Mühəlləbilər () — Əməvilər və Abbasilər dövründə bir çox dövlət xadimi, alim və şair yetişdirmiş müsəlman sülalə.
Sülalə thumb|297x297px|Mühəlləbilərə mənsub valilərin idarə etdiyi ərazilər (771–793) Mühəlləbilər (Məhəlibə) Əzd qəbiləsinin Ətiq olan mənsubdurlar. Sülalə adı Əməvilərin Xorasan valisi, səhabə Əbu Sufrənin oğlu Mühəlləbdən götürülmüşdür. Sülalənin bəzi üzvləri bunlardır: Mühəlləb ibn Əbu Sufrə — Əməvilərin Xorasan valisi və sülalənin banisi. Yezid ibn əl-Mühəlləb — Əməvi valisi. Həbib ibn əl-Mühəlləb — Əməvi valisi və hərbi lider. Əl-Müfəddəl ibn əl-Mühəlləb — Əməvilərin Xorasan valisi və hərbi lideri. Müdrik ibn əl-Mühəlləb — Əməvi sərkərdəsi. Əbdülməlik ibn əl-Mühəlləb — Mühəlləb ibn Əbu Sufrənin oğlu. Ziyad ibn əl-Mühəlləb — ərəb aristokratı. Əl-Muğirə ibn əl-Mühəlləb — Xorasan valisi və ərəb sərkərdəsi. Mərvan ibn əl-Mühəlləb — ərəb aristokratı və xətib. Süfyan ibn Muaviyə — Yezid ibn əl-Mühəlləb nəvəsi, Abbasilərin Bəsrə valisi. Ömər ibn Həfs Həzərmərd — Abbasilərin Sind və İfriqiyyə valisi. Yezid ibn Hətim əl-Mühəlləbi — Abbasi valisi. Davud ibn Yezid əl-Mühəlləbi — Yezid ibn Hətim oğlu, Abbasi valisi Rəvh ibn Hətim əl-Mühəlləbi — Yezid ibn Hətim qardaşı, Abbasi valisi. Fəzl ibn Rəvh əl-Mühəlləbi — Abbasilərin Mühəlləbilər sülaləsinə mənsub sonuncu İfriqiyyə valisi. Həsən ibn Məhəmməd əl-Mühəlləbi — Büveyhi sultanı Muizzüd-Dövlənin vəziri. Əbu Səid əs-Sükkəri — Abbasilər dövrünün alim və şairi. Əbu Abdullah Niftəveyh ən-Nəhvi — Abbasilər dövrünün alim və şairi, qrammatik. İbn Həni — Fatimi xəlifəsi Muiz-Lidinillahın saray şairi. Bahə Züheyr — Əyyubilər dövrü şairi. Əbu Bəkr əl-Hucəndi — Şafei kəlamçısı.
İstinadlar
Kateqoriya:Müsəlman sülalələr