Tomris Bakır (; ) — Türkiyədən olan və keramika sahəsində ixtisaslaşmış arxeoloq. O, Daskileyon qazıntılarının ekpedisiya rəhbəri olub.
Həyatı Tomris Akbaşoğlu 5 noyabr 1941-ci ildə İzmirdə anadan olub.Totentafel in Türk Eskiçağ Bilimleri Enstitüsü Haberler 45, 2019/20 (Digitalisat ). Bakalavr dərəcəsini Ankara Universitetində yiyələnib. Heydelberq Universitetinin Arxeologiya İnstitutunda doktorantura təhsilini tamamlayıb. Onun doktorluq dissertasiyasının rəhbəri Roland Hampe olub. Arxeoloq Güvən Bakır ilə ailə həyatı qurub.
Tomris Bakır, Türkiyəyə qayıtdıqdan sonra, 1977-ci ildən etibarən, Ərzurum Atatürk Universitetində dosent kimi dərs verib. 1988-ci ildə İzmir Ege Universitetinə professor kimi təyin edilib və 2010-cu ildə təqaüdə çıxana qədər burada çalışıb. 1988-ci ildən 2010-cu ila qədər Daskileyon Arxeoloji Qazıntı işlərinin rəhbəri vəzifəsində çalışıb. Bakırın apardığı qazıntılar xüsusilə Fars satrapının məskunlaşdığı ərazidəki yaşayış yerinə yönəli olub. Onun ərazidə qazıntı işləri apardığı müddətdə Zərdüştlük məbədi olduğu güman edilən arxeoloji abidə qazılaraq üzə çıxarıldı. Onun rəhbərliyi altında ərazidə aparılan qazıntılar zamanı aşkar edilən mühüm tapıntılar arasında iki möhür və bir bulla, idxal amforalar, həmçinin bir çox dulusçuluq (saxsı qab) nümunələri yer alıb. O, 2003-cü ildə Bandırma Arxeologiya Muzeyinin yaradılmasına vəsilə olub. Əlavə olaraq o, beynəlxalq səviyyədə tanınmış nüfuzlu tədqiqatçı idi: Almaniya Arxeologiya İnstitutunun və digər qurumların üzvü olub.
25 fevral 2020-ci ildə İzmirdə vəfat edən Bakırın cənazəsi 26 fevralda Güvən məscidində qılınan namazdan sonra Bornova Yakaköy qəbiristanlığında torpağa verilib.
Qəbulu Bakırın Korinf sütunlu kraterləri "Der Kolonnettenkrater in Korinth und Attika" üzərinə apardığı araşdırması, dulusçuluğun "metodik və diqqətli bir şəkildə araşdırılması" kimi xarakterizə edilib. Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi onun vəfatı münasibətilə yayımladığı mesajda onu "Daskileyon" antik şəhərini dünyaya tanıdan və Türk arxeologiyasında yeni üfüqlər açan dəyərli bir müəllim" kimi xarakterizə edib.
Seçilmiş əsərləri Der Kolonnettenkrater in Korinth und Attika zwischen 625 und 550 v. Chr (Triltsch, Würzburg 1974). Korinth seramiğinde aslan figürünün gelişimi (Ege Üniversitesi Sosyal Bilimler Fakültesi, Izmir 1982). 'Archäologische Beobachtungen über die Residenz in Daskyleion', Pallas. Revue d’études antiques (1995). Herausgeberin mit Heleen Sancisi-Weerdenburg: Achaemenid Anatolia. Proceedings of the First International Symposium on Anatolia in the Achaemenid Period, Bandirma, 15–18 August 1997 (Nederlands Instituut voor het Nabije Oosten, Leiden 2001). Daskyleion (Balıkesir Valiliği, Balıkesir 2011).
İstinadlar
Xarici keçidlər Prof.Dr.Tomris BAKIR - DASKYLEİON
Kateqoriya:Heydelberq Universitetinin məzunları