thumb|260px|Nyu-York İctimai Kitabxanasında Qutenberq İncili. Ceyms Lenoks tərəfindən 1847-ci ildə satın alınmış bu nüsxə, bir ABŞ vətəndaşı tərəfindən əldə edilən ilk nüsxə idi.
Qutenberq İncili, 42 sətirlik İncil və ya Mazarini İncili — Avropada hərəkətli metal hərflərlə mətbəə üsulu istifadə edilərək kütləvi şəkildə çap olunmuş ən qədim kitablardan biri. Qutenberq İncili Qutenberq inqilabının və Qərbdə çap kitabları erasının başlanğıcı hesab olunur. Kitab estetik, bədii keyfiyyətləri və tarixi əhəmiyyətinə görə yüksək qiymətləndirilir.
1450-ci illərdə müasir Almaniya ərazisində yerləşən Mayns şəhərində İohann Qutenberq tərəfindən çap edilən bu Müqəddəs Kitab, Latın dilindəki Vulqata mətninin bir versiyasıdır. Çap olunmuş nüsxələrdən tam və ya qismən əskik şəkildə dövrümüzə qədər 49-u gəlib çatmışdır. 1978-ci ildən bəri bütöv bir nüsxəsi satılmasa da, dünyanın ən dəyərli kitabları arasında olduğu qəbul edilir. 1455-ci ilin martında, sonralar Roma Papası olacaq II Piy Qutenberq İncilini tanıtmaq məqsədilə Frankfurtda sərgilənən vərəqlərini şəxsən gördüyünü yazmışdır. Kitabın neçə nüsxə çap olunduğu dəqiq bilinməsə də, 1455-ci ilə aid bir məktubda bu sayın 158 və ya 180 ədəd olduğu qeyd edilir. Mətbəədə çap olunmuş ikinci Müqəddəs Kitab hesab edilən 36 sətirlik İncil də bəzən Qutenberq İncili adlandırılır, lakin onun başqa bir mətbəəçi tərəfindən çap edilməsi ehtimalı da mövcuddur.
thumb|260px|Qutenberq İncilinin tam nüsxələrinin dünyada məlum olan yerləşmə xəritəsi.
Həmçinin bax
İohann Qutenberq Vulqata Mazarini kitabxanası 36 sətirlik İncil
İstinadlar
Biblioqrafiya
Niels Henry Sonne. America's Oldest Episcopal Seminary Library and the Needs It Serves. New York: The Library of The General Theological Seminary, 1953. . St. Mark's Library (General Theological Seminary). The Gutenberg Bible of the General Theological Seminary. New York: St. Mark's Library, the General Theological Seminary, 1963. The Gutenberg Bible of 1454 , Göttingen Library, Facsimile Edition, 2 vols + booklet, ed. Stephan Füssel, 1400 pp. Taschen: Cologne.
Xarici keçidlər
Gutenberg Digital Public access to digitised copy of the Gutenberg Bible held by the Göttingen State and University Library in Germany Morgan Gutenberg Bible Online Digitised copy of the Gutenberg Bible at the Morgan Library & Museum in the United States Treasures in Full: Gutenberg Bible Information about Gutenberg and the Bible as well as online images of the British Library's two copies Gutenberg Bible Census Details of surviving copies, including some notes on provenance The Munich copy of the Gutenberg Bible on bavarikon Tabula rubricarum Image of rubricators' instructions from the Munich copy
The Gutenberg Bible at the Beinecke Podcast from the Beinecke Library, Yale University The Gutenberg Leaf—Image and information about a single "Noble Fragment" held by the McCune Collection in Vallejo, California History in the Headlines: 7 Things You May Not Know About the Gutenberg Bible History.com, February 23, 2015 Fragment of the Gutenberg Bible, Biblia Latina [Armoire S], at the Library of Trinity College Dublin Fragment of the Gutenberg Bible, A Noble Fragment: Being a Leaf of the Gutenberg Bible (1450–55), at the Clark Library of the University of California, Los Angeles Fragment of the Gutenberg Bible at the John Carter Brown Library of the Early Americas
Kateqoriya:Mayns Kateqoriya:İnkunabulalar Kateqoriya:"Dünyanın yaddaşı" siyahısında olan obyektlər