sevimli roman" əsərini M. Bulqakovun "Usta və Marqarita" əsərinin müasir materiallar üzərində yazılmış parafraziyası kimi qeyd edib.
İctimai fəaliyyəti Onun "Rusiya təhsilinin beş ağır xəstəlik əlaməti" (Saratov Dövlət Universiteti professorunun təhsil naziri Olqa Vasilyevaya açıq məktubu), "Professor olmamaq üçün beş səbəb" və "Navalnı kənarda əsəbi halda siqaret çəkir, yaxud professor olmamağın altıncı səbəbi" adlı yazıları elmi ictimaiyyətdə və məmur dairələrində böyük rezonans doğurub. Kseniya Sobçak və hüquq müdafiəçisi Yuri Samodurov onun bu çıxışlarını açıq şəkildə dəstəkləyib.
2024-cü ilin noyabr ayında Rusiya Ədliyyə Nazirliyi tərəfindən "xarici agent" siyahısına daxil edilib.
Şəxsi həyatı Həyat yoldaşı — Aleksandr Lazerson, fizika-riyaziyyat elmləri doktoru, Saratov Dövlət Universitetinin Ümumi, nəzəri və kompüter fizikası kafedrasının professorudur. Qızı — Liza Lazerson, videobloqer, fəal feminist, jurnalist və sənətşünasdır.
Mükafatları 2007 — "Sevimli roman" (Lyubimıy roman) əsəri ilə "Bolşaya kniqa" mükafatının geniş siyahısına (long-list) daxil olub. 2009 — "Rus Provansı" (Russkiy Provans) romanı ilə "NOS" mükafatının geniş siyahısına daxil edilib. 2011 — "Ən yaxşı yazıçı" (Luçşiy pisatel) müsabiqəsinin finalçısı olub. 2013 — "Dünyanın sonu. Rus variantı" (Konets Sveta. Russkiy variant) kitabı ilə Piatigorski adına mükafatın geniş siyahısına düşüb.
İstinadlar
Xarici keçidlər Афанасьева Вера Владимировна — профиль на сайте Саратовского национального исследовательского государственного университета имени Н. Г. Чернышевского. http://www.sarvzglyad.ru/?news_id=614 Пять признаков тяжелой болезни российского образования (открытое письмо профессора Саратовского государственного университета министру образования РФ Ольге Васильевой). Пять причин, по которым не следует становиться профессором. Навальный нервно курит в сторонке, Или шестая причина не становиться профессором. Полицейские допросили профессора СГУ Веру Афанасьеву из-за заметки о российской науке. Афанасьева Вера на Проза.ру. Афанасьева Вера на Стихи.ру. Vera Afanasyev at :en:Saratov State University
Kateqoriya:Rusiyada "Xarici agent" elan edilmiş şəxslər