Seniha Sami Moralı (; ) — türkiyəli tərcüməçi və muzeyşünas.
Hazırkı İstanbul Arxeologiya Muzeylərinin əsasını qoyan "Məcma-yi Əsəri Əttikə" muzeyində 22 il çalışıb və Türkiyənin ilk qadın muzeyşünası kimi tanınıb. İngilis və fransız dillərindən türk dilinə əsərlər tərcümə edən Seniha Sami xanım, xüsusilə Şekspirdən etdiyi tərcümələri ilə məşhurdur. Həyatı Seniha Sami Moralı 1886-cı ildə İstanbulda doğulub. Atası Sultan II Əbdülhəmidin dövründə Maarif naziri olmuş Əbdüllətif Süphi Paşa, anası isə Sultan Əbdüləziz dövründə Xariciyyə naziri olmuş Mehmed Rəşid Paşanın qızıdır.
1906-cı ildə Osmanlı sədrəzəmlərindən Xəlil Həmid Paşanın nəvələrindən olan Mehmet Rauf bəylə ailə qurub. Bu evlilikdən ikisi qız olmaqla üç övladı dünyaya gəlib. Həyat yoldaşını gənc yaşda itirən Seniha Sami Moralı, özünü ədəbiyyat və tarix əsərlərin tərcümələrinə həsr edib. Osmanlı sarayında şahzadələrin təhsilini öz üzərinə götürən Sami Moralı, onlara ingilis dili dərsləri keçib. Ailə qurduqdan sonra "Səniha Rauf" adını alan Səniha xanım, 1934-cü ilə qədər rəsmi vəzifələrində bu adla tanınıb. Soyad qanunu çıxdıqdan sonra isə "Səniha Sami Moralı" adını götürüb.
Cümhuriyyətin ilk illərində ölkədə təhsilə yön vermək üçün Türkiyəyə dəvət edilən amerikalı təhsil nəzəriyyəçisi Con Dyuinin Ankaradakı fəaliyyəti zamanı onun Mustafa Kamal Paşa və İsmət İnönü ilə görüşlərində tərcüməçilik edib. Maarif Vəkalətinin (Təhsil Nazirliyinin) təklifi ilə "İran Ədəbiyyatı tarixi" adlı əsəri yazıb.
"Əsər-i Əttikə" (Qədim Əsərlər) Muzeyində bir müddət çeşidləmə məmuru kimi çalışdıqdan sonra arxeoloq ştatına keçirilib və Türkiyənin ilk qadın muzeyşünası olub. O, 17 aprel 1950-ci ildə muzeydən təqaüdə ayrılıb.
1924-cü ildə yaradılan Türk Qadınlar Birliyinin təsisçi üzvləri arasında yer alan Səniha Sami, 1931-ci ildə Belqradda və 1933-cü ildə Marseldə keçirilən Beynəlxalq Qadınlar Konqresində Türkiyəni təmsil edib.
Başda Vilyam Şekspirin əsərləri olmaqla, ingilis və fransız dillərindən türk dilinə müxtəlif əsərlər tərcümə edib.
Səniha Sami Moralı 1982-ci ildə vəfat edib.
Əsərləri Tərcümələri III Riçardın faciəsi, Vilyam Şekspir, Çev. Seniha Sami, Ahmet Halit Kitabevi, İstanbul, 1946 Antoni və Kleopatra, Vilyam Şekspir, Çev. Seniha Sami, Hilmi Kitabevi, İstanbul, 1946 Koriolan faciəsi,Vilyam Şekspir, Çev. Seniha Sami. Hilmi Kitabevi, İstanbul, 1942 Qadınlar paviyonu, Pearl S. Buck, Çev. Seniha Sami, İstanbul, 1947, Həbisxana gəlini, John Dickson Carr, Çev. Seniha Sami, Ahmet Halit Yaşaroğlu Yayınevi, Macera ve Polis Romanları Serisi: 12, İstanbul, 1951 Moğol istilası dövründə Türkistan, V.V.Barthold, çev. Seniha Sami Moralı, haz. Gülnar Kara, Türk Tarih Kurumu Yayınları, Ankara, 2025. Xatirəsi 2018-ci ildə Kocaeli Arxeologiya Muzeyində Seniha Sami Moralı üçün xatirə guşəsi yaradılıb.
İstinadlar