thumb|Alman Tədqiqat Fondunun Bonndakı mərkəzi binası
Alman Tədqiqat Fondu (, qısaca: DFG) — Almaniyada elm və tədqiqat fəaliyyətlərinin təşviq edilməsini və maliyyələşdirilməsini həyata keçirən əsas özünüidarəedən ictimai elmi müəssisədir. Fond dövlət və federal torpaqların hökumətləri tərəfindən maliyyələşdirilir, idarə olunması isə daxili seçkilər vasitəsilə formalaşan rəyasət heyəti, prezident və baş katib tərəfindən idarə olunur.
Mərkəzi Bonn şəhərində yerləşən bu təşkilat Beynəlxalq Elm Şurasının ( — qısaca: ICSU) üzvüdür. 2005-ci ildə müxtəlif elmi layihələrə və qrantlara ümumilikdə 1,3 milyard avro ayıran fondun büdcəsi 2006-cı ildə təxminən 40 faiz artırılmışdır.
Fondun məqsəd və vəzifələri nizamnaməsinin 1-ci paraqrafında aşağıdakı kimi formalaşdırılmışdır: Alman Tədqiqat Fondu tədqiqatları maliyyə cəhətdən dəstəkləmək və tədqiqatçı alimlər arasında əməkdaşlığı təşviq etmək vasitəsilə elmin bütün sahələrinə xidmət edir. Təşkilat parlamentlərə və dövlət müəssisələrinə elmi məsələlərdə məsləhətlər verir, elmin iqtisadiyyatla və xarici ölkələrin elmi dairələri ilə əlaqələrinin inkişafına töhfə verir.
İstinadlar
Biblioqrafiya
Heilbron, J. L. The Dilemmas of an Upright Man: Max Planck and the Fortunes of German Science (Harvard, 2000) Hentschel, Klaus (ed.), Hentschel, Ann M. (transl.). Physics and National Socialism: An Anthology of Primary Sources (Birkhäuser, 1996) Perspektiven der Forschung und Ihrer Förderung. 2007–2011. Deutsche Forschungsgemeinschaft (ed.); Wiley-VCH, Weinheim 2008, . Anne Cottebrune: Der planbare Mensch. Die DFG und die menschliche Vererbungswissenschaft, 1920–1970 (= Studien zur Geschichte der Deutschen Forschungsgemeinschaft 2). Franz Steiner, Stuttgart 2008, . Notker Hammerstein: Die Deutsche Forschungsgemeinschaft in der Weimarer Republik und im Dritten Reich. Wissenschaftspolitik in Republik und Diktatur 1920–1945. Beck, München 1999, . Thomas Nipperdey, Ludwig Schmugge: 50 jahre forschungsförderung in deutschland: Ein Abriss der Geschichte der Deutschen Forschungsgemeinschaft. 1920–1970. [Anlässl. ihres 50jährigen Bestehens], Bad Godesberg: Deutsche Forschungsgemeinschaft 1970
Xarici keçidlər
Kateqoriya:Almaniyanın elmi təşkilatları Kateqoriya:Bonn Kateqoriya:Tədqiqat və inkişaf təşkilatları