Məhəmmədnəzər Qapuroviç Qapurov (; ) — SSRİ-Türkmənistan dövlət və partiya xadimi. O, 1969–1985-ci illərdə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.

Həyatı Məhəmmədnəzər Qapurov Türkmənistan SSR-nin Çərco vilayətinin Çərco rayonunun Oktyabr kəndində kəndli ailəsində anadan olmuşdur. Milliyyətcə türkmən olan Qapurov ersarılar tayfasındandır.

O, Çərco Dövlət Pedaqoji İnstitutunu müəllim ixtisası üzrə qiyabi bitirmişdir. Təhsilinə 1939-cu ildə Çərco Müəllimlər İnstitutunda başlamış, 1941-ci ildə Çərco vilayətindəki 8 illik məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir.

Müharibə dövrü 1941-ci ilin dekabrında SSRİ Silahlı Qüvvələri sıralarına çağırılan Qapurov Mərkəzi Asiya Hərbi Dairəsinin 88-ci ayrı-ayrı atıcı briqadasının 1-ci ayrı-ayrı atıcı batareyasının avtomatçılar bölməsinin komandiri vəzifəsində xidmət etmişdir. İkinci Dünya müharibəsinin iştirakçısı olan diplomat 1942-ci ilin noyabrından 1943-cü ilin fevralınadək 87-ci ayrı-ayrı atıcı briqadasının 64-cü ayrı-ayrı atıcı batalyonunun avtomatçılar bölməsinin komandiri olmuşdur. Şimal-Qərb cəbhəsində, Staraya Russa istiqamətindəki döyüşlərdə iştirak etmişdir. 26 fevral 1943-cü ildə ayağından ağır güllə yarası, sağ əlindən isə üç qəlpə yarası almışdır. Hospitalda müalicə olunduqdan sonra baş çavuş rütbəsində ordudan tərxis edilmişdir.

Əmək və siyasi fəaliyyəti Müharibədən qayıtdıqdan sonra, 1943–1944-cü illərdə məktəbin tədris hissə müdiri, 1944-cü ildə isə Çərco vilayətində yerləşən "Yaxtı Yel" kolxozunun nəzdindəki məktəbin direktoru vəzifələrində çalışmışdır. 1944-cü ildən Ümumittifaq Kommunist (Bolşeviklər) Partiyasının üzvü olan Qapurov həmin ildən partiya fəaliyyətinə başlamışdır. O, Çərco Rayon Partiya Komitəsində təlimatçı, 1945-ci ildən isə təbliğat və təşviqat şöbəsinin müdiri olmuşdur. 1947-ci ildə Türkmənistan Kommunist Partiyasının Sakar Rayon Komitəsinin katibi təyin edilmişdir. 1948–1951-ci illərdə Çərco Vilayət Komsomol Komitəsinin birinci katibi, 1951–1955-ci illərdə Türkmənistan SSR LKGİ Mərkəzi Komitəsinin təbliğat və təşviqat üzrə katibi vəzifələrini icra etmişdir.

1955-ci ildə Türkmənistan Kommunist Partiyası Çərco Vilayət Komitəsinin təbliğat və təşviqat şöbəsinin müdiri, 1957–1959-cu illərdə katibi, 1959–1962-ci illərdə isə birinci katibi olmuşdur. 1962–1963-cü illərdə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifəsində çalışmışdır.

Dövlət rəhbərliyində Məhəmmədnəzər Qapurov 26 mart 1963-cü ildən 25 dekabr 1969-cu ilə qədər Türkmənistan SSR Nazirlər Sovetinin sədri və eyni zamanda xarici işlər naziri vəzifələrini icra etmişdir. 24 dekabr 1969-cu ildən 21 dekabr 1985-ci ilə qədər Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsini tutaraq respublikaya rəhbərlik etmişdir.

O, 1966–1971-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1971–1986-cı illərdə isə Sov.İKP MK-nın üzvü olmuşdur. Həmçinin, SSRİ Ali Sovetinin 6–11-ci çağırış deputatı seçilmişdir. 1985-ci ilin dekabrından ittifaq əhəmiyyətli fərdi təqaüdə çıxmışdır.

O, heç vaxt siyasi arenaya qayıtmamış və 1980-ci illərin sonlarında bir neçə kiçik vəzifə tutmuşdur. Sovet dövründə əsasən Kommunist Partiyası və Türkmənistanın inkişaf məsələləri ilə bağlı bir neçə kitab və məqalə yazmışdır. 1990-cı illərdə o, memuar yazmağa başlamışdır, lakin bu, yarımçıq qalmışdır. Onun Batır adlı bir oğlu olduğu məlum idi. Batır Qapurov 2015-ci ilin sentyabr ayında 61 yaşında ürək tutmasından vəfat etmişdir.

Məhəmmədnəzər Qapurov 13 iyul 1999-cu ildə vəfat etmişdir. O, Aşqabadda şəhər qəbiristanlığındakı hökumət xiyabanında dəfn edilmişdir.

Təltif və mükafatları Məhəmmədnəzər Qapurov dövlət qarşısındakı xidmətlərinə görə beş dəfə "Lenin" ordeni (1964, 1971, 1972, 1973, 1982), I dərəcəli "Vətən Müharibəsi" ordeni (1985), üç dəfə "Qırmızı Əmək Bayrağı" ordeni (1950, 1957, 1976), "Şərəf nişanı" ordeni (1948) və "İgidliyə görə" medalı (1945) daxil olmaqla bir çox orden və medallarla təltif edilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Abazov, Rafis. Historical Dictionary of Turkmenistan, pp. 64–65. Scarecrow Press, 2005, .

Xarici keçidlər Биография Кулиев А. Туркменская элита — взгляд изнутри Abazov, Rafis. Historical Dictionary of Turkmenistan, S. 64-65, Scarecrow Press, 2005, ISBN 0-8108-5362-0. (английский)

Kateqoriya:İkinci Dünya müharibəsində SSRİ hərbçiləri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı əhəmiyyətli fərdi təqaüdçülər Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin IX çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin İttifaq Sovetinin XI çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin VI çağırış deputatları