Fransa Memarlıq Akademiyası — görkəmli memarlıq ustalarını bir araya gətirən tarixi ali elmi müəssisə. Bu institut eyni zamanda həm elmi-yaradıcılıq mərkəzi, həm də ali incəsənət məktəbi rolunu oynamışdır. Tarixən Fransa İnstitutunun tərkibindəki beş akademiyadan biri olmuşdur.

Tarixi

1671-ci ildə Fransada ilk memarlıq akademiyası olan Kral Memarlıq Akademiyası () təşkil edilmişdir. Sonrakı dövrlərdə analoji təşkilatlar İrlandiyada (1823-cü ildə) və Niderlandda (1908-ci ildə) da yaradılmışdır.

Kral Memarlıq Akademiyası Böyük Fransa inqilabı dövründə, 8 avqust 1793-cü ildə abbat [Anri Qrequar və rəssam Jak-Lui Davidin təklifi ilə digər kral təsisatları kimi ləğv edilmişdir.

Daha sonra, 1795-ci ildə akademiya fəaliyyətini yenidən bərpa etmiş və yeni yaradılan Fransa İnstitutunun tərkibinə daxil edilmişdir.

1816-cı ildə bu orqan struktur baxımından yenidən təşkil olunaraq Musiqi, Boyakarlıq və Heykəltəraşlıq akademiyaları ilə birləşdirilmiş və Təsviri Sənət Akademiyasının () əsas qollarından birinə çevrilmişdir.

İstinadlar

Həmçinin bax

Fransa İnstitutu Təsviri Sənət Akademiyası Memarlıq

Biblioqrafiya

Blondel Jacques-François (1756). Architecture françoise, vol. 4, book 6. Paris: Charles-Antoine Jombert. Copy at Gallica; copy at Kyoto University Library. Cleary, Richard (1996). "Paris, VI. Institutions, 2. Académie Royale d'Architecture", vol. 24, pp. 169–171, in The Dictionary of Art, 34 volumes, edited by Jane Turner. New York: Grove. . Also available at Oxford Art Online (subscription required). Le Bas, Philippe, editor (1840). France. Dictionnaire encyclopédique, volume 1 (A–Az). Paris: Didot Frères. See the article "Académie d'architecture", pp. 82–85 (at Google Books). Lemonnier, Henry (). Procès-verbaux de l'académie royale d'architecture. Tome X: Table générale. Paris: Armand Colin. . Copy at Internet Archive.

Kateqoriya:Fransa memarlığı Kateqoriya:Fransanın elmi akademiyaları və cəmiyyətləri Kateqoriya:Memarlıq təşkilatları Kateqoriya:Paris təşkilatları Kateqoriya:Fransa Memarlıq Akademiyasının üzvləri Kateqoriya:Fransa Memarlıq Akademiyası Kateqoriya:Paris memarlığı